Azərbaycanın "Avroviziya" təmsilçilərinin geyimi ilə bağlı açıqlama: "Heç kəsin qeyrətinə toxunmur"

"Avroviziya" təmsilçilərimizin müzakirə olunan geyimi heç kəsin qeyrətinə toxunmur və təhqir etmir".
Bunu “Report”a açıqlamasında Azərbaycanın "Avroviziya"da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova deyib.
O bildirib ki, bu mahnı müsabiqəsidir, kostyumlar və tərzlər də fərqli olur: "Onlar nə açıq-saçıq, nə də çılpaq xalıya çıxıblar. Tərz kiminsə xoşuna gəlməyə bilər, amma bu işə peşəkar baxır. Təmsilçilərimizin belə geyinməsi onun qərarı idi. Onların geyindiyi geyim, yarışmada çox gözəl qəbul olunub və yaxşı mənada müzakirə edilib. Biz hər yerdə qeyd edirdik ki, bu geyimlər Azərbaycanın yerli brendi “Parcha studio”ya aiddir və Aysel Sadıxovanın yaratdığı obrazlardır".
İ.Dadaşova qeyd edib ki, geyimlər əvvəlcədən düşünülüb: "Xalıda diqqət cəlb etmək və zövqlü tərz göstərmək üçün düşünülüb və yaradılıb. Heç kəsin qeyrətinə toxunan geyim deyil, heç kimi təhqir etmir. Qadın geyimi olması iddiaları da qəribədir. Sosial şəbəkələrdə müsabiqənin auditoriyası bunu çox gözəl qəbul edib. Çünki onlar yaxşı başa düşürlər ki, "Avroviziya" incəsənətlə bağlı müsabiqədir. Onlar hərhansı siyasi veriliş və ya müsabiqəyə bu geyimdə çıxmayıblar. İncəsənət müsabiqəsində fərqlənmək vacibdir".
Mətbuat katibinin sözlərinə görə, bu il Azərbaycanın "Avroviziya"dakı tərzi barədə hamı müsbət danışır: "Geyim fərqlidir, bizim auditoriyanın öyrəşmədiyi bir geyimdir. Təmsilçilərimiz müsabiqənin əsas hissəsinə fərqli retro geyimində çıxacaqlar. Yəni həmin geyim sadəcə xalı üçün idi".
Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.
Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.
Dünən, 13:10
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Milli estetik fikrin Aslan Aslanov dəyəri" mövzusunda məruzə edib
Dünən, 12:11
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
Dünən, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
Dünən, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
Dünən, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 11:04
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
23-11-2026, 11:02
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
23-11-2026, 11:01
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
23-11-2026, 10:57
Sabah” – “Barselona” oyununa doğru: İspaniya çempionu Bakıda da qol buraxacaq?
23-11-2026, 10:55
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
23-11-2026, 10:49
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
23-11-2026, 10:48
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 10:44
Vyetnamda kulinariya festivalında Azərbaycan yeməklərinə böyük maraq olub