"Baku Jazz Festivalı 2022" noyabrın ikinci yarısında keçiriləcək
Mədəniyyət
Oxunub: 246
14 noy 2022 | 11:41

Sentyabrda keçirilməsi planlaşdırılan Baku Jazz Festivalı 2022 şəhidlərin xatirəsinə ehtiramla əlaqədar ləğv edilib və noyabr ayına təyin edilib.

"Report" xəbər verir ki, noyabrın 15-dən 20-dək bu musiqi janrının pərəstişkarlarının gözlədiyi dinamik festival baş tutacaq.

Yenilənmiş proqram tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları ilə seçilir. Bu, ilk növbədə, Grammy mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Son onillikdə Qreqori müasir caz dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrildi. Layihələrində əməkdaşlıq etdiyi musiqiçilərin siyahısı bunu deyir: Herbi Hancock, Pat Metheni, Kassandra Vilson, Markus Miller. Noyabrın 15-də Bakı Jazz Festivalı 2022 çərçivəsində Qriqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcək. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edəcək.

Noyabrın 16-da braziliyalı diva Eloiza Lourenso hərarətləndirici proqramla çıxış edəcək, daha sonra festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsrailin Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelin qrupunun konsertləri ilə davam edəcək. Bakı Jazz Festivalı 2022-nin proqramını əfsanəvi Kenni Uilerin yeni "Sweet Time Suite" tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrande və truba ifaçısı Fulvio Siqurtanın italyan dueti bağlayacaq.

Noyabrın 17-də gənc caz ifaçıları üçün illik “I am Jazzman” müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və “Ekalogic”in yekun konserti keçiriləcək. Qeyd edək ki, bu il iştirak üçün müraciət edən müsabiqə iştirakçılarının sayı 63 nəfər olub və bu müsabiqənin təsis edildiyi vaxtdan rekorda imza atıb.

"Baku Jazz Festivalı" ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina Saadathan rəsmlər yaratdı və onları Rəqs edən Caz adlı layihədə birləşdirdi. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış rəsmlərin cazı necə rəqs edə bildiyinin şahidi olacaqlar. Noyabrın 17-də QGallery-də “Dancing Jazz” sərgisinin açılışı olacaq.

Növbəti maraqlı tədbir tanınmış kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə YARAT yaradıcılıq mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı olacaq.

"Baku Jazz Festivalı 2022"nin proqramı musiqi və incəsənətin parlaq elementlərindən yığılmış möhtəşəm tapmaca olacaq və payız mövsümünü gözəl şəkildə bağlayacaq.



Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031