Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu "Qazax Ədəbiyyatı Günü” keçirib

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Qazax Ədəbiyyatı Günü” keçirilib. Kitab sərgisində Qazax yazıçılarının, tarixçilərinin və akınlarının Qazax və Azərbaycan dillərində əsərləri təqdim olunub.
"Report" xəbər verir ki, festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Yazıçılar Birliyinin, Azərbaycan Elmlər Akademiyasının, Qazax icmasının və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Festivalın qonaqları iştirak ediblər.
Qazaxıstan Respublikasının himninin səsləndirilməsi ilə başlayan təntənəli tədbir "Qazax xalqının Türk dövlətçiliyi tarixinə töhfəsi” mövzusunda panel sessiyaları ilə davam edib.
Tədbirdə çıxış edən Festivalın koordinatoru, şair Xəyal Rza Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində gördüyü genişmiqyaslı işləri yüksək qiymətləndirərək, Festivalda fəal iştirakına görə təşkilata təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri - Qazaxıstan nümayəndəsi Talqat Muxanov Fondun qurucu üzv ölkələrdən biri olan Qazaxıstanla mövcud əlaqələrindən və təşkilat tərəfindən Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib.
Eyni zamanda Fond tərəfindən dombrada küylərin ifası, Qazax xalq musiqisinin səsləndirilməsi və Abayın şeirlərinin oxunması ilə konsert proqramı təşkil olunub. Daha sonra qonaqlara müxtəlif milli mətbəx nümunələri təqdim edilib.



Bu gün, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Bu gün, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Bu gün, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Bu gün, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Bu gün, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Bu gün, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Bu gün, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Bu gün, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Bu gün, 10:46
Birjalarda neft bahalaşıb
Bu gün, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Bu gün, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Bu gün, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Bu gün, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Bu gün, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
9-11-2026, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
9-11-2026, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
9-11-2026, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
9-11-2026, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
9-11-2026, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
9-11-2026, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
9-11-2026, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
9-11-2026, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
9-11-2026, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər