Azərbaycanla Türkiyə turizm sahəsində birgə layihələr həyata keçirəcək

Azərbaycanla Türkiyə arasında turizm sahəsində birgə layihələrin hazırlanması, əməkdaşlıq imkanlarının artırılması, turizm sənayesi nümayəndələri üçün tanıtım məqsədli infoturların təşkili müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə sentyabrın 27-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadə Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Turizm Təşfiqat və İnkişaf Agentliyinin (TGA) Baş direktoru Yalçın Loğmanhəkimlə görüşdə qeyd edilib.
Görüşdə B2B (biznesdən-biznesə) formatlı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Azərbaycan Turizm Bürosu ilə Türkiyə Turizm Təşfiqat və İnkişaf Agentliyi arasında birgə iş birliyinin genişləndirilməsi və turizm yönümlü tədbirlərin təşkili müzakirə olunub.
Görüş çərçivəsində Yalçın Loğmanhəkimə Azərbaycanın turizm potensialı, ölkənin yay-qış turizm mərkəzlərinin imkanları və mövcud turizm məhsulları haqqında ətraflı məlumat verilib.
TGA-nın Baş direktoru rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlı olduğunu, bundan sonra da iki qardaş ölkənin turizm sahəsində inkişafına dəstək olacağını bildirib.
Sentyabrın 27-də ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin İstanbul şəhəri üzrə direktoru Çoşkun Yılmaz ilə də görüşüb.
Müzakirələr zamanı Bakı ilə İstanbul şəhərləri arasında turizm əlaqələrinin inkişafı, turistik səfərlərin və aviareyslərin sayının artırılması, turizm məhsullarının qarşılıqlı tanıdılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Göydəniz Qəhrəmanov Çoşkun Yılmazı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Bakıya dəvət edib.
Bu gün, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Bu gün, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub