Yəhudi əsilli QƏHRƏMANIMIZ: “Şuşanı alanda qışqırığımızı unuda bilmirəm”
Ölkə
Oxunub: 273
19 okt 2021 | 13:15


Vətən Müharibəsində öz şücaəti ilə tarix yazan əsgərlərdən biri də Qubanın Qırmızı Qəsəbə sakini, 20 yaşlı Daniel Zarbailovdur.

Müharibənin gedişində Müdafiə Nazirliyinin hazırladığı video çarxla məşhurlaşan əsgər Daniel qürur və qətiyyətlə söylədiyi aşağıdakı sözlərilə yadda qalmışdı:

"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməkdən qürurluyam.Azərbaycan bizim evimizdir, vətənimizdir. Vətənimiz uğrunda son damla qanıma qədər döyüşəcəm. Erməni təcavüzünü qətiyyətlə qınayırıq.Yaşasın Azərbaycan dövləti! Yaşasın şanlı Azərbaycan Ordusu".

Yəhudi əsilli Daniel Zarbailov deyir ki, 2020-ci ilin yanvar ayında Qubadan hərbi xidmətə yollanıb. Vətən Müharibəsi başlayanda Tərtərin yaşayış məntəqələrində əsgər yoldaşları ilə ön xəttdə vuruşaraq birgə tarix yazmağa başlayıb.Tarixi qələbədən sonra hərbi xidmətini davam etdirən Daniel 2021-ci ilin iyul ayında əsgərliyini başa vuraraq Qubaya qayıdıb. Artıq iş-gücünü də qurub.

Hərbçinin sözlərinə görə müharibədən ən yaddaqalan xatirəsi Şuşanın alınmasını eşitmələri olub: "Səhər saat 4-də bizi yığdılar. Komandirimiz bizə məlumat verdi ki, artıq Şuşanı almışıq. Şuşa yenidən bizimdir. O zaman bizim ürəkdən necə sevindiyimizi və sevinc qışqırığımızı heç unuda bilmirəm. O hisslərimi indi də sözlə ifadə edə bilmirəm".

Yəhudi əsilli qəhrəmanımız indi tarixi qələbənin ildönümü yaxınlaşan bu günlərdə şəhidlərimizi hörmətlə anır, qazilərimizə şəfa arzulayır və böyük qələbədə az da olsa əməyinin olmasından qürur duyur. Axı o sələfi, Azərbaycanın Milli Qəhrəmanı 1-ci Qarabağ müharibəsində tankı ilə erməniyə gözdağı olmuş Albert Aqarunovun vətənsevərliyindən güc alıb.

Müəllif Aytəkin Alxaslı,
Mənbə Bizim.Media
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031