"Azərbaycanfilm" Vaqif Mustafayevin filmi ilə bağlı tənqidlərə cavab verib

"Azərbaycanfilm" kinostudiyası və Mədəniyyət Nazirliyi Xalq artisti, rejissor Vaqif Mustafayevin qanunsuz olaraq internetə sızdırılan “Həyat, deyəsən, gözəldir” bədii filmi ilə bağlı tənqidlərə cavab verib.
Kinostudiyanın mətbuat katibi Ramil Ələkbərov “Report”a bildirib ki, ekran əsərinin pirat versiyasının qeyri-qanuni yollarla yayıldığından xəbərləri var.
"Onların bəzilərinin qarşısını aldıq. Filmin mülkiyyətçisi, sahibi "Azərbaycanfilm" kinostudiyasıdır. Mülkiyyətçinin icazəsi olmadan hər hansı bir əsərin yayıması və istifadəsi qadağandır. Bu, həm də sənətə hörmətsizlikdir. Üstəlik yeni bir filmi, hələ ölkə ərazisində geniş tamaşaçı auditoriyası qarşısına çıxmamış bir filmi öz malın kimi yaymaq həm qanuna ziddir, həm də əxlaqa", - o söyləyib.
"Azərbaycanfilm" kinostudiyasının rəsmisi “Həyat, deyəsən, gözəldir”in tənqid olunmasını normal sayır: "Əlbəttə, filmin tənqidi olmalıdır, amma kütləvi baxışdan və ya heç olmazsa, mülkiyyətçi tərəfindən kinotənqidçilər üçün reallaşdırılan qapalı baxışdan sonra. Kino yaradıcı məhsuldur, müəllifin - rejissorun, ssenaristin və digər müəllifləri subyektiv baxışları əsasında formalaşır. Bu yaradıcı baxış digər yaradıcı baxışlarla üst-üstə düşməyə bilər, bu təbiidir. İstənilən sənət əsərində belədir. Real, məntiqli, əsaslandırılmış tənqid isə hər zaman lazımdır. Ən azından sənətin inkişafı üçün. Biz belə tənqidlərə hər zaman açığıq. Kinostudiya olaraq məqsədimiz keyfiyyətli məhsul istehsal edərək həm bu sənətin inkişafına dəstək olmaq, kadr potensialını möhkəmləndirmək və stimul yaratmaqdır”.
Mədəniyyət Nazirliyindən isə bildirilib ki, bədii filminin qanunsuz olaraq internetə sızdırılan işçi materialının filmin Bursada keçirilən 2-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında “Ən yaxşı rejissor” nominasiyasının qalibi olan, ən son təsdiqlənmiş versiyasına heç bir aidiyyəti yoxdur: “Nazirlik olaraq bu hadisəni "Həyat, deyəsən, gözəldir" filminin istehsalçısı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının və filmin müəlliflərinin hüquqlarının pozulması kimi qiymətləndiririk. Filmin Azərbaycanda kütləvi nümayişi isə festival həyatı başa çatdıqdan sonra həyata keçiriləcək. Təxribat xarakterli bu hadisə ilə bağlı filmin müəlliflik hüququnun məxsus olduğu "Azərbaycanfilm" kinostudiyası tərəfindən müvafiq tədbirlər görülür”.
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada