Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb

Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə “Torpaq” adlı qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, layihədə rəssamlar Cəbrayıl Quliyev, Ramil Əliyev, Emin Mathers, Nərgiz Ramizqızı və Ceyhun İmanov iştirak ediblər.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən sərgi noyabrın 21-dək davam edəcək.
“Torpaq” bitki aləmi metaforası vasitəsilə miqrasiya, assimilyasiya və yeni vətən axtarışı mövzularına müraciət edir. Layihənin başlanğıc nöqtəsi Bakı Mərkəzi Nəbatat Bağıdır. Bura dünyanın müxtəlif guşələrindən gətirilmiş bitkilərin yeni iqlim şəraitinə uyğunlaşdığı, vahid ekosistemdə birgə mövcud olduğu və mənşəyi ilə əlaqəsini qoruyaraq tədricən şəhər landşaftının bir hissəsinə çevrildiyi məkandır.
Tarix boyu bəşəriyyət daim hərəkətdə olub. Müharibələr, ticarət, sevgi, təhlükəsizlik arzusu və yeni imkanlar axtarışı insanları doğma yerlərini tərk etməyə, tanımadıqları mədəni mühitdə özlərinə yer tapmağa sövq edib. Yeni torpağa düşən bitkilər kimi, insan da uyğunlaşmaq, öz kimliyini yenidən dərk etmək və ətraf aləmlə münasibətlər qurmaq zərurəti ilə üzləşir.
Sərginin konsepsiyasında bitkilər miqrant insanın metaforasına çevrilir. Bəzi bitkilər yeni mühitdə tez kök salır, digərləri isə daimi qulluq və xüsusi yaradılmış şərait tələb edir. Bir qismi isə ətraf mühitin təsiri altında tədricən dəyişərək onun ayrılmaz hissəsinə çevrilir. Bu proseslər miqrasiya təcrübəsinin çoxşaxəliliyini üzə çıxarır və assimilyasiyaya yalnız sosial hadisə kimi deyil, insanla mühit arasında mürəkkəb qarşılıqlı təsir prosesi kimi baxmağa imkan yaradır.
Bədii araşdırmanı nəbatat bağının məkanı ilə birləşdirən sərgi torpaq haqqında yalnız fiziki ərazi kimi deyil, həm də yaddaşın, kimliyin və mənsubiyyət hissinin daşıyıcısı kimi düşünməyə dəvət edir. Məkanı vətənə çevirən nədir? Yad torpaqda kök salmaq mümkündürmü? Yeni mühitə təbii uyğunlaşma ilə yaşamaq naminə dəyişmək zərurəti arasındakı sərhəd haradan keçir?
“Torpaq” tamaşaçıları ev hissinin necə formalaşdığı, doğma mühiti tərk edərkən özümüzlə nəyi qoruyub saxladığımız və yeni məkanın zamanla necə həyat hekayəmizin bir hissəsinə çevrildiyi barədə düşünməyə dəvət edir.
Növbəti həftələr ərzində ziyarətçiləri nəbatat bağının məkanını müxtəlif aspektlərdən araşdırmağa imkan verən tematik görüşlər silsiləsi gözləyir. Oktyabrın 31-də Nərgiz Ramizqızı nano-tur keçirəcək, noyabrın 7-də Emin Mathers qonaqları foto-tura dəvət edəcək, noyabrın 14-də isə Ramil Aliev botanika turu təşkil edəcək. Proqram noyabrın 21-də Cəbrayıl Quliyevlə görüş və sərginin finissajı ilə yekunlaşacaq.
Qeyd edək ki, sərgiyə giriş sərbəstdir.
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
23-10-2026, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
23-10-2026, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
23-10-2026, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
23-10-2026, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
23-10-2026, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır