Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olunub

92 il əvvəl Şuşada toxunan xalçanın təqdimat mərasimi keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Milli Xalça Muzeyindən məlumat verilib.
Bildirilib ki, mərasim iyulun 6-da Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq: "Xalçanı Ağsaqqallar Şurasının sədr müavini, Prezidentin fərdi təqaüdçüsü, ilk ombudsman, professor Elmira Süleymanova muzeyin Şuşa filialına hədiyyə edib. “Ləmpə” adlanan xalça 1930-cu illərdə Şuşada toxunub. Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir. “Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır".
Qeyd edək ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyimizə müxtəlif təşkilatlar, o cümlədən, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksionerlər tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir
Dünən, 12:25
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib
Dünən, 12:09
Ötən gün 65 cinayətin açılması təmin edilib
Dünən, 11:56
Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
Dünən, 11:53
Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilir
Dünən, 11:47
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Dünən, 11:43
AMEA-da elmi əməkdaşların fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli
Dünən, 11:33
Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb
Dünən, 11:29
AMEA-nın tədbirlər planları təsdiq edilib
26-11-2026, 13:10
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Milli estetik fikrin Aslan Aslanov dəyəri" mövzusunda məruzə edib
26-11-2026, 12:11
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
26-11-2026, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
26-11-2026, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
26-11-2026, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib