Cənab İlham Əliyevin Prezidenti olduğu Dövlətin Vətəndaşı Olmaq!..
24 dekabr - İlin sel kimi axıb gedən günlərdən biridir. Ancaq bu 24 saat içində 2 tarixi hadisə yaşanır və bu sel kimi axıb gedən günü dəyərləndirir. Bu 2 tarixi hadisədən birincisi Azərbaycan Respublikasının Prezidentinin ad günü və ikincisi yuvarlaq doğum təqvimi - 60 illik yubiley günüdür.
Xalqımızın inandığı, sevdiyi, dəstəklədiyi, dünya siyasi arenasında böyük nüfuza malik, gənc, müstəqil dövlətimizi dünyaya tanıdan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür, zəfərlər, nailiyyətlər arzulayırıq!

Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyev xalqımızın Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin siyasi idarəçilik ənənələrini, böyük Azərbaycançılıq məfkurəsini, rasional-peşəkar lider səriştəsi ilə tarixə yeni məzmunlu -siyasi tərəqqi, sülh, demokratiya, millət-dövlət birliyi, yüksək iqtisadi, hərbi güc, neoqlobal mədəniyyət -multikulturalizm, mədəniyyətlərarası dialoq konsepsiyası həkk etmiş və bu bəşəri siyasəti inkişaf etdirməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında böyük siyasi, iqtisadi, diplomatik və bütün sahələrdə yüksək nailiyyətlərə imza atan Azərbaycan Respublikası 20 illik tarixi mrhələdə XXI əsrin ən qlobal problemlərinin çözülməsində, bəşəri mədəniyyət hadisəsinin həllində fəal iştirak etməkdədir.
Bütün bu uğurlar həm də Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin tarixi çox-çox qədimlərə gedib çıxan siyasət sənətində xarizmatik liderliyin nəzəri və təcrübi mənada ən ali prinsipi - siyasi varisinə - Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevə 01.10.2003-cü il tarixli unudulmaz Son Müraciətində ifadə olunmuş böyük inamının təsdiqi, Heydər Əliyev siyasi kursunun təntənəsidir!..

Bəli! Ulu Öndər Heydər 01.10.2003-cü il tarixli və Azərbaycan xalqına bu son Müraciətində və müraciətin son cümlələrində bugünki mühüm tarixi qələbənin sərkərdəsi siyasi varisinə dərin inamını belə dərin məntiqlə ifadə emişdir : “Üzümü sizə — həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərhaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli övladlarını Öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” .
Bu inama Azərbaycanın iqtisadi, hərbi və hərtərəfli inkişafının təminatı daxil idi. Bu inama gənc Respublikanı dünya siyasi arenasına çıxarmaq, nüfuzlandırmaq daxildi. Bu inama bunlarla birlikdə işğal olunmuş Azərbaycan Torpaqlarının son qarışına kimi azad olunması, qaçqın-köçkünlərin dədə-baba yurdlarına qovuşması tarixyüklü vəzifəsi aiddi.
Ulu öndər dünyasını dəyişəndən sonrakı illərdə Azərbaycan Qlobal dünya hakimlərinin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda əhəmiyyətli gücə malik ölkələr sırasında xüsusi önəm verdikləri bir dövlətə çevrilməklə bu inamı təsdiqləmişdi.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilməklə də bu inamı təsdiqləmişdi!
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 2018-ci il 18 aprel tarixində And içmə mərasimindəki nitqində şərh olunmuş həqiqətlər - “Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”- böyük Ulu öndər inamına sədaqəti, bu inamın təsdiqini bir daha göstərirdi.

Beləcə, Ulu öndər Heydər Əliyevin ölkədə və dünyada mürəkkəb və gərgin hadisələrin cərəyan etdiyi bir vaxtda sonsuz çətinliklər bahasına qurduğu gənc Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ata- sələf vəsiyyətini tamamlaması, inamı təsdiq etməsi, etibarı doğrultması üçün bir Zəfəri qalırdı – işğal altında olan müqəddəs torpaqlarımızın mənfur düşməndən azad olunmasına nail olmaq.
Siyasi varis buna hər gün, hər saat hazırlaşırdı. Bu gün möhtəşəm Zəfər günündə dilə gələn kəlmələr o illərlə yol gələn məqsəddən, amaldam ucalır: “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır. Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”.
Gücləndi Azərbaycan və müqəddəs torpaqlarımız üstündə qondarma respublika elan etmiş, hələ azğınlaşaraq “Qarabağ Ermənistandır, nöqtə”- deyən mənfur qəsbkar erməni “peşmanyan” hökumətinin və onun millət olmaq statusu xilqətən olmayan vandal erməni soydaşlarının yalvaryaxarla əldə etdikləri Atəşkəs dövründə növbəti təxribatlarından sonra Azərbaycan Prezdenti, Ali Baş komandan cənab İlham Əliyev qəti qərarını verdi. Hər şeydə bir hikmət gizlənir. Bu bir cümləlik cinayətkar düşüncə ilə Allah bizim xalqın bir vaxtlar Ulu öndər Heydər Əliyevin rus imperiyasının sağ qolu olan A.Qromıkonun ona Dağlıq Qarabağın Ermənilərə verildiyini Azərbaycan xalqına Elan etməyi tapşırdıqda milli lider vətənpərvərliyilə anlatdığı – ““Qarabağ Azərbaycanın olub, Azərbaycanın da olacaq”. Azərbaycanlılar yatmış aslanlardır, yaxşısı onları oyatmayın! – bəyanatında da əks olunmuş “yatmış aslan” xislətini canlandırdı.

İlham Əliyev ata vəsiyyəti - bu müdrik çağırışında var olan “yatmış aslan” xislətimizi canlandırdı.
Beləcə, Heydər Əliyevin “aslan” sözünün məna dərinliyində mərdliyini ifadə etdiyi 100 minlərlə gəncimiz - igid Aslan, Ali Baş Komandan, cənab İlham Əliyevin - XXI əsrin sərkərdəsinin qərarına dərhal səs verərək “Qarabağ Azərbaycandır!”, “Ya Qarabağ, Ya ölüm” şüarları ilə küçələrə axışdı. Bir gün içərisində minlərlə döyüş gücü olan vətəndaşımız Milli Ordu sıralarına könüllü yazıldı. 27 sentyabrdan 8 noyabrakimi davam edən, baş tacımız Şuşada Üç rəngli Bayrağını dalğalandıran Azərbaycan Respublikası Müqəddəs torpaqları üzərindəki sərhəd bütövlüyünü bərpa etmək yolunda ən həlledici Qələbə zirvəsinə yetişdi!
Azərbaycan Prezdenti, Ali Baş komandan cənab İlham Əliyevin bu gün Xalqa müraciətində bəyan etdiyi -- “Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq", -sözləri xalqımıza və yeni zəhidlərimizlə bərabər dünyadan Qarabağ həsrəti ilə köçən bütün soydaşlarımızın ruhunu sevindirən ən müqəddəs bir müjdə idi.


Bu Qələbə 9 noyabr Bayram gününə təsadüf etməklə Azərbaycanın yenilməzliyini bir daha təsdiqləyir.
Nə qədər əlçatmaq idi bu Zəfər! Necə ünyetməz idi bu Zəfər! Azərbaycan xalqı bu Zəfərə ölkə Prezdenti, Ali Baş komandan cənab İlham Əliyevin siyasi gücü, nüfuzu və səriştəsi ilə nail oldu.
Bu Zəfərin bir möhtəşəmliyi də monolit Türk birliyi ilə təsdiqlənir! Bir tarixi deyim var: “Türkün Türkdən başqa dostu yoxdur!”. Bu Zəfərimizin əsasında nəhəng Türkiyə Respublikasının bizə siyasi-mənəvi dəstəyi unudulmazdır. Türk soydaşlarımız bizə necə 100 il əvvəl köməyə gəlmişdilər yenə yetişdilər. Amma bu dəfə torpaqlarımızı xilas etdilər. 100 il əvvəl Azərbaycana Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürkün böyük diqqəti ilə xalqımız erməni soyqrımından qurtulmuşdu, indi dünya nəhəngi- Türkiyə Respublikasının lideri Rəcəb Taib Ərdoğanın böyük siyasi dəstəyi ilə sərhədlərimiz bütövlüyünə qovuşdu. Atalar sözümüz var, “İlan ulduz görməsə, ölməz”!.. Təsadüfi deyil ki, Türkiyəni Azərbaycanın arxasında dağ kimi dayanan görən, nəhəng Türkiyənin siyasi, mənəvi dəstəyi ilə Azərbaycanın apardığı möhtəşəm müharibədə məğlub olan Ermənistan təkcə hərbi cəhətdən deyil, çox sahələrdə süqut etdi. Onun “dənizdən-dənizə” xülyaları bütünlüklə suya düşdü və çətin bir də o, talan iddialarına düşə...

Türkiyə Cümhuriyyətinin böyük lideri Rəcəb Taib Ərdoğanın 80 milyonluq nəhəng Türkiyənin “Can Azərbaycan!” nidası ilə vuran ürəklərinin səsinə səs verən “biz Azərbaycan xalqının yanındayıq!”, eyni zamanda Müstəqil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyevin hər gün Xalqımıza Müraciətlərində Türkiyə - Azərbaycan qarşılıqlı əməkdaşlıq münasibətlərini, ən əsas bir millət olmağımızı -qandaşlığımızı yüksək qiymətləndirməsi və elə son günlərdə,- ABŞ-ın “Fox News” telekanalına müsahibəsində “Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var” - bəyanatını verməsi Türk Birliyinin Yeni əsrdə böyük tarixi qələbəsini təsdiq edir.
Ali Baş Komandan, cənab İlham Əliyevin Türkiyə Cümhuriyyətinin böyük lideri Rəcəb Taib Ərdoğana ünvanladığı bu sözlər də haqq mübarizəsində Azərbaycan – Türkiyə - Bir Millət-İki Dövlət həmrəyliyini təsdiq edir: “ƏZİZ QARDAŞIM! Üzvü olduğumuz Türk Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı sentyabrın 28-də bəyanat qəbul etmişdir. Bu bəyanata görə də Sizə öz minnətdarlığımı bildirirəm.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Yeri gəlmişkən qeyd edim ki, son bir neçə ildə Türkiyədə demək olar ki, hər gün müharibə - şəhid xəbərləri izlədikcə və “Vətən sağ olsun!” başsağlıqlarını eşitdikcə nə qədər ağır da olsa Dağlıq Qarabağ uğrunda Vətən Müharibəmizi, qanımız-canımız bahasına müqəddəs torpaqlarımızın geri alınmasını arzulamışam... Ölkə də xaricdə çıxışlarımda “Sülh gözəldir, Torpaqlar isə müqəddəsdir” demişəm.

Xalqımızın Ulu öndəri Heydər Əliyev 1997-ci il, 5 iyul tarixində Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının peşə bayramının təsis edildiyi gün keçirilmiş tədbirdə demişdir: “Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir” .
23 il əvvəl deyilmiş bu fikrin əhəmiyyəti, dəyəri məhz onunla ölçülür ki, xalqımızın Ulu öndəri Heydər Əliyevin həqiqi və siyasi varisi və onun xarizmali lider olaraq öz siyasi sistemini təhvil verdiyi Müstəqil Azərbaycan Respublikasının dövlət rəhbəri, cənab İlham Əliyev öz üzərinə düşən siyasi varis, davamçı missiyasını şərəflə, əzmlə, dəyanətlə yerinə yetirdi.
Budur! Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyev 8 noyabr tarixində 10 milyonluq xalqımıza 30 il həsrətlə gözlədiyi ŞAD XƏBƏRİ : “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır” bəyanatını verməklə ona siyasi sələfinin böyük inamı təsdiqlədi!. Cənab İlham Əliyev bu müjdəli Qələbə xəbəri ilə həm də Azərbaycan tarixinə XXI əsrin türk Fatehi, Azərbaycan Sərkərdəsi kimi düşdü.
Bax beləcə, İndi Azərbaycan Respublikası Prezdent cənab İlham Əliyevin rəhbərliyi altında həm azad olmuş torpaqlarımızda, həm də bütünlükdə ölkə miqyasında güclü dövlət quruculuğu siyasətini uğurla həyata keçirir.

Nə gözəldir cənab İlham Əliyev kimi mətin iradəli, intellektual gücə, siyasətin rasional, xarizmatik liderlik keyfiyyətlərinə malik, xalqından güc alan, millətinə, dininə, mədəniyyətinə bağlı bir prezidenti olan dövlətin vətəndaşı olmaq!..
Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru
1-07-2025, 12:00
Yeddi ölkənin gəncləri Ağdama səfər edib
30-06-2025, 11:47
UNEC-dən 6 mindən çox tələbə məzun olub
30-06-2025, 11:43
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
30-06-2025, 11:40
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi Ankarada geniş qeyd olunub
30-06-2025, 11:26
Prezident İlham Əliyev Sudanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
25-06-2025, 12:00
Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
25-06-2025, 11:57
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
25-06-2025, 11:54
Həftəsonu 1 300-ə yaxın namizəd üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
25-06-2025, 11:50
Son üç ildə dövlət proqramı üzrə 1252 tələbə xaricdə təhsil almaq hüququ qazanıb
25-06-2025, 11:48
Azərbaycan və BƏƏ 3-cü ölkələrdə əməkdaşlığı möhkəmləndirmək istəyir
25-06-2025, 11:42
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri mükafatlandırılıb SƏRƏNCAM
25-06-2025, 11:36
Bakıda “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir
25-06-2025, 11:26
İyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur
25-06-2025, 10:58
İqtisadi Şuranın növbəti iclası keçirilib
25-06-2025, 10:13
Azərbaycanla Xorvatiya arasında mədəni irsin bərpası ilə bağlı vörkşopların təşkili müzakirə olunub
25-06-2025, 09:56
AMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib
24-06-2025, 13:18
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir
24-06-2025, 13:01
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
24-06-2025, 12:10
Nazir: Müəllimlərin işə qəbulu imtahanları iyul ayında keçiriləcək 24.06.2025 [12:02]
24-06-2025, 11:57
Emin Əmrullayev: 2025–2026-cı tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramına mindən çox müraciət daxil olub
24-06-2025, 11:51
Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
24-06-2025, 11:41
Milli Məclisin növbəti plenar iclası keçirilir
24-06-2025, 11:31
Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib
19-06-2025, 12:52
Strategiya və dövlət proqramı layihələri üzrə komissiya yaradılıb
19-06-2025, 12:09
Insanlar əvəzinə süni intellekt: "Microsoft" yenə minlərlə adamı işdən çıxarmağa hazırlaşır
19-06-2025, 12:00
Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanına 4330 nəfər dəvət olunub
19-06-2025, 11:57
Azərbaycanda bu il Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası keçiriləcək