ABŞ-da ilk dəfə Azərbaycan multikulturalizmi fənni tədris ediləcək
Mədəniyyət
Oxunub: 297
6 okt 2022 | 22:16

ABŞ-da ilk dəfə Azərbaycan multikulturalizmi fənni tədris ediləcək.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ABŞ-ın Yuta ştatında səfərdə olan Bakı Beynəlxaıq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib. Salt Lake City şəhərinin meri xanım Erin Mendenhall və Yutah Ştatının Senatının sədri cənab Stüart Adams ilə görüşdə icraçı direktor Azərbaycanın multikulturalizm siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarda geniş maraq doğuran qlobal təşəbbüsləri haqqında geniş məlumat verib. Görüşdə, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən tarixi torpaqlarımızda mədəni irsimizə qarşı törədilən vandalizm aktları və ərazilərimizin minalarla çirkləndirilməsi barədə də ətraflı bilgi verilib. Görüşlər zamanı Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi Qarabağ, Şuşa və Qafqaz Albaniyası irsinə həsr olunan kitabları da hədiyyə edilib.

ABŞ səfəri çərçivəsində BBMM-in icraçı direktoru R. Həsənov Brinqam Younq Universitetinin Hüquq və Din fakültəsinin dekanı, professor Bred Şarf və Sosial Elmlər Fakültəsinin dekanı, professor Skot Miller ilə də görüşu baş tutub. Görüşdə 2023-cü ilin qış semestrdən etibarən, Brinqam Younq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycan dili və multikulturalizmi fənni tədris olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, bununla da ilk dəfə olaraq Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ABŞ-da həyata keçiriləcəkdir. Hazırda Brinqam Younq Universitetində 40.000-dən yuxarı tələbə təhsil alır.

Bu layihə ilə bağlı ilkin razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los Anceles şəhərindəki sabiq baş konsulu, hazırda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin danışıqları sayəsində əldə edilmişdi.




Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031