“Ağıllı jurnalistlər”lə rəqabətə hazırıq? – ARAŞDIRMA
Onlar yorulmur, xəstələnmir, məzuniyyət istəmir, həmişə eyni əhval-ruhiyyədədirlər. Süni intellektin sürəti, onun gördüyü işin həcmi ilə heç bir jurnalist ayaqlaşa bilməz. Onların çox böyük həcmdə bilik bazasına giriş imkanları varcahanplus.com mövzu ilə bağlı Oxu.az.-a istinadən “Kaspi” qəzetinin araşdırmasını təqdim edir:
“Süni intellektin gəlişi ilə sıradan çıxacaq peşələr olacaq” tipli xəbərləri tez-tez görürük. Ekspertlər tərəfindən süni intellektin hansı peşəyə nə cür təsir etməsi ilə bağlı tez-tez müxtəlif fikirlər səsləndirilir. Süni intellektin təsirinin müzakirə olunduğu sahələrdən biri də jurnalistikadır.
Beynəlxalq Kosmik Stansiyanın Rusiya bölməsinin aparıcı şirkəti sayılan “Energia”nın baş mühəndisi Vladimir Solovyov da bu mövzuda fikirlərini bölüşərkən qeyd edib ki, süni intellekt ənənəvi jurnalistikanın ciddi rəqibi olacaq. Yaxın gələcəkdə süni intellektlə daha da sərt rəqabət başlayacaq. O qeyd edib ki, süni intellekt peşəkar jurnalistlərin işini tamamilə əvəz edə bilməz, ancaq bloggerləri mütləq məğlub edəcək.
Süni intellektin köməyi
Media eksperti Ələsgər Məmmədli deyir ki, süni intellektin təsirləri media sahəsindən də yan keçməyəcək: “Təbii ki, süni intellektin imkanları mətbuata da təsir edəcək. İşlərin sürətlənməsi, analizlərin daha tez, əhatəli şəkildə əlimizə çatması cəhətdən süni intellektin inkişafı böyük köməklik edəcək”.
“Bir-birini əngəlləyə bilməz”
Ə.Məmmədli bildirdi ki, süni intellektin də mətbu məhsullarını görəcəyik, amma insan yaradıcılığı başqadır: “Bir neçə il öncə məşhur qəzetlərin birində süni intellekt köşə yazmışdı. Çox maraqlı idi. Həqiqətən də, oxuduğun zaman insanın yazdığı kimi görünürdü. Sözsüz ki, bu aspektdən baxanda süni intellekt milyonlarla insanın davranışını analiz edərək ona uyğun şəkildə ən optimal versiyanı ortaya çıxara bilir. Amma insan beyni elə mürəkkəb formatdadır ki, onun yaradıcılıq aspektini süni intellekt ortaya çıxara bilməz. Məsələn, süni intellekt bütün bədii təsvirləri verə bilər, amma insanın duyğusal tərəfini, yəqin ki, tam görə bilməz. İnsan insandır, süni intellekt də süni intellekt. Bir-birini əngəlləyə bilməz”.

“Jurnalistin yerinə müsahibə almayacaq”
Ə.Məmmədlinin sözlərinə görə, süni intellektin tam olaraq jurnalistin işini əvəz etməsi mümkün deyil: “Süni intellekt dataları analiz edib ortaya müəyyən iş çıxara bilir. Amma gedib jurnalistin yerinə müsahibə almayacaq, çəkiliş etməyəcək. O baxımdan bir-biri ilə rəqabət aparacaq tərəf deyillər. Hazır mətni oxuyar, səsləndirər, ofis işlərini yüngülləşdirə bilər. Amma konkret bir jurnalistin müsahibə etməsi, araşdırma etməsi, informasiyaları toplaması kimi aspektləri yəqin ki, əvəz etməz”.
“Jurnalistləri əvəz etməsinə çox qalmayıb”
“Microsoft Azerbaijan”ın baş meneceri Qaçay Mirzəyev bildirdi ki, süni intellektin gələcəkdə jurnalistləri əvəz etməsi mümkündür: "Süni intellekt dünyanı tam dəyişəcək. Süni intellekt bütün peşələrə təsir edəcək. Bəzi peşələr yox olmağa labüddür, bəziləri transformasiya edəcək, bəzi yeni peşələr yaranacaq. Ənənəvi jurnalistika da istisna deyil. Hazırda süni intellektin inkişafı elə səviyyəyə çatıb ki, ona hansısa şairin şerlərini göstərirsən, həmin şairin stilində şer yazır, bəstəkarın musiqilərini dinləyir və o janrda musiqi əsəri yaradır. Jurnalistləri də əvəz etməsinə çox qalmayıb. Artıq Çində TV aparıcılarını robotlar və süni intellekt ilə əvəzləyiblər. Onlar yorulmur, xəstələnmir, məzuniyyət istəmir, həmişə eyni əhval-ruhiyyədədirlər və s. kimi tərəfləri var”.
“Ağıllı jurnalist”lərin üstün tərəfi
Q.Mirzəyev deyir ki, yaradıcılıq, emosiya, həssaslıq (hisslər) süni intellektin hazırda zəif tərəfləridir. Amma süni intellektin sürəti, onun gördüyü işin həcmi ilə heç bir jurnalist ayaqlaşa bilməz: “Süni intellektin çox böyük həcmdə bilik bazasına giriş imkanları var. Heç bir jurnalist bu boyda məlumatı yadında saxlaya bilməz. İndi məqaləni bir dildə yazmaq və süni intellekt vasitəsilə 90-dan çox dilə avtomatik tərcümə etmək mümkündür. Bu da o deməkdir ki, “ağıllı jurnalistlər” tanıtmaq istədiyi mövzunu daha geniş auditoriyaya çatdıra bilər.
Ümumiyyətlə, ixtisaslaşmış süni intellektin (məsələn, jurnalist kimi yetişdirilmiş) insan jurnalistdən daha güclü olacağı şübhəsizdir.
Süni intellektin güclü tərəfi odur ki, daima öyrənəcək, təkmilləşəcək, bilmədiyini araşdıracaq. Artıq bunu edən alqoritmlər var”.

“Süni intellekt insandan asılıdır”
Q.Mirzəyevin sözlərinə görə, sonda yenə də hər şey insandan - süni intellekti tərbiyə edəndən asılıdır: “Süni intellekt sonda bir alqoritmdir. Adi uşaq kimidir, nə öyrətsən, necə tərbiyə etsən, o cür də süni intellekt alacaqsan. Uşaqdan fərqi odur ki, bəzən uşağa bir dəfə göstərmək bəs edir. Amma süni intellektə 1000 dəfə pişik şəkli göstərməlisən ki, pişiyi tanısın”.
“Rəqabət başlasa, insan uduzacaq”
Q.Mirzəyev əmindir ki, jurnalistlər süni intellektlə rəqabət apara bilməyəcəklər: “Ümumiyyətlə, süni intellekt ilə rəqabət aparmaq ən perspektivsiz işdir. Əksinə, süni intellekti bizim gücümüz çatmayan, bacarmadığımız işlərdə istifadə etməklə, daha böyük nailiyyətlər əldə etməyə çalışmaq lazımdır. Rəqabət başlayan kimi insan uduzacaq. Araşdırma, təhlil, proqnoz verilməsi tələb edən istiqamətlərdə süni intellekt ideal köməkçi ola bilər. Ola bilsin ki, jurnalist saxta xəbəri ayırd edə bilməsin, amma bu, süni intellekt üçün asan iş olacaq. Ya da ki hər hansı bir məqalə üçün bütün mümkün faktları bir yerə toplamaq böyük vaxt tələb edə bilər, amma süni intellekt üçün bu, asan bir tapşırıqdır. Süni intellekt, eyni zamanda müxtəlif alqoritmlər vasitəsilə qeyri-adi, anomal halları da üzə çıxara bilir. Məhz buna görə də, dələduzluq hallarını araşdırarkən süni intellektdən istifadə edilir”.
Dünən, 23:07
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir
Dünən, 23:01
Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM
Dünən, 23:00
Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər SƏRƏNCAM
Dünən, 22:57
Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub
Dünən, 22:56
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Dünən, 12:01
Filosof alimin Şəhərsalma və Memarlıq ilinin kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi nüfuzlu jurnalda nəşr olunub
11-02-2026, 13:05
Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur
11-02-2026, 13:03
Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11-02-2026, 13:01
Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb
11-02-2026, 12:59
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər
11-02-2026, 12:53
Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib
11-02-2026, 12:50
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü olub
11-02-2026, 11:32
Filosof Xatirə Quliyevanın 2026-cı il Şəhərsalma və Memarlıq ili kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi Scopos İmpakt faktorlu jurnalda yayımlanıb və alim Sertifikatla təltiflənib
11-02-2026, 09:27
NƏSİMİ RAYONUNUN BÜTÜN SADƏ SAKİNLƏRİNİN GÖZLƏRİ AYDIN OLSUN!
8-02-2026, 22:06
ANONS! ANONS! İSA HƏBİBBƏYLİYƏ ÇƏTİR TUTMAQ NƏ CİNAYƏTDİ, NƏ QƏBAHƏT! ƏSL MƏSƏLƏ ONUN ULU ÖNDƏRƏ - HEYDƏR ƏLİYEVƏ HÖRMƏTSİZLİK, ETİBARSIZLIQ EDƏN SAXTAKARLARA, MASKALILARA “ÇƏTİR TUTMASIDIR”.. 1-2 GÜNƏ TƏFƏRRÜATLARI YAZACAĞAM!..
8-02-2026, 01:20
Azərbaycan BƏƏ əlaqələri ən zirvə nöqtədə - Rasim Abdulla yazır
8-02-2026, 01:16
Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
8-02-2026, 01:15
ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq
8-02-2026, 01:13
Prezidentin sosial media hesabında BƏƏ-yə işgüzar səfərlə bağlı videoçarx paylaşılıb
8-02-2026, 01:11
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
3-02-2026, 16:45
Dost gəlişi Bayram olar
1-02-2026, 22:32
Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib
1-02-2026, 22:30
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
1-02-2026, 22:29
Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb
1-02-2026, 22:18
Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:14
Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:06
Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib