Nyu-Yorkda Azərbaycan haqqında rəsm sərgisi açılıb MƏDƏNİYYƏT SİYASƏTİ

Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Azərbaycan haqqında rəsm sərgisi açılıb.
“Report”un yerli bürosu xəbər verir ki, sərgidə Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdlərinin ərsəyə gətirdiyi əsərlər nümayiş etdirilib.
Mərkəzinin rəhbəri Alyona Bədəlova bildirib ki, ənənəvi olaraq keçirilən sərgidə bu il xüsusi ilə Azərbaycanın tarixi zəfərini tərənnüm edən hadisələr öz əksini tapıb. Şagirdlər həmçinin öz əsərlərində ölkəmizin zəngin tarixindən, əlverişli təbiətindən, mədəniyyətindən və milli adət-ənənələrimizdən bəhs ediblər:

“Mərkəzimizdə ABŞ-da yaşayan azərbaycanlı ailələrin övladları və amerikalı şagirdlər təhsil alır. Bizim art-studiyamız Azərbaycanda yaxşı tanınan heykəltəraş və rəssam Emin Quliyevin rəhbərliyi altında fəaliyyət göstərir. Şagirlərimiz ABŞ-da, qonşu ölkələrdə və Azərbaycanda sərgilərə qatılır və çoxsaylı mükafatlar alıblar. Onlar artıq 7 ildir ki, hər il Nyu-York və Bruklin meriyasında keçirilən sərgilərdə iştirak edilər. Art-studiyamızı qurmaqda məqsədimiz Amerikada yaşayan uşaqlara Azərbaycanı tanıtmaqdır.

Onlar Azərbaycan rəqsləri, təbiəti, gözəllikləri haqqında rəsimlər çəkirlər. Şagirdlər çəkdikləri əsərlərin hekayələrini bilirlər. Ona görə də, bizim seçdiyimiz mövzular Azərbaycan üçün olduqca aktual olur. Bu vəsilə ilə biz onları Azərbaycan haqqında məlumatlandırırıq. Ötən sərgimiz uzun illər düşmən tapdağında qalan tarixi torpaqlarımız və zəfərimizin simvolu olan Şuşaya həsr etmişdik. Sərgimiz çox böyük maraqla qarşılandı. Şagirdlərimiz dəfələrlə Bakıya gedib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkil etdiyi müsabiqələr qatılıb və mükafatlar qazanıblar. Onların uğurları məni çox sevindirir”.

A. Bədəlova deyib ki, “Mənim yolum” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdləri Nyu-Yorkda keçiriləcək növbəti sərgiyə hazırlaşır: “Növbəti sərgimiz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidə həsr olunub. Bu il görkəmli şair H.Cavidin anadan olmasının 140 ilidir və çalışırıq ki, bu vəsilə ilə şagirdlərimizə H.Cavid irsini tanıdaq”


Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada