Xocalı soyqırımı türk dünyasına qarşı törədilən qətliamların davamı idi
Elm və təhsil
Oxunub: 85
1 mar 2023 | 21:25

XX əsr boyu türk xalqlarına qarşı baş verən cinayətlər təkcə Azərbaycan hüdudlarını əhatə etməmiş, eyni zamanda böyük bir türk coğrafiyasını da cənginə almışdır.

Məlumdur ki, bu cinayətlərin baş verməsi 1828-ci ildə Quzey Azərbaycanın, 1864-1895-ci illərdə isə Orta Asiyanın çar Rusiyası tərəfindən işğal edilməsindən sonrakı dövrlərə təsadüf edir.

Çar Rusiyası işğalından sonra Azərbaycanda və Türküstan bölgəsində yaradılan hərbi-siyasi idarəçilik sistemi bir tərəfdən min illər boyu davam edən türk dövlətçilik ənənələrinin məhv edilməsinə səbəb olmuş, digər tərəfdən bu bölgələrdə yaşayan yerli türk əhalinin etnik-mədəni, dini-siyasi durumuna qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə gətirib çıxarmışdır.

XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər, imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olmuş, bu oyanış çar üsul-idarəsinə qarşı milli azadlıq hərəkatına çevrilmişdir.

Çar Rusiyası və bu imperiyanın siyasi varisi olan bolşevik Rusiyası türk xalqlarının milli azadlıq hərəkatlarını yatırmaq üçün bir tərəfdən ənənəvi metod olan hərbi-siyasi güc amilindən istifadə etmiş, digər tərəfdən türk xalqlarına qarşı digər xalqlardan, xüsusilə erməni ünsürlərindən vasitəsi kimi istifadə etmişdir.

XIX əsrdən etibarən Azərbaycana, həmçinin Türküstan bölgəsinə köçürülərək yerləşdirilən və türk xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər, bir tərəfdən Rus imperiyalarının şovinist siyasətinin həyata keçirilməsində yaxından iştirak etmiş, digər tərəfdən də bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək təşəbbüsünə cəhd etmiş, bu zaman on minlərlə türk və müsəlman əhalisi soyqırıma məruz qalmışdır.

Təsadüfi deyil ki, təkcə 1914-1921-ci illərdə Şimali və Cənubi Azərbaycanda, Anadolu bölgəsində, Türküstan ərazisində yüz minlərlə günahsız türk-müsəlman əhalisi qətlə yetirilmişdir.

XIX əsrin sonları və XX əsrin əvvəllərində, xüsusilə də I Dünya Müharibəsi illərində Osmanlı dövlətinə xəyanət edərək Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər türk-müsəlman əhaliyə qarşı kütləvi şəkildə cinayətlər törətmiş, təkcə 1918-1920-ci illərdə Şərqi Anadoluda - Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s. bölgələrdə on minlərlə dinc, silahsız əhalini məhz türk-müsəlman olduğuna görə amansızlıqla qətlə yetirmişlər.

Arxiv sənədlərinə istinadən qeyd etmək olar ki, 1914-1921-ci ilin əvvəllərinə kimi ermənilər təkcə Qars və Ərdahanda 30.000 min, Van və kəndlərindən 44.233 nəfər Muş və ətrafında 1200 nəfər, ermənilər tərəfindən məhv edilmişdir.

Alman səfiri Volff Metternix 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər Nazirliyinə Ərzincandan göndərdiyi teleqramda “Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı büyük bir qətliam törətdərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdi.

Məlumdur ki, ermənilər havadarları olan çar və bolşevik Rusiyasının maddi və hərbi-siyasi dəstəyi ilə Cənubi Qafqazda azərbaycanlılara qarşı da kütləvi qırğınlar və soyqırım törətmiş, deportasiyalar həyata keçirmişlər. Bu qırğınlar nəticəsində 1905-1920-ci illərdə Şimali Azərbaycanın Qarabağ, Şamaxı, Quba, Lənkəran, İrəvan, Zəngəzur, Naxçıvan və digər bölgələr, həmçinin mərkəz Bakı şəhərində yüz minlərlə əhali məhv edilmişdir.

1917-1918–ci illərdə erməni daşnak hərbi birləşmələri silsilə cinayətlərini davam etdirərək, aysorlarla birlikdə Cənubi Azərbaycanda – Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də kütləvi qırğınlar törətmişlər. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı erməni daşnakları tərəfindən 190 minə yaxın Cənubi Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir.

XX əsr boyu türk dünyasını öz cənginə alan və yüz minlərlə günahsız türkün qətlinə səbəb olmuş bu qırğınlar Türküstan bölgəsində də öz acı izlərini buraxmışdır.

Çar Rusiyası dövründə kütləvi qətliama məruz qalan türk xalqlarından biri də qırğız türkləri olmuşdur. 1916-cı ildə çar Rusiyası tərəfindən məcburi surətdə hərbi səfərbərliyə alınan qırğız türklərinin etirazları zamanı baş verən qırğınlarda ruslar kütləvi şəkildə dinc əhalini qətlə yetirmişdir. “Ürkün qətliamı” adı ilə tarixə düşən bu faciədə 100 min nəfər qırğız türkü çar Rusiyası tərəfindən soyqırıma məruz qalmış, 332 min qırğız türkü Çinin Uyğur vilayətinə pənah aparmışdır.

1917-ci ildə Rusiyada Müvəqqəti hökumətin başçısı olmuş Aleksandr Kerenski üsyanın yatırılmasını bu şəkildə təsvir etmişdir: “Cəza dəstələri 14 hərbi alaydan, piyadalardan, süvari və 44 topçudan ibarət idi. Kəndlərdə rus hərbçilərinin qarşısına çıxan bütün insanlar, yaş və cinsinə fərq qoyulmadan, qundaqdakı körpələr, qocalar, yaşlı qadınlar da daxil olmaqla qəddarcasına məhv edilmişdir”.

Statistik məlumatlara görə bu dövrdə 900 min nəfər sayı olan qığızların 44,4 faizi qətl və sürgünlərə məruz qalmışdır. Məhv edilən qırğız bölgələrinə planlı şəkildə ruslar və qeyri müsəlmanlar yerləşdirilmişdir. Bu da demoqrafik vəziyyətin rusların xeyirinə ciddi şəkildə dəyişməsinə səbəb olmuşdur.

Bu dövrdə Türküstan bölgəsində rus-ermənilər tərəfindən törədilən qətliamlar Özbəkistan ərazilərini də öz cənginə almışdır. Rəsmi arxiv sənədlərinin verdiyi məlumatlara görə, rus-ermənilər tərəfindən 1918-1919-ci illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılmış, Kokandda 10 000, Mərgilanda 7000, Əndicanda 6000, Namanqanda 2000, Bazarkurqanda 4500, Oşda 2000, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilmişdir rus-daşnak ünsürlər törətdikləri cinayətin izini itirmık üçün bir çox hallarda meyidləri belə yandırmışlar. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 000 nəfər özbək türkü qətlə yetirilmişdir.

Xüsusi olaraq qeyd edək ki, 10 il davam edən bolşevik terroru nəticəsində Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə məhv edilmişdir.

Törədilən bu cinayətlər qazax türklərindən də yan keçməmişdir. 1927-1933-cü illərdə bolşevik hakimiyyəti tərəfindən mal-mülkləri əlindən alınaraq aclığa məhkum edilmiş qazax türklərinin kütləvi şəkildə məhvi prosesi də baş vermişdir. Arxiv sənədlərinin verdiyi məlumatlar görə, 1927-1933-cü illərdə acından və kütləvi repressiyalardan ölən qazax türklərinin sayı 2 milyon 300 min nəfərə çatmışdır. Bu dövrdə məhv edilən qazax əhalisi, ümum Qazaxıstan əhalisinin 54 faizinə bərabər idi.

Qazaxstanda bu cinayətlərin törədilməsində 1925-1929–cu ilərdə Azərbaycan KP MK-nın birinci katibi olmuş, azərbaycanlıların qatili ləqəbi ilə tanınan Levon Mirzoyanın xüsusi xidmətləri olmuşdur. 1933-cü ildə Qazaxstan vilayət partiya komitəsinin birinci katibi, 1937-ci ildə isə Qazaxstan KP MK-nın birinci katibi olan bu erməni cəlladı təkcə 1937-38-ci illərdə Qazaxstanda 25 min nəfər qazax ziyalısını güllələtmiş və 110 min qazax türkünü isə sürgün etdirmişdir.

Ümumilikdə, dövrün arxiv sənədlərinə istinad edərək bu qənaətə gəlmək olur ki, 1905-1930 – cu illərdə çar və bolşevik Rusiyasının işğalında olan türk xalqlarının yaşadığı coğrafiyada ən azı 5 milyon nəfər günahsız türk-müsəlman əhalisi rus-bolşevik və erməni vəhşiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

XX əsrin sonlarına doğru Sovet imperiyasına qarşı baş qaldıran milli azadlıq hərəkatı zamanı Türk Respublikalarında həyata keçirilən repressiv tədbirlər, qətl hadisələri, xüsusilə də XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı rus - erməni birliyinin planlı siyasətinin məntiqi davamı idi.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan və Xankəndində yerləşən 366-cı rus motoatıcı alayın -mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altındakı 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşikinin iştirakı ilə Xocalı şəhərinə vəhşicəsinə hücum təşkil edilərək soyqırım cinayəti həyata keçirilir. Bu qırğın nəticəsində 613 nəfər həlak olmuşdur. Qətl edilənlər içərisində uşaqlar - 63 nəfər, qadınlar - 106 nəfər, qocalar - 70 nəfər idi. Bu qırğınlar nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər isə yaralanmışdır. Soyqırım qatilləri cinayət prosesində 1275 nəfəri əsir götürmüşdür. Xocalı soyqırımı zamanı 150 nəfər itkin düşmüşdür.

Xocalı soyqırımı da daxil olmaqla bir əsr boyu Türk dünyasına qarşı həyata keçirilən bu soyqırımların cinayətkar tərəfi rus-erməni birliyi və onların strateji maraqları olmuşdur. Bu cinayətlərin törədilməsində erməni faşistləri və onların hərbi-siyasi qurumları ilə yanaşı, eyni zamanda çar və bolşevik Rusiyası bərabər şəkildə hüquqi və siyasi məsuliyyət daşıyır.

Bosniya müsəlmanlarının lideri Aliya İzzətbəyoviç yazırdı: “Soyqırımı unutmayın. Çünki unudulan soyqırım təkrarlanır”. Türk dünyası heç zaman Quzey və Güney Azərbaycanda, Anadoluda, Qırğızıstanda, Fərqanədə və Qazaxstanda baş verən soyqırım cinayətlərini unutmamalıdır. Əks təqdirdə bu soyqırımlar təkrarlana bilər…

Mübariz AĞALARLI, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti

mənbə;.science.gov.az saytına istinad zəruridir.
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930