Almaniyanın “Berliner Zeitung” qəzetində Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsi dərc olunub
Ölkə
Oxunub: 78
27 iyl 2025 | 11:47

Almaniyanın aparıcı nəşrlərindən olan “Berliner Zeitung” qəzetində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə Hikmət Hacıyevin Ermənistan ilə sülh danışıqları, Rusiya-Ukrayna müharibəsi, Avropanın, o cümlədən Almaniyanın bəzi media orqanlarında Azərbaycan ilə bağlı yayımlanan qərəzli informasiyalar barədə fikirləri əksini tapıb.

Cənubi Qafqazda real sülhə nail olunduğunu vurğulayan Hikmət Hacıyev hazırda Ermənistan ilə Azərbaycan arasında artıq hərbi qarşıdurma və ya eskalasiyanın gündəmdə olmadığını qeyd edib. O, hələ də bəzi fikir ayrılıqlarının mövcudluğunu və bunların aradan qaldırılması üçün dialoqun davam etdirildiyini bildirib.

“Biz sülh bağlamağa və bütün regionu transformasiya etməyə hazırıq”, - deyən Prezidentin köməkçisi sülh sazişinin mətninin Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim edildiyini və mətnin əsas hissəsinin razılaşdırılmasını müsbət hal kimi vurğulayıb.

Buna baxmayaraq, bəzi detallara aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri, ilk növbədə, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların olduğunu xatırladaraq deyib: “Biz sülh sazişini təkcə Ermənistan hökuməti ilə deyil, həm də erməni xalqı ilə imzalamaq istəyirik. Biz erməni xalqının konstitusiya dəyişiklikləri vasitəsilə Azərbaycana qarşı bütün ərazi iddialarına son qoyduğunu görmək istəyirik”.

Bu məsələnin həllindən sonra sülhə gedən yolda heç bir maneənin qalmayacağına əminliyini ifadə edən Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun 30 il ərzində real həll perspektivi olmayan missiyasını tam diplomatik fiasko adlandıraraq, onun tarixin zibilxanasına atılmasının vacibliyini bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan 30 il ərzində beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycana qarşı zorakılıq tətbiq edib, ərazilərimizi işğal altında saxlayıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Ermənistan işğal dövründə Azərbaycanın şəhərlərini və kəndlərini yerlə-yeksan edib. BMT-nin meyarlarına əsasən aparılan hərtərəfli qiymətləndirmənin nəticəsinə görə, zərərin məbləği təxminən 150 milyard ABŞ dolları təşkil edir.

Azərbaycan xalqının həmişə doğma torpaqlara qayıtmağı arzuladığını deyən Hikmət Hacıyev işğaldan azad edilən ərazilərdə geniş quruculuq işlərinin görüldüyünü, artıq 50 mindən çox azərbaycanlının Qarabağda və Şərqi Zəngəzurda yaşadığını, işlədiyini və təhsil aldığını diqqətə çatdırıb. Həmçinin Qarabağda yaşayan ermənilərin bölgəni tərk etmək qərarını özlərinin verdikləri, onların Azərbaycanın təklif etdiyi geniş reinteqrasiya modelinin bir hissəsi olmağı rədd etdikləri vurğulanıb. Bundan başqa, əsrlərlə indiki Ermənistan ərazisində yaşamış 250 min azərbaycanlının münaqişə ilə əlaqədar tarixi torpaqlarından zorla qovulduğu qeyd edilib.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, hazırda Ermənistanda revanşist ideyaların yeni dalğasının baş qaldırdığı, bölgədəki yeni status-kvonu sual altına almaq cəhdləri, Ermənistan gəncliyinin yeni qarşıdurmalar və müharibələr üçün beyin yuyulmasına məruz qaldığı müşahidə olunur. Ermənistan hökumətinin, ilk növbədə, öz cəmiyyətinə fokuslanmasının önəmi vurğulanaraq, konstitusiya islahatının bu məsələlərin qarşısını almaq üçün mühüm addım olacağı bildirilib.

Müsahibədə Əbu-Dabidə keçirilən sülh danışıqlarına da toxunulub və sülh prosesinin artıq tərəflərin öz əlində olması konstruktiv amil kimi dəyərləndirilib. Əbu-Dabi görüşünün sivil dialoq olduğunu vurğulayan Hikmət Hacıyev qeyd edib ki, bizə sülh içində necə yaşamağı və birgəyaşayışı öyrətməyə ehtiyac yoxdur. Diplomatik münasibətlərin hələ də olmamasına baxmayaraq, çox yaxşı (Ermənistanla – red.) danışıqlarımız oldu.

Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı sualın məhz Ermənistan tərəfindən cavablandırılmalı olduğunu qeyd edərək, Azərbaycanın üzərinə düşən işləri gördüyünü, nəqliyyat infrastrukturunu genişləndirdiyini, bütün qonşularla, o cümlədən Gürcüstan, İran və Rusiya ilə əlaqəni davam etdirdiyini bildirib. Qeyd edib ki, belə layihələr bütün regionun xeyrinə olacaq. Əgər Ermənistan da hazırdırsa, Trans-Qafqaz nəqliyyat dəhlizini birlikdə inkişaf etdirməyə hazırıq.

Prezidentin köməkçisi Azərbaycanın işğalla heç vaxt barışmadığını və BMT qətnamələrinin icrasını daim tələb etdiyini vurğulayaraq, ölkəmizin bir münaqişənin həll modelini və presedent formalaşdırdığını vurğulayıb. Azərbaycanın beynəlxalq əhəmiyyətli çox vacib görüşlərə ev sahibliyi etdiyi diqqətə çatdırılaraq, istənilən tərəfin, o cümlədən Rusiya və Ukraynanın da sülh danışıqlarının keçirilməsi üçün ölkəmizə müraciət edə biləcəyi qeyd olunub.

Müsahibədə Azərbaycan-Rusiya münasibətlərinə toxunulub, ötən ilin sonunda baş vermiş təyyarə qəzasının Azərbaycan cəmiyyətini dərindən sarsıtdığı, hadisənin detallarının məlum olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan qonşu və tərəfdaş olaraq Rusiyanın məsuliyyət daşımasını və ədalətin təmin edilməsini gözləyir.

Ölkəmizin yerləşdiyi bölgədə hazırda həssas geosiyasi vəziyyətin mövcud olduğunu, bu baxımdan Rusiya-Ukrayna müharibəsini, İsrail ilə İran arasındakı münaqişəni xatırladan Hikmət Hacıyev belə bir şəraitdə Azərbaycanın təhlükəsizlik və sabitlik adası olduğunu ifadə edib. Ölkəmizin həm İsrail, həm də İran ilə açıq kommunikasiya kanalları və yaxşı münasibətlərə malik olduğunu qeyd edən Prezidentin köməkçisi Azərbaycanın öz qonşularının milli maraqlarını və təhlükəsizliklə bağlı legitim narahatlıqlarını da nəzərə aldığını söyləyib.

Müsahibədə Almaniya ilə əlaqələrə də toxunan Hikmət Hacıyev bu ölkənin regionda böyük nüfuzunun olduğunu qeyd edib, Prezident Frank-Valter Ştaynmayerin apreldə Bakıya səfərini xatırladıb və ona Azərbaycanda böyük hörmət bəsləndiyini bildirərək deyib: “Hesab edirəm ki, Almaniya təkcə sülh siyasətində deyil, xüsusilə Cənubi Qafqazın iqtisadi transformasiyasında daha çox şey edə bilərdi. Almaniya Avropa İttifaqının iqtisadi gücüdür və aparıcı qlobal iqtisadiyyatlardan biridir. Alman şirkətlərinin daha fəal olmasını gözləyirik”.

Hikmət Hacıyev Avropanın, o cümlədən Almaniyanın bəzi aparıcı media qurumlarında Azərbaycana qarşı məqsədyönlü təbliğat kampaniyasının aparılmasını təəssüf hissi ilə qeyd edərək bildirib ki, onlar ölkəmizi görmədən, tanımadan təhrif olunmuş reallığı yayırlar. Bəzi media qurumlarının yalnız birtərəfli və öncədən formalaşmış qərəzli məlumatlar təqdim etdiklərini vurğulayan Prezidentin köməkçisi həmin media qurumlarının Azərbaycana cavab vermək və öz baxış bucağını təqdim etmək imkanı yaratmadıqlarını tənqid edib.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031