8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.
Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.
Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.
Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2024-cü il
AzərTac
Dünən, 12:25
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib
Dünən, 12:09
Ötən gün 65 cinayətin açılması təmin edilib
Dünən, 11:56
Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
Dünən, 11:53
Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilir
Dünən, 11:47
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Dünən, 11:43
AMEA-da elmi əməkdaşların fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli
Dünən, 11:33
Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb
Dünən, 11:29
AMEA-nın tədbirlər planları təsdiq edilib
26-11-2026, 13:10
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Milli estetik fikrin Aslan Aslanov dəyəri" mövzusunda məruzə edib
26-11-2026, 12:11
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
26-11-2026, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
26-11-2026, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
26-11-2026, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib