Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası proqramı HAZIRLANIR
Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası proqramı HAZIRLANIR
Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan hissəsində 25 min erməni sakin yaşayır. Yaxın illərdə sülhməramlı qüvvələr regionu tərk etdikdən sonra həmin sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması qarşıda duran əsas məsələlərdən biridir. Uzun illər ölkəmizə nifrət mühitində böyüyən, beyinləri yuyulan həmin sakinlərin bu zərərli düşüncələrdən qurtulması, aralarında hərbi cinayətlət törətmiş canilərin müəyyənləşdirilməsi və s. detallar planlı yanaşma tələb edir.
Bəs Qarabağ erməniləri Azərbaycana necə inteqrasiya olunacaq?
Modern.az mövzu ilə bağlı Qarabağ bölgəsini təmsil edən deputatların fikirlərini öyrənib.
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatı Aqil Məmmədov məsələ haqqında Modern.az-a danışarkən Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməli olduğunu söyləyib.
“Hazırkı vəziyyəti təhlil etsək görərik ki, Qarabağ ermənilərinin bir çoxu artıq Azərbaycan rəsmilərinə üz tutur. Xankəndi ərazisində yaşayan ermənilərdə Azərbaycan vətəndaşlığını qəbul edərsə, vətəndaşlığımız şərəf bilib daşıyarlarsa, təbii ki, asanlıqla inteqrasiya olunacaqlar. Azərbaycanda yaşayan digər xalqaların nümayəndələri kimi sərbəst şəkildə yaşayarlar və onların üçün heç bir təhlükə olmaz. Azərbaycan vətəndaşlığını qəbul etməzlərsə, heç bir inteqrasiyadan söz gedə bilməz”.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov isə yalnız 1988-ci ilə qədər Qarabağda yaşamış ermənilərə Azərbaycan vətəndaşlığının verilə biləcəyinə vurğu edib.
“Azərbaycan qanunlarına tabe olub, vətəndaşlığı qəbul edib Azərbaycanda yaşamalıdırlar. Yaşama hüququ o ermənilərə veriləcək ki, onlar 1988-ci ilədək orada yaşayıblar və hazırda törəmələri orada yaşamaqdadır. Qarşılarına müəyyən şərtdə qoyulacaq. Əgər onlar Azərbaycan qanunlarını pozub, millətimizə qarşı cinayət törədiblərsə, qanun qarşısında cavab verəcəklər, cinayətə cəlb olunacaqlar. Əks təqdirdə, Azərbaycan dövləti öz ərazisində əcnəbi vətəndaşların yaşamasına icazə verməyəcək, onlar ölkədən xaric olunacaqlar”.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov inteqrasiya olmasa Ermənistan tərəfindən kiminsə maşa kimi əleyhimizə istifadə edəcəyini söyləyib. O, dövlətin inteqrasiya prosesi istiqamətində danışıqları davam etdirdiyini əlavə edib:
“Ermənistan xalqının bir hissəsi bu prosesə hazırdır. Özləri də bilirlər ki, bu vəziyyətdə yaşamaq asan deyil. İnkişafdan geri qalırlar, ölkə gün keçdikcə çökür. Siyasi hakimiyyət, müxalifət təsir göstərdiyinə görə onlar bu məsələyə münasibət bildirə bilmirlər. Lazımi danışıqlar aparılır, hesab edirəm ki, bir müddətdən sonra inteqrasiya prosesi sürətlə davam edəcək. Ermənilərin başqa yolu yoxdur, buna məcburdurlar. Dövlət ermənilərin bizim cəmiyyətə inteqrasiya olunmağını istəyir ki, ölkədə sülhü təmin edə bilək. İnteqrasiya olunmadan, normal münasibətlər qurulmadan onlardan kimsə bizim əleyhimizə həmişə istifadə edəcəklər. Ermənilərin xislətini, Xocalı soyqırımını və digər qəddarlıqlarını heç vaxt unutmamalıyıq. İnteqrasiya olmazsa, Ermənistan tərəfindən kimsə alət kimi, maşa kimi bizim əleyhimizə istifadə edəck”.
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək