Azərbaycanda kassa çekləri çəki ilə satılır - AÇIQLAMA + FOTO
Azərbaycanda kassa çeklərinin toplu şəkildə çəki halında satışının həyata keçirildiyi ilə bağlı video yayılıb.
Oxu.Az-ın məlumatına görə, təxminən bir kiloqram çəkidə olan çeklərin 35-45 manat civarında satışa çıxarıldığı iddia edilir.
İlk növbədə qeyd edək ki, qanunvericilikdə bu çeklərin toplu şəkildə satışına hər hansı bir məhdudiyyət və ya qadağa nəzərdə tutulmayıb. Belə bir hal isə ilk dəfədir ki, baş verir.
Lakin qanunvericilikdə istənilən sahibkarlıq fəaliyyəti ilə bağlı mənfəətdən vergi ödənilməsi nəzərdə tutulur. Bu, təmin edilmədikdə isə vergidən yayınmaya görə şəxsi müvafiq məsuliyyət gözləyir.
Məsələ ilə bağlı İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyev Oxu.Az-a bildirib ki, qanunla bu cür halların tənzimlənməsi nəzərdə tutulmayıb:
“Əgər bu, qanunvericilikdə nəzərdə tutulmayıbsa, deməli qadağa yoxdur. Buna görə də həmin şəxs bu çeklərin satışını həyata keçirə bilər. Çeklərin yığılaraq kiloqramla satışını həyata keçirən şəxslərin vergiyə cəlb etmək nə dərəcədə düzgün olması müzakirə mövzusudur. Burada böyük məbləğdən söhbət gedə bilməz. Əgər çeklərin bir kiloqramı 35-45 manata satılırsa, deməli 10 kiloqramdan 350-450 manat vəsait əldə edilir. Aylıq dövriyyə 2 000 manatı aşmadığı müddətdə bu şəxslərdən satdığı məhsula görə kassa çeki belə tələb etmək olmaz”.
Qeyd edək ki, “ƏDV geri al” portalında istənilən sayda çek vurmaq olar, buna məhdudiyyət yoxdur. Ümumiyyətlə çekin olması isə hələ o demək deyil ki, onunla ƏDV-ni geri almaq olar. Bunun üçün həmin çek yeni nəsil kassa aparatlarından alınan qəbz olmalı, pərakəndə ticarət və ya ictimai iaşə obyekti ƏDV ödəyicisi olmalı, alınan mallar ƏDV-yə cəlb olunan mallar olmalıdır. Bu videodan isə həmin çeklərin müvafiq tələblərə cavab verdiyi görünmür.
[media= //baku.tv/az/watch/46399/]
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək