Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır.
Azərbaycan ərazisində Leonidləri müşahidə etmək üçün ən əlverişli dövr noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların görünməsi üçün də nisbətən əlverişli şərait yarada bilər.
Leonid meteor yağışı hər il Yer kürəsinin “55P/Tempel–Tuttle” kometinin öz orbiti boyunca buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. “55P/Tempel–Tuttle” kometi Günəş sisteminə daxil olan qısadövrlü periodik kometlərdən biridir. Komet Günəş ətrafında tam dövrünü təxminən 33,2 ilə başa vurur. O, 1865-ci ildə alman astronomu Vilhelm Tempel, 1866-cı ildə isə amerikalı astronom Horas Tattl tərəfindən müstəqil şəkildə kəşf edilib. Komet hər iki astronomun şərəfinə adlandırılıb.
Leonidlər yüksək sürətləri ilə seçilir. Onların Yer atmosferinə daxilolma sürəti təxminən 71 km/s, yaxud saatda 255 min kilometr təşkil edir. Bu göstərici Leonidləri ən sürətli meteor axınlarından birinə çevirir. Atmosferlə qarşılıqlı təsir nəticəsində meteor hissəcikləri qızır, parçalanır və onların hərəkət trayektoriyası boyunca işıqlanan qaz izləri əmələ gəlir. Yer səthindən bu hadisə səmada sürətlə hərəkət edən parlaq işıq zolaqları şəklində müşahidə edilir. Leonidlərin radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Meteor yağışının adı da məhz bu bürclə əlaqədardır. Bununla belə, meteorlar səmanın müxtəlif istiqamətlərində görünə bilər. Leonidlər astronomiya tarixində güclü meteor fırtınaları ilə də tanınır. Xüsusilə 1833-cü, 1866-cı, 1966-cı, 1999–2002-ci illərdə qeydə alınan intensiv hadisələr böyük elmi marağa səbəb olub. Meteor fırtınaları Yer kürəsinin kometin orbitindəki daha sıx maddə axınlarından keçməsi ilə əlaqədardır. Lakin 2026-cı ildə belə güclü meteor fırtınası gözlənilmir.
Bu gün, 12:14
"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır
Bu gün, 12:12
İlham Mirzəliyev: Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq
Bu gün, 12:11
Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı
Bu gün, 12:09
Kimya İnstitutu NASCO29-da təmsil olunub
Bu gün, 12:08
BŞTİ müəllimlərin işə qəbulunu elan edir
Bu gün, 12:06
Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq
Bu gün, 12:05
UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn genis təlim proqramı başlayıb
Bu gün, 11:54
Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub
Bu gün, 11:51
Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb
Bu gün, 11:48
Azərbaycanda istilik verilən rayon və şəhərlərin sayı artırılıb
Bu gün, 11:46
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
30-10-2026, 16:39
“Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...
30-10-2026, 14:33
Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib
30-10-2026, 14:30
Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb
30-10-2026, 14:29
İrakli Kobaxidze: Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir
30-10-2026, 14:28
Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
30-10-2026, 14:27
Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub
30-10-2026, 14:26
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
30-10-2026, 14:24
Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin ekoloji tələblərə uyğunluğu diqqət mərkəzində saxlanılır
30-10-2026, 12:48
UZUN İLLƏRİN LƏTİF XATIRƏLƏRİ
29-10-2026, 14:23
SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
29-10-2026, 14:22
Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb
29-10-2026, 12:45
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-10-2026, 12:44
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
29-10-2026, 12:37
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
29-10-2026, 12:35
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
29-10-2026, 12:33
Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır