Ukraynalı deputat: "Ermənistan razılaşmaya əməl etmədikcə Azərbaycan bildiyi kimi addım atmaqda tam haqlıdır"

"Razılaşmaya görə, Ermənistan bütün qoşunlarını Azərbaycan ərazisindən geri çəkməli idi. Razılaşmaya əməl olunmurdusa, Azərbaycanın bildiyi kimi addım atmağa tam haqqı çatırdı".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radanın hakim "Xalqın xidmətçisi" Partiyasından deputatı Yuriy Kamelçuk bildirib.
O son vaxtlar Ukrayna nümayəndələrindən kiminsə Azərbaycanı tənqid etməsinin əsl pərdəarxası ilə bağlı öz versiyasını irəli sürüb:
"Onlar məsələdən, Azərbaycanla Ukrayna arasındakı əsl münasibətlərdən, ölkələrin bir-biri üçün oynadığı roldan tam hali deyillər, Ermənistan-Azərbaycan münaqişə və müharibəsinin təbiətini, bu məsələdə Rusiyanın nə dərəcədə rol oynadığını tam başa düşmürlər. Ola bilsin, həmkarlarının hansısa ehtimallarına əsaslanırlar və ya kimsə onları manipulyasiya etmək istəyir. Amma yenə də bütün fikirlər ümumi təsəvvürə təsir edir və dəqiqdir ki, Ukrayna ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsinə yardım etmir".
Y.Kamelçuk vurğulayıb ki, öz istəkləri ilə Ukrayna Silahlı Qüvvələrində xidmət edən bütün Ukrayna azərbaycanlılarına təşəkkür etmək lazımdır:
"Ukraynadakı azərbaycanlıların və biznes nümayəndələrinin ukraynalı döyüşçülərin reabilitasiyasına, onların müalicəsinə, protezləşdirilməsinə və s. necə çox kömək etdiyini bilirəm. Bilirəm ki, daimi əsasda böyük həcmdə humanitar yardım axını baş tutur. Özü də bu təkcə Ukrayna daxilində olan biznesmenlərə aid deyil, onlar Avropada və dünyanın digər yerlərində olan dostlarını da bu işə dəvət edirlər və onların hamısı bu yardım axınında pay sahibi olur".
Deputat gələcəkdə baş verənləri diqqətlə izləyəcəklərini bildirib: "Çünki elə vəziyyət izləyirik ki, ABŞ və onun nümayəndələri İrəvana gedir. Anlayıram ki, onların məqsədi Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaqdır. Amma Azərbaycanla münasibətləri də korlamaq lazım deyil deyə düşünürəm. Bu münaqişənin həllinə kömək etmək istəyirlərsə, ölkələr arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çalışsınlar. Axı razılaşmaya görə, Ermənistan bütün qoşunlarını Azərbaycan ərazisindən geri çəkməli idi. Razılaşmaya əməl olunmurdusa, Azərbaycanın bildiyi kimi addım atmağa tam haqqı çatırdı. Bir daha deyirəm ki, ABŞ bu məsələdə Rusiyanın maraqlarına qarşı çıxış edir. Üstəlik, məncə, onlar Türkiyə-Azərbaycan ikilisinin regiondakı təsir dairəsini balanslaşdırmağa çalışırlar".
O vurğulayıb ki, Ukrayna estradasının və ya mədəniyyətinin bir neçə nümayəndəsi, bəzi siyasətçilər yalnız aysberqin görünən yerinə baxırlar
"Təəssüf ki, vəziyyəti dərindən öyrənmədən, hansısa üzdəki maraqlara əsasən nəsə münasibət bildirirlər. Çox ümid edirəm ki, tarixi münasibətlərimizin əsl vəziyyətini öyrəndikdən sonra onlar fikirlərini dəyişəcəklər. Qlobal yanaşsaq, uzunmüddətli tarixdən danışsaq, çox istərdim ki, həm Ukraynada, həm də Azərbaycanda müharibə başa çatsın. Bu birmənalıdır. Bu zaman istifadə olunan üsullar və alətlər artıq tərəflərin özlərindən asılıdır. Bütün dünya Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə, ərazilərini məqbul saydığı formada işğaldan azad etməyə haqqının olduğunu deyir, ona görə də Azərbaycanın da eyni hüquqları var", - o əlavə edib.
Bu gün, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Bu gün, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub