Ramiz Mehdiyev, Ramiz Mehdiyev... Hansı məmur kristaldır ?!
Gündəm
Oxunub: 573
25 iyn 2021 | 17:51
Ramiz Mehdiyev, Ramiz Mehdiyev... Hansı məmur kristaldır ?!
Tarix TƏKRAR OLUNUR. AH!.. Bizim nəsil – 60 yaşlı, həmçinin ondan əvvəlki və sonrakı dövrün adamları o qədər “daldan atılan daşlar” görmüşük, daha düzü “daldan atılan daşlar”-ın səsini eşitmişik ki... Elə bil fırtına qopub, sökülüb-tökülüb aləm. Amma fırtına təbii hadisədir. Bəzi sosial-siyasi fırtınalar isə sünidirlər və əsas ona görə ki, qopmalı vaxtında yox, öz marağın şar kimi şişib partlamaq həddinə çatdığı vaxtda qopurlar. Yəni onları qoparanlar var. Fırtına qopanlardan heç də kristal olmayan bəzi media orqanlarının bir növ kasasarını doldurduğu üçün onlar sünii fırtına qoparanlarla tez anlaşır və siyasi elitadan tutmuş ümumi kütlənin tamaşaçısı olduğu tamaşalar başlayır.
Keçmiş yüksək vəzifəli məmur və akademik Ramiz Mehdiyev “sünii fırtınası” da elə. Səmimisizsə, gəlin obyektiv olaq, bizim “nəsil” gəlin yolumuzun “hesab dünyasına” olduğunu nəzərə alıb, düz danışaq!..
Ramiz Mehdiyev, Ramiz Mehdiyev... Hansı məmur kristaldır ?!
Mənim bu yazını yazmağıma səbəb “Bir şəyird ki, Ustaına kəm baxa, onun gözlərinə qan damar-damar!”.. atalar sözümüzün mənasından doğan səmimi hisslərdir... Belə ki, mən iyirmi ildən çoxdur ki, Azərbaycan fəlsəfə elminin görkəmli alimi, akademik Ramiz Mehdiyevin zəngin elmi əsərlərini diqqətlə izləyir, tədqiqatlarımda, xüsusən də xalqımızın Ulu öndəri, tarixi şəxiyyət Heydər Əliyev siyasi irsi sahəsində yazdığım əsərlərdə onlardan bəhrələnirəm. Akademikin dolğun siyasi - fəlsəfi müddəaları, müdrik düşüncələri daim istinad mənbəyimdir. Həm də təkcə mənim deyil, ictimai-humanitar elmi istiqamətdə tədqiqatlar aparan hər bir alim akademik Ramiz Mehdiyev əsərlərinə müraciət edir, ondan faydalanırlar. Bu mənada akademik Ramiz Mehdiyev mənim klassik şüurun təbiricə Ustadımdır (həmçinin çoxlarının) və mən Son bir ildə baş vermiş, -- “məşum”a dönmüş, fokusunda elmimizin əsas sütunlarından olan və bu gün AMEA kimi elm məbədimizin prezidenti akademik Ramiz MEHDİYEV dayanan, məlum “Toy”dan başlayan – bitib-tükənmək bilməyən qərəz, əsas da çox ciddi hüquqi və etik-əxlaqı nöqsanı ehtiva edən şəxsiyyətin lap represiya xarakterli hədəfə almaya laqeyd ola bilmirəm və fenomen dövlət xadiminin böyük xidmətlərini, ELMİ fəaliyyətini kölgədə qoyan, üstəlik onun vətəndaşlıq hissini, vətən sevgisini qaralayan, hətta milli mənsubiyyətinə şübhə ilə yanaşan bu ittihamlara öz münasibətimi bildirmək istəyirəm! Onu da qeyd edim ki, bu az qala "qlobala dönmüş məsələyə hələ bir il əvvəldən münasibət bildirmək istəmişdim. Amma çox təəssüf ki, müraciət etdiyim bir neçə populyar saytdan xahişlərim boşa çıxmışdı. İndi yenə Ramiz Mehdiyev... Eyni müəlliflər, eyni qərəz ruhlu tənqidlər... Ona görə mən də həmin yazımı bir balaca yeniləndirib təqdim edirəm. Düzdü o qütbün yayım xəitəsi çox-çox genişdir. Misal var, “qaziyə tək gedən, razı qayıdar”. Bu mənada çox-çox yeni və "dar-darısqal dairəmdə" səsimi yetirməkllə millətimizi yeni mövqe ilə “maariflənmək” marağımdan çıxış edirəm.
Beləcə!.. İlk öncə istərdim hamı bilsin ki, arxada qalan bir il boyunca demək olar ki, günaşırı ifrat dərəcədə tənqidlərə məruz qalan akademik Ramiz Mehdiyevlə bağlı ölkə rəhbərimiz, cənab İlham Əliyevin, həmçinin Dövlətimizin ali hüquq qurumlarının rəsmi, konkret açıqlaması olmadan bu “mərəkələr” əsassızdır.
Sonra hər şey toydan başladığı üçün deyim ki, Toy bizim Xalqın ən gözəl milli ənənələrindəndir və opponentlər gərək bu həssas məsələyə toxunmayaydılar. Təbii bu toyun ölkəmizdə, eləcə də bütün dünyada tüğyan edən Pandemiya ilə bağlı Elan olunmuş karantin zamanı keçirilməsi qanunlara zidd idi və bu xeyir işin təşkilatçıları qanunun ən mümkün ciddi maddəsi ilə cəzalandılar! Hətta qolları qandallandı, bütün ictimaiyyət də şahid oldu bu hadisəyə. Ölkənin ombudsmanı, deputatları, məmurlar, “ələ keçən” başqa toy iştirqakçıları bir sözlə xəfiyyəçilik vidyoları yayandan başqa hamı cəzalandı... Toyun ağsaqqalı – bizim bu yazının "milli qəhrəmanı" da üzrxahlıq elədi.
Fikrimzə, kompaniya düşünülmüş ssenari deyildisə məsələyə burdaca nöqtə qoyulmalıydı. Axı media yaxşı bilir bizim düşmənlərimiz var, hər uğursuzluğumuza sevinən düşmənlərimiz.
Bundan başqa bəyəm ölkədə həmin ərəfədə və sonralar bu Toydan başqa heç xeyir işlər olmadı?.. Oldu, hətta ondan da təmtəraqlıları oldu. Lap elə eyni günlərdə iki yüksək məmurun da xeyir iş keçirdiyi məlumatlarını media səhifələrindən oxuduq. Ancaq bu barədə nə 1 media nümayəndəsi “ucundan tutub, ucuzluğa“ getdi, nə də hüquq qarışdı bu məsələyə. Əslindəsə yaxşı da oldu. Milli ənənəmiz qorundu!.. ÜST-in tələblərinə də heç nə olmadı. Bu mənada tək birini “qaralamaq”, sözsüz olaraq qərəz kompaniyası təşkil etmək kimi qarşılanır. Bu kompaniya, təkləmə deyilsə, heç Toylardan danışmayaq, ölkədə müsbət və tənqidi məzmunda o qədər yazmalı mövzu vardı və var ki... Hələ bir il, beş il, on, on beş il əvvəlin məmur, deputat fiqurları timsalında hər bir vaxt təhlilinə ehtiyac olan mövzular... Bunlar hamısı qalıb bir kənarda 1 TOY , hətta toy da əsas deyil, o toyun ağsaqqalı nəfəs dərmədən tənqid olunur, “vurulur”. Görünən tablo: 50 illik “söz-söhbətlər”, “A-dan Z-yə” bir çox tanınmış, hətta yeni-yeni “adlar” öz unudulmaz xatirələrini paylaşıb, bilərəkdən ya heç fərqinə varmadan uzun onilliklər boyu ölkə siyasi elitasının bir nömrəli şəxsiyyəti olmuş, 2 il əvvəl ölkənin ən ali ordeni -Heydər Əliyev ordeni ilə təltif olunmuş 80 yaşlarında ziyalını “təkləyib”lər. Bu yerdə qeyd edim ki, tez-tez xalq faktoru qabardılır,- “Qanun hamı üçündür. Ayrı-seçkilik yol verilməzdir!”-kimi arqumentlər ucalır... Doğrudanmı bizə – xalqa görə bu boyda həngamə baş verdi? Fikrimcə, elə deyil! Seçkilərdən tutmuş, vəzifələrə təyinatlar və hər şey daxil milyon misal gətirə bilərik ki, ayrıseçkilik par-par parıldayır. Şəxsən məni bizim cəmiyyətdəki ayrı-seçkiliyin səviyyəsi, kiminsə fantastik zənginliyi müqayisəsində yoxsulluğum və s. təəccübləndirmir. Heç əsəbləşdirmir də. Çünki, ayrı-seçkilik məsələsi adiləşmiş məsələdir bizim aşağı təbəqə - adı Xalq olan kütlə üçün.
Yəni qərəzi yeritmək üçün xalq faktorunu əsas götürmək arxaik qarşılanır və bu baxımdan “Toy” çox təəssüf ki, bir bəhanə - “pürçüm” kimi görünür. Pürçümdən də yapışıb bütün günahları bir adamın çiyninə yükləyib bu qədər yazmaq məqsədli "qaralamadır"!
Kimsə deyə bilər, “xoşuna gəlmir, oxuma!”. Xeyir, mən “oxumaq, oxumaq, yenə də oxumaq” şüurunda tərbiyə almışam və həmçinin mövzu mənə yaxın sahənin nümayəndəsi (lər-i) ilə bilavasitə bağlıdırsa mütləq oxumalıyam, hətta həqiqət tapdanırsa gücüm çatan "sözümdür", onu deməliyəm! Həm “ustad” qəbul edəsən, həm də onun haqqında deyilənləri, yazılanları, qara piar kompaniyasını oxuyub susasan?! Bu mənlik deyil.
Burdaca keçid alıram bu məqalənin əsas məsələsinə. Əsas 3 ştrix üzərində dayanacağam!
1-ci şəxsiyyət məsələsi. Biz Azərbaycanlıyıq. Bizdə milli mənəvi dəyərlər, “kimlik” ölçüsündə ağsaqqal, böyük, ixtiyar anlamları var. Bu baxımdan bizim bu sözlərin daşıdığı məna tutumuna zidd gedilməsi heç bizə yaraşmır. Sonra mərdlik, cəsarət etik keyfiyyətləri bizim mentalitetdə əsasdır. Bu mənada ən yüksək siyasi elitanın, sonra “ustad” haqqında illərlə susan müxalifətin, hələ onu “kultlaşdıranların”, reytinq marağı güdənlərin fürsət düşən kimi hücuma keçməsi, hətta kütləni arxasınca aparmalı “qüvvələrin” əksinə kütlənin arxasınca getməsi qəbuledilməzdir. Bundan başqa əcdadlarımızdan miras - etibar, sədaqət - mentalitet xüsusiyyətimiz. Tutaq ki, vaxtilə ölkədə 4-cü şəxs statusunda hökm sahibi olmuş bu yüksək məmurdan haqsızlıq görmüş adamların ittihamlarına haqq qazandırıldı, bəs daim dəstəklənmiş, etimad göstərilmiş, irəli çəkilmiş, hətta tam təsadüfü adamlar?.. Onların “arxadan zərbələrinə” nə ad verilə bilər? Bu demokratiya deyil. Bu "təkləmə" Azərbaycan milli etik məninə yaddır. Əlbəttə artıq bunlar – bu “bizə” yaraşmayanlar baş verib. Düşünürəm ki, bir müddət sonra “sular durulanda” peşmançılıqlar da olacaq...
2-ci , - akademikin Rusiyanın “adamı” olması, söz-söhbəti. Bu haqda demək olar ki, hamı yazır. İp ucu kimi Ramiz Mehdiyevin Qərbə qarşı yazması üzərində dayanılır. Bəsit, tutarsız arqumentdir. Rusiyanın adamı olmadan da Qərbin kor-gör bizə qarşı ikili standartlarla müəyyən olunan mövqeyi göz qabağındadır və yazıb qiymət vermək hər bir analitikin borcusdur. 28 il Avropa bizim Dağlıq Qarabağ problemimizə laqeyd oldu. Rusiya bu məsələdə ermənipərəst idisə, Avropa niyə ona əks gedib ədaləti bərpa etmədi?! Yaxud akademik Ramiz Mehdiyev yalnız yazmaqla Avropanı tənqid etməklə niyə Rusiyanı dəstəkləmiş sayılmalıdır? Həmçinin bu nəyi həll edir və ya edib?! Sonra bizim müdrik Ulu öndərimiz, onun varisi mərd, dəyanətli prezidentimizlə bir cəbhədə olan ideoloq necə ola bilər ki, ölkənin yox, öz mövqeyini ifadə etsin?! Bu baxımdan bu iddianın ip ucu həm Ramiz Mehdiyevin xidmət etdiyi Liderlərə, həm dövlətin müvafiq strukturuna da gedib çıxır ki, qəti qəbuledilməzdir. Digər tərəfdən məgər kim ki, Qərbi “ vurub”, yaxud Rusiyaya tərəf olubsa, bu Türkiyəyə qarşı olmaq məntiqini doğurur? Gülünc arqumentasiya deyilmi?! akademikin tənqidçiləri hətta işi o yerə gətirib çıxarıblar ki, Ramiz Mehdiyevin əsərlərinin oxunması, Qərbi tənqidlərinin” onun Rusiya agenti olması "faktı" sübut olunaraq akademik dərəsəsinin geri alınması” söz-söhbəti ortaya atılıb. Əvvəla akademikin irsində Türkiyəyə qarşı olmasına dair 1 söz birləşməsi belə yoxdur. Bəs hardandı bu ehtimal?! İkincisi, onun əsərlərini kiməsə yazdırması iddiası ilə bağlı deyim ki, ixtisası tarix, peşəsi ideoloq olan niyə başqasına yazdırmalıdır?
Əsərlərin məzmununa gəlincə akademik Ramiz Mehdiyevin əsərlərini oxuyub Qərbin 2-li standartlarını öyrəniriksə, bu qəbahət deyil! O da filosofdur, milli elm tarixi sahəsinin əsasını qoyan alimdir. Bəs ondan başqa kim nə yazıb ki, bizlər onu oxuyaq!.. Həmçinin də o, Qərbin 2-li standartlarından yazıb, buyursun onu tənqid edənlər Rusiya SİYASƏTİNİN 2-li,3-li, 5-li standartlarının “fəlsəfəsini” açınlar! Hanı?! İstinad üçün heç nə yoxdur.
Bu öz yerində. Ancaq bir məsələdə var ki, mən Ramiz Mehdiyevin əsərlərində Rusiyaya tərəfkeşlik motifli materiallarla rastlaşmamışam. Əksinə akademik Ramiz Mehdiyev tarixi dövrlərdən bu günə ki, rus imperiyasının işğalından geniş, dönə-dönə yazıb .
Məsələn, görkəmli alim, akademik Ramiz Mehdiyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanması perspektivləri” elmi oçerkində Rusiyanın Azərbaycan tarixində çar imperiyasından bu günə kimi ermənipərəst siyasətini tutarlı dəlillərlə kəskin tənqid edib. Əslində bu əsər bütünlüklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin “anası” Rusiyanın tənqidinə həsr olunub. Akademik R.Mehdiyev bu əsərində sovet dövründə Rusiyanın ermənilərə tərəf mövqeyini də gen-bol işıqlandırıb, deməli tənqid edib. Bu əsərdə akademikin milli dövlətçilik mövqeyini əks etdirən o qədər konkret və dolğun misallar var ki... Vaxt almıram. Kim tariximizlə maraqlanır və ya akademiki tənqid edənlərə ya birbaşa ya öz içində cavab vermək istəyir, həmin əsəri oxusun.
Ümumiyyətlə isə, hələ tək bircə bu əsər akademikin Rusiyanın tərəfində olması iddialarının əsassızlığını sübut edir. Dövlətin ən yüksək vəzifəsində çalışan şəxsin Rusiyaya tərəf olmasının yazıdan kənar tərəfləri isə dövlətin əlaqədar qurumlarının qiymətləndirə biləcəyi məsələdir ki, sözsüz ki, bu yöndə ən xırda bir iz olmuş olsaydı, SSRİ kimi ən güclü təhlükəsizlik sisteminiin geniralı olmuş səriştə, həssaslıq baxımından əvəzsiz ümummilli lider, xalqımızın Ulu öndəri Heydər Əliyev, eyni zamanda bütün dünyada dövlət idarəçiliyi gücü ilə böyük nüfuza malik cənab İlham Əliyev onun barəsində indiyə kimi lazımı tədbiri görmüş olardılar. Əksinə Ramiz Mehdiyev Müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmətlərinə görə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ən ali, şərəfli – Heydər Əliyev ordeni ilə təltif edildi. Əslində onun “tənqidlərinə” məhz bu şərəfli təltif nəzərə alınmaqla start verilməməliydi. Ancaq artıq ox yayından çıxıb. Hətta akademik Ramiz Mehdiyev Dağlıq Qarabağ məsələsini işıqlandırmaması ilə bağlı ittihamlar da diqqət cəlb edir. Mən bu əsassız ittihama da münasibət bildirmək istəyirəm.
Məsələn, onun “tənqidçilərindən” biri belə bir ittiham irəli sürür: “ Mənim ona konkret suallarım var. Ramiz Mehdiyev bu qədər böyük vəzifədə işləyib, cəmiyyətə açıqlasın, görək, Dağlıq Qarabağ üçün nə iş görüb?.. - Bunun üçün gərək ürək yansın. Ürəyi yanmayan adamın gözündən yaş çıxarmı?”.
Əgər doğrudan da bu sualı verən “tənqidçi” cavab istəyrsə mən ona və tərəfdarlarına akademik Ramiz Mehdiyevin Dağlıq Qarabağ üçün gördüyü işin tariximiz qarşısında nəhəngliyini, üstəlik düşmən nəsillərinə əsrlər boyu dağ çəkəcək gücünü elə yuxarıda yada saldığım “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanması perspektivləri” elmi oçerki ilə sübut edə bilərəm.
Sonra akademikin erməni milləti haqqında tutarlı elmi mənbələrə əsaslanan arqumentləri də tənqidçilərinin çox-çox “irəli gedərək” onun milli mənsubiyyətini araşdırıb öz mənafelərinə uyğun tapıntılarını kölgədə qoyur. Maraqlananlar google sistemində qısa vaxta onlarla material açıb oxuya bilərlər.
Beləcə, dəyərli alimin “tənqidçiləri” onun əsərlərinə əhəmiyyət vermədən haqqnda mənfi rəylər formalaşdırırlar ki, bu nə ciddi şəxsiyyət ölçülərinə, nə müsəlmanlıq keyfiyyətlərinə uyğun deyil.
Həm də onun “təqidçiləri” elə-belə adamlar deyil. Əgər öz arqumentlərində azacıq həqiqi olsaydılar, yəni akademikin “rusiyaya tərəfkeşliyi”, “Avropa əeyhinə olması”, akademik adını sünii şəkildə əldə etməsi, əsərlərini özünün yazmadığı və s. və i. a. haqqında onlarda tutarlı bir fakt olsaydı bir il ərzində on məhkəməni udardılar. Bizlər - xalq da məhkəmə qərarlarına inanardıq. Bu vəziyyətdə isə tənqidçi tərəf qərəzli mövqe nümayiş etdirir ki, bu onlara və bütün xalqımıza yaraşan cəhət deyil. Yeri gəlmişkən deyim ki, "tənqidçilərin" akademik haqqındakı bir il əvvəlki bu ittihamları indi heç inandırıcı deyil. Çünki "indi başqa zamandır". İndi Azərbaycan öz torpaqlarını azad edib. Qalib Dövlətdir Azərbaycan və zəfərlərimizin siyasi təsdiqində Rusiyanın rolu danılmazdır.Ən əsas da Azərbaycan dövləti dünyanın bütün dövlətləri ilə uğurlu əməkdaşlığa maraqlıdır və bu missiyasını Rusiya ilə də uğurla davam etdirir. Bu da R.Mehdiyev agentliyi iddeasını birmənalı surətdə puça çıxarır. Bir də bizim ölkəmizin qüdrətli LİDERİ var. Onun rəhbərliyi altında R.Mehdiyevin nəinki agentliyi, ümumiyyətlə, xəyanət ruhlu cüzii bir tərəfkeşliyi ola bilməzdi!..
Şəxsən mən ölkəmin prezidentinin akademik Ramiz Mehdiyev haqqında bu fikirlərini fərziyələrə dəyişə bilmərəm.
“Siz uzun illərdir ki, dövlət qulluğunda fəaliyyət göstərirsiniz. 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işləmisiniz. Ulu öndərimiz müstəqil Azərbaycanın rəhbəri kimi fəaliyyətə başlayandan sonra onun ilk təyin etdiyi şəxslərdən biri də siz olmusunuz. O vaxtdan bu günə qədər – 15 il ərzində dövlət qulluğunda, Azərbaycanın dövlət quruculuğunda çox fəal iştirak etmisiniz və bu fəaliyyətinizi indi də davam etdirirsiniz. İctimai fəaliyyətiniz çox genişdir, elmi fəaliyyətiniz çox genişdir. Sizin çoxlu elmi əsərləriniz var. Fəlsəfi xarakter daşıyan, Azərbaycanın dövlət quruculuğu ilə, Azərbaycanın keçdiyi yolla və ölkəmizin hərtərəfli inkişafı ilə bağlı çox geniş nəzəri baxışlarınız var, əsərləriniz var. Siz çox fəal insansınız. Çünki gecə-gündüz işləyirsiniz, çox enerjilisiniz. Mən arzu edirəm ki, gələcəkdə də, uzun-uzun illər ərzində belə qalasınız və biz birlikdə bundan sonra da çox böyük işlər görək. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti”.
Müqəddəs kitabımızda da buyurulur ki, hakimin, rəhbərin düşüncəsi və qərarı “rəiyyət” üçün hökmdür.
Ramiz Mehdiyev, Ramiz Mehdiyev... Hansı məmur kristaldır ?!
Beləliklə, bu uzun-uzadı yazımın axırında Müstəqil Azərbaycan Dövlətinin nəhəng qurucusu ümummilli lider Heydər Əliyevin silahdaşı, onun siyasi varisi, ağıllı siyasi idarəçilik gücü ilə bütün dünyanın diqqəti mərkəzində olan cənab İlham Əliyevin 17 il komandasında xidmət etmiş və prezident Sərəncamı ilə AMEA-ya prezdent, yəni yenə dövlətə xidmətə təyin olunmuş Ramiz Mehdiyevin bu qurumu idarəetməsi ilə bağlı “tənqidlər” barədə də çox lakonik fikirlər bölüşmək istəyirəm. Birincisi, əvvəlki prezidentimiz akademik Akif Əlizadə də yaşlı idi. Amma ona “nəvə-nəticələrlə” istirahət etmək tövsiyyə olunmadı. Həmçinin akademik Akif Əlizadə vaxtında Akademiyada ciddi nöqsanlar olub. Məsələn, ev məsələsi ilə bağlı mətbuatda elə şikayətlər yayımlanırdı ki... Amma bu ağır “söhbətlərə” həmin vəzifəli, hökmlü “tənqiçilərdən” heç biri yaxınlaşmırdı. O vaxt AMEA seçkiləri ətrafında da çox ciddi neqativlər eşidilirdi. Yenə bir siyasi elita nümayəndəsi görmədik ki, “xalqın elminin” təəssübünü çəkib reaksiya versin. Hələ bu gün Ramiz Mehdiyevin islahatlarıdan “milyonlarla” yeyintilərlə çıxanlar 2 ilə koorrupsioner olmayıblar ki... Yəni ipin ucu kor-gör Ramiz Mehdiyevdən əvvəllərə gedir. Bəs niyə yeni prezident - Ramiz Mehdiyev “tənqid” olunur?! Əsas da milyonları mənimsəmiş alim məmurları islah-ifşa edən Ramiz Mehdiyevniyə “xalq düşməni” elan olunur?! Yəni o, bu mənimsəmələri biləydi, cinayətkar alim məmurları işdən çıxartmayaydı?! Mən heç oxumadım ki, siyasi elitadan bir nəfər çıxıb elm kimi müqəddəs sahənin və akademik kimi uca adı daşıyanların mənimsə qədər ağır cinayətlərinə və mənəvi olaraq ləyaqətsizliklərinə bir SÖZ desin!
Bu yerdə bir deyimi yada salmaq istəyirəm: “Yağış yağanda hamı islanır”. Yaxud “Palçıqlı yolda hamının ayaqqabısı kirlənir”. Bu məntiqlə, islahatçı rəhbəri ruhdan salmaq yox, əksinə ona qol-qanad vermək lazımdır ki, Akademiya kimi məbəddən çirkin koorrupsiya yığışsın. Korrupsiya mahiyyəti baxmından pandemiya kimi bir şeydir və təsadüfi deyil ki, dünya islahatlarını ehtiva edən 15 çağıışda da əksini tapıb. Həmçinin bu sənəddə açıq göstərilir ki, bu bəla dövlət sektorlarında da kök salıb. Belə ki, təbii hala çevrilmiş koorrupsiya ilə AMEA-da 1 institutda qarşılaşılmışsa az və ya çox miqdarda o hər bir müəssisədə demək ki, vardır. Bunun üçün də akademik Ramiz Mehdiyevin elm məbədimizdə apardığı islahatlar dinamik və daha sərt olmalıdır.
Ramiz Mehdiyevin qısa müddətdə çoxlu dəyişikliklər etməsi də normaldır. Qoy hamıya örnək olsun. Təyin olunmuşlar “kök atıb” yeni-yeni korrupsiya mədənləri olmaq şüurundan xilas olsunlar. Konkret bir keçmiş deputatı işə götürməsi və onun yol verdiyi nöqsan barədəki qərar da yenə normaldı. Ört-basdır etməliydi, yoxsa şərik olmaydı ona? Bilən kimi ölçü götürüb.
Hələ nəzərə alınsın ki, ona - AMEA prezidentinə təyin olunandan işləməyə imkan verilmir. Hər gün təhqir, böhtan və yaşın bu vədəsində. Buna hüquq baxımından yaradıcı şəraitin pozulmasına qəsdən səbəb olmaq deyilir. Ramiz Mehdiyevin “təqidçilərinin” onun haqqında “Qohumlarını AMEA-ya yerləşdirməsi” iddiası da var. Fakt dəqiqdirsə belə təəccüblü deyil. Çünki bu hal bizim ölkədə ənənəyə çevrilib. Hərdən mediada siyahilər verirlər,ordan bilirəm ki, bütün strukturlarda qohumların yüksək vəzifələrdə işləməsi xarakterikdir. Adlar sadalamağa lüzum görmürəm, bir yüksək məmur, ya xidmətdə olan bir geniral götürsək onun elə bir qohumu olmaz ki, yüksək, ən azı normal bir vəzifədə olmasın. Beləliklə, AMEA –da elə... Amma müqayisədə hələlik AMEA bu məsələdə əndazədən çıxmayıb. Ümumiyyətlə isə kaş ki,“tənqidçilərimiz” bu iyrənc halı öz güclü söz, fəaliyyət imkanları ilə dayanmadan tənqid edəydilər və bütün sahələrdəki vəzifələrə xalq nümayəndələri də gələ biləydi.
Nəhayət, çatdım yazımın sonuna. Bu yerdə başda akademik Ramiz Mehdiyevin opponentləri olmaqla bütün ictimaiyyətə bildirmək istəyirəm ki, əgər bir anlıq Azərbaycanda son 30 ildə istimai-siyasi, humanitar elmlər istiqamətində yazılmış siyasi ədəbiyyat siyahisindən Ramiz Mehdiyev əsərlərini çıxsaq mövzuların əhəmiyyəti ilə bərabər kəmiyyətdə ciddi boşluq yaranar. Həmçinin əgər son 30 ildə yazılmış dissertasiyalar, monoqrafiyalar, məqalələrdən Ramiz Mehdiyev iqtibaslarını çıxarsaq əsaslandırmalarsız qalar elm.
Bir də bu fikrimi düşüncə kanalınıza ötürün. Belə ki, hazırda dünya islahatları labüd hadisədir və bizim ölkəmiz də islatlar proqramına qoşulan dövlətlər arasındadır. 15 Qlobal Çağırışda necə iqlim dəyişiklikləri, əhali artımının balanslaşdırılması, “yeni və yenidən baş qaldıran xəstəliklər” və s. soslar, eləcə də avtoritarlıq, ayrı-seçkilik, korrupsiya ilə mübarizə önəm daşıyır . Təsadüfi deyil ki, bütün dünya ölkələri Bəşəriyyətin xilası məqsədilə bu islahatlara səfərlər olmuşdur. Həə, indi baxın, görün Ramiz Mehdiyev necə bir dövlətçilik mövqeli şəxsdir ki, avtoritarlıq, ayrı-seçkilik, az qala korrupsiya üçün də o və ailəsi hədəf olmuş oldu. Sabah dünya hesabatlarına fakt təqdim olunanda sübut-dəlil kimi onunla bağlı məsələlər daxil olacaq. Tənqid olunan bir tək "avtoritar" Ramiz Mehdiyev, ailəvi olaraq ÜST şərtlərindən irəli gələn Prezident qərarını pozduğu üçün ailəvi və ən kəskin cəzanı alan “avtoritar” – yüksək məmur- yenə Ramiz Mehdiyev. Tənqid olunan yüksək məmur, yenə Ramiz Mehdiyev.T orpaqları məhkəmə ilə geri alınan ailə- yenə Ramiz Mehdiyev ailəsi.
Beləcə hey Ramiz Mehdiyev, Ramiz Mehdiyev... Sözsüz ki, "A-dan-Z-yə" kimi bütün məmurlar mal-mülk baxımından ondan geri qalmırlar. Hansı məmur kristaldır?! Ancaq bir tək o, dünya islahatlarına uyğun çox və çox-çox cəzalandı. Bir növ “dost yolunda boran olar, qar olar”-- bu ağır yükü hamının əvəzindən o daşıdı. Heç kimin adını çəkmədən, heç kəsin ayağının altını qazımadan. Bütün sirrlər içində Fədakarlıqla dövlətinə sədaqət hissini qorudu.
SON. Bilirəm ki, yazımı görən hər kəs gözdən keçirəck və birinci ağlından keçən fikir – mənim bu yazını sifarişlə yazdığım olacaq. Yox! Mən sifariş yerinə yetirən tip deyiləm. Ramiz Mehdiyevin mənə 1 qram yaxşılığı da olmayıb ki, buna görə “özümə düşmən qazanım”...
Açıq, aydın şəkildə deyirəm, O mənim xalqımın alimi, dövlətimin güclü ideoloqu, yeganə iş yerimin böyüyü- Prezidentim, əsərlərimin istinad mənbəyidir.
Sadəcə heç vaxt ağlıma gəlməzdi ki, akademik Ramiz Mehdiyev də sadə adamlar, elə biri mənim kimi haqsızlıqlarla üzləşəcək. "Tamaşa" başlayanda "öz sözümlə" haqsızlıqlara qarşı olduğumu ifadə etmək istədim. Amma müraciət etdiyim neçə populyar saytdan xahişlərim boşa çıxdı. İndi yenə Ramiz Mehdiyev... Mən də hazır yazımı bir balaca yeniləndirib təqdim etdim. Vəssalam.


PS. Bu yazının anonsunu 1 neçə gün öncə vermişdim. Bu gün üzərində işləyərkən, yaxın adamlarımdan biri Ramiz Mehdiyevin AMEA-da Yoxlamaların başlanmasına əmr verriyi haqda media məlumatı göndərdi mənə. Deməli, prezidentimiz AMEA məbədimizin saflaşması üçün öz islahat proqramını yerinə yetirməkdədir. Kaş ki, ilin əvvəlindən veriləydi bu əmr və adları ziyalı cinayətkar məmurlar 6 ay müddətində əyr-əskiklərini düzəldib bu yoxlamanın qarşısına “alçaq dağları yaradan” məğrurlar kimi çıxa bilməyəydilər...

Ramiz Mehdiyev, Ramiz Mehdiyev... Hansı məmur kristaldır ?! Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
29-04-2024, 11:16
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 11:12
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 10:37
Sümük bulyonu arıqlamağa kömək edir
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031