Sabah İlaxır çərşənbədir

Sabah Azərbaycanda Novruz bayramının İlaxır çərşənbəsi - Torpaq çərşənbəsi qeyd olunacaq.
“Report” xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.
İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Qeyd edək ki, fevralın 22-də Su, martın 1-də Od, 8-də Yel (Hava) çərşənbəsi qeyd olunub. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada