Nizami Gəncəvi ilə bağlı kitabların təqdimatı keçirilib
Mədəniyyət
Oxunub: 310
19 noy 2021 | 11:23

Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitablarının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış ədəbiyyat adamları iştirak ediblər.

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza giriş sözü ilə tədbiri açaraq qonaqları salamlayıb, hər iki kitab haqqında iştirakçılara qısa məlumat verib.

Sonra çıxış edən Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Nizami Gəncəvi İli”ndə onun yaradıcılığının müxtəlif tərəflərinə fokuslanan kitabların nəşr olunmasını önəmli hesab etdiyini bildirdi. Hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarənin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı çıxışında kitabların əsas məqsədini, kitabların ərsəyə gəlməsi prosesindən bəhs edib.

Daha sonra yazıçı Seyran Səxavət, Yazıçılar Birliyinin sədrinin müşaviri yazıçı-dramaturq Elçin Hüseynbəyli, Ədəbiyyat İnstitutun icracı direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin aparıcı məsləhətçisi Xəyal Məmmədov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, “kulis.az” mədəniyyət portalının baş redaktoru Ulucay Akif çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər.

Sonda çıxış edən Fərid Hüseyn “Nizami Gəncəvinin əsərlərinin el variantları”nın və Ramil Əhməd isə “Nizami Gəncəvinin poetik portreti” kitabının tərtibi, redaktəsi prosesindən danışdılar.

Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” kitabının təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.

Kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunmuşdur. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm də Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.
“Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabında isə Nizami Gəncəvinin əsərlərinin folklorda, nağıllarda, dastanlarda özünə həyat qazanmış süjetləri toplanıb. Kitab bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bariz örnəklərlə dünyaya çatdırmaq məqsədi daşıyır. Bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Kitabda sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan əsərlər, folklor nümunələri ilk dəfə sistemli şəkildə bir araya toplanmışdır.
Kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, redaktoru və tərtibçisi yazar, ədəbiyyat araşdırmaçısı Fərid Hüseyn, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.







27-11-2026, 12:25
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib
27-11-2026, 12:09
Ötən gün 65 cinayətin açılması təmin edilib
27-11-2026, 11:56
Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
27-11-2026, 11:53
Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilir
27-11-2026, 11:47
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
27-11-2026, 11:43
AMEA-da elmi əməkdaşların fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli
27-11-2026, 11:33
Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb
27-11-2026, 11:29
AMEA-nın tədbirlər planları təsdiq edilib
26-11-2026, 13:10
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Milli estetik fikrin Aslan Aslanov dəyəri" mövzusunda məruzə edib
26-11-2026, 12:11
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
26-11-2026, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
26-11-2026, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
26-11-2026, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30