Xocalı Soyqırımı Pakistanda yad edildi - FOTO
Dunya
Oxunub: 368
23 fev 2021 | 12:58
Xocalı Soyqırımı Pakistanda yad edildi - FOTO


Azərbaycanın Pakistandakı Səfirliyi, bu ölkənin ixtisaslaşmış beyin mərkəzlərindən olan Münaqişənin Həlli İnstitutunun həmkarlığı ilə Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olnmuş "Bombardımanlar, Qətliamlar, Soyqırımlar. İnsanlığa qarşı cinayətlər" adlı seminar təşkil edib.
Bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridinin ali qonaq kimi təşrif buyurduğu “Bombardımanlar, Qətliamlar, Soyqırımlar. İnsanlığa qarşı cinayətlər" adlı seminarda Münaqişənin Həlli İnstitutunun rəhbəri Sabah Aslam, müdafiə üzrə analitik, ehtiyyatda olan general-leytenant Amjad Şoaib, Kayde Azam Üniversitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Dr. Səlma Malik, Pakistanın bir sıra millət vəkilləri, diplomatlar, gənclər və üniversitet tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən, soyqırımı qurbanlarının yad edilməsindən və Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış sənədli filmin nümayişindən sonra İslamabadda yerləşən Münaqişənin Həlli İnstitutunun rəhbəri Sabah Aslam seminarı giriş sözü ilə açaraq Xocalı Soyqırımının fəsadları və nəticələri haqqında məlumat verib.

Çıxışına ulu öndər Heydər ƏIiyevin Xocalı ilə bağlı söylədiyi “Xocalı qətliamı erməni şovinist və millətçilərinin tarix boyu azərbaycanlılara qarşı 200 il ərzində törətdiyi soyqırım və etnik təmizləmə siyasətinin davamıdır” fikrilə başlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə və günahsız insanlarına qarşı cinayətlərini Vətən Müharibəsi dövründə də davam etdirdiyini və bunun, vaxtilə törədilmiş insanlığa qarşı olan Xocalı Soyqırımı kimi qətliamların səbəbkarlarının hələ də cəzasız qalmasından qaynaqlandığını bildirib. 2-ci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin məqsədli olaraq münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini böyük dağıdıcı gücə malik raket hücumlarına məruz qoymaqla, körpə uşaq və qadınlar da daxil olmaqla yüzlərlə günahsız insanın qətlə yetirilməsinin müasir dövrümüzün erməni vəhşiliyi və qətliamın nümunəsi olduğunu qeyd edən səfir Əli Əlizadə beynəlxalq ictimaiyyətin müharibə cinayətlərinə qarşı birlik və qətiyyət nümayiş etdirməsi gərəkdiyini bildirib. Səfir Pakistan Milli Assambleyasında, eləcə də Pakistan Senatının və Assambleyanın müxtəlif daimi komitələrində, Pakistanın Xeybər Paxtunkva əyalətinin Assambleyasında da Xocalı Soyqırımının tanınması və Ermənistanın Azərbaycan torpaqlarını işğalının sərt şəkildə qınanması ilə bağlı qəbul edilmiş qətnamələri xatırlayaraq, 44 günlük Vətən Müharibəsi dövründə də Azərbaycana siyasi və mənəvi dəstək verdiyinə, erməni haqsızlığına qarşı prinsipial mövqe sərgilədiyinə görə Pakistan dövlətinə və xalqına təşəkkür edib, Kəşmirdə də tezliklə sülhün bərqərar olacağına ümid etdiyini, BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qətnamələrinin də icra edilməsi gərəkdiyini bildirib.

Tədbirin ali qonağı, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridi bu il Xocalı soyqırımının 29-cu ildönümününün qeyd olunduğunu vurğulayaraq orada ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş qətliamın bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Federal nazir Xocalıda, Kəşmirdə, eləcə də dünyada insanlığa qarşı törədilmiş bu cinayətləri pisləyib, müsəlman ölkələrinin lehinə olan BMT qətnamələrinə əməl olunmadığını diqqətə çatdıraraq beynəlxalq təşkilatların bir çox məsələlərə ikili standartlardan yanaşdığını təəssüflə ifadə edib.

Seminarda çıxış edən, ehtiyyatda olan general-leytenant Amjad Şoaib və Kayde Azam Üniversitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Dr. Səlma Malik də Xocalı Soyqırımının tarixindən, ermənilər tərəfindən günahsız mülki əhalinin Xocalıda vəhşicəsinə qətlə yetirilməsindən söhbət açaraq, insanlığa qarşı törədilmiş bu cinayətləri şiddətlə qınayıblar. Çıxışçılar bəşəriyyətin Xocalıda və digər yerlərdə baş verən soyqırımlara səssiz qalmamaları gərəkdiyini, insanların sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün bütün dünya ölkələri və beynəlxalq təşkilatların qətliamı törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etməsinin zəruri olduğunu bildiriblər.

Tədbirdə həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən foto-stendlər sərgilənib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar iştirakçılar arasında paylanıb. Pakistan ictimaiyyəti tərəfindən maraqla qarşılanan seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Xocalı Soyqırımı Pakistanda yad edildi - FOTOXocalı Soyqırımı Pakistanda yad edildi - FOTOXocalı Soyqırımı Pakistanda yad edildi - FOTOXocalı Soyqırımı Pakistanda yad edildi - FOTOXocalı Soyqırımı Pakistanda yad edildi - FOTOXocalı Soyqırımı Pakistanda yad edildi - FOTOXocalı Soyqırımı Pakistanda yad edildi - FOTOXocalı Soyqırımı Pakistanda yad edildi - FOTO
Dünən, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
Dünən, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
Dünən, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
Dünən, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
Dünən, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
Dünən, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Dünən, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
Dünən, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Dünən, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
Dünən, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
29-09-2026, 11:22
DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
29-09-2026, 11:21
Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
29-09-2026, 11:19
Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub
29-09-2026, 11:17
Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
29-09-2026, 10:42
Azərbaycan nefti 122,49 dollara satılır
29-09-2026, 10:41
Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
29-09-2026, 10:28
Yağıntılı hava şəraiti müşahidə olunur
29-09-2026, 10:25
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənə
28-09-2026, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
28-09-2026, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031