Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib
Gündəm / Elm və təhsil
Oxunub: 188
5 yan 2026 | 10:37

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib

Kitabın “Ön söz”ünün müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.
Monoqrafiyanın rəyçiləri Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin Fəlsəfə kafedrasının müdiri fəlsəfə elmləri doktoru, professor Olqa Kyvlyuk, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru Ziba Ağayeva, KKTC (Şimali Kipr Türk Cümhuriyyəti) Suprus Elm Universitetinin professoru, ECLSS org. konfrans təşkilatının prezidenti Həsən Karacan, kitabın redaktoru institutun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin elmi işçisi Sevinc (Nisa) Qulyevadır.




Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Nərgiz Axundova, bölmənin elmi katibi f.ü.f.d., Zümrüd Mənsimova və Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi iştirak ediblər.



Tədbiri giriş nitqi ilə açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə institut əməkdaşlarını və gələn qonaqları təbrik edərək elmi fəaliyyətlərində uğurlar arzulayıb:

"Monoqrafiya Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları haqqında ilk əsərdir. Müəllif 4 fəsil və 17 yarımfəsildən ibarət olan “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” adlı monoqrafiyada dahi alimin 97 illik geniş dövrünü, keşməkeşli həyatını, rasional və qeyri-səlist məntiqlə sintezdə formalaşmış özünə məxsus və zəngin dünyagörüşünü, multikultural, tolerant və eyni zamanda identik fəlsəfi baxışlarını ən yeni mənbələr və elmi yanaşmalar kontekstində tədqiq edib. Xatirə Quliyevanın yeni əsəri onun bu istiqamətdəki əvvəlki kitablarının, o cümlədən ölkədə və xaricdə çap olunmuş çoxsaylı məqalələrinin ideyaca davamı kimi təqdirəlayiqdir. AMEA-nın 80 illik yubileyindəki nitqində Prezident İlham Əliyev qarşımızda vəzifələr qoyub. Burada süni intellektin inkişafı ilə süni intellektin elmi və idarə etmənin bağlılığı əsas məsələlərdəndir. Süni intellektin kompüter elmləri ilə koqnitiv elmlər, psixologiya, sosiologiya və fəlsəfə ilə bağlı olduğu şərh edilir. Süni intellekt məntiqlə bağlıdır və daha bir fundamental monoqrafiyada genişləndirilərək irəli sürülüb. Lütfi Zadənin irsi, süni intellektin təsiri elmi, fəlsəfi məsələləri ilə də sıx bağlıdır”, - deyə direktor söyləyib. Qeyd edib ki, tədqiqatçının məqalələri ABŞ, Türkiyə, İtaliya, Pakistan, Polşa, Macarıstan, Slovakiya və başqa ölkələrin nüfuzlu jurnallarında dərc edilib.

Sonra çıxış edən akademik Nərgiz Axundova kitabın müəllifi Xatirə Quliyevanın dövlətçilik məfkurəsindən başlayaraq, fəlsəfə tarixinədək uzanan bir elmi xətti olduğunu qeyd edib, onun bu əməyinin qiymətləndirilərək “Tərəqqi” medalına layiq görüldüyünü vurğulayıb və təbrik edib.





Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli “Dünya Azərbaycanlılarının həmrəyliyi və Lütfi-Zadə fenomeni”, f.e.d. Füzuli Qurbanov “Xatirə Quliyevanın əsərində Lütfi Zadənin qeyri-səlis məntiqi və fəlsəfi görüşlərinin uzlaşdırılması”, f.e.d., professor Arif Büniyatov “Lütfi Zadənin elmi nəzəriyyələrinə Xatirə Quliyevanın baxışı”, s.e.ü.f.d. Hüseyn İbrahimov “Xatirə Quliyevanın əsərində Lütfi Zadə irsinə sosio-mədəni baxış” mövzularında çıxışlar ediblər. Həmçinin f.e.d., professor Rəna Mirzəzadə və h.e.d., prof. Habil Qurbanov çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, alimə yeni yaradıcılıq uğurları arzulayıblar.


Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva çapına və təqdimatına verdiyi dəstəyə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.


Xatirə Quliyeva çıxışında qeyd edib ki, Sizə da­hi Lüt­fi Za­də­nin mə­nim araş­dır­ma dün­ya­ma gəl­mə­si, baş­qa cür de­səm, mə­nim da­hi Lüt­fi Za­də­nin “qey­ri-sə­lis mən­tiq” nə­zə­riy­yə­si­nin rən­ga­rəng dün­ya­sı­na düş­mə­yim haq­qın­da qı­sa­ca mə­lu­mat ver­mək is­tə­yi­rəm. Be­lə ki, fik­rim­də “Lüt­fi Za­də­nin Döv­rü, Dün­ya­gö­rü­şü, Fəl­sə­fi Ba­xış­la­rı” möv­zu­su­nun do­ğu­lu­şu­na ki­mi mə­nim mə­nə­viy­yat eta­tiz­mim, mil­li iden­tik tə­əs­süb­keş­li­yim və el­mə və­tən­daş­lıq his­si ilə ya­naş­ma­ğım Azər­bay­can əsil­li, dün­ya­şöh­rət­li alim Lüt­fi Za­də­ni öy­rən­mə­yi dik­tə et­di. Da­hi­mi­zi “ya­vaş-ya­vaş” diq­qət­lə öy­rən­dik­cə, əs­lin­də onu an­la­dıq­ca təh­lil qiy­mət­lən­dir­mə­lə­rim bey­nim­dən qə­lə­mi­mə, ora­dan da sü­ni in­tel­lek­tin mə­nə (mil­yard­lar­la in­sa­na) sü­ni in­tel­lek­tin “ata­sı” Alan Tu­rin­qin bəxş et­di­yi “ağıl­lı ma­ki­ne­nin” - not­boo­ku­mun sə­hi­fə­lə­ri­nə sü­zül­dü və öl­kə­miz­də, elə­cə də dün­ya­nın ta­nın­mış jur­nal­la­rın­da Lüt­fi Za­də haq­qın­da və o cüm­lə­dən ali­min təd­qi­qat sa­hə­si olan sü­ni in­tel­lekt möv­zu­sun­da, onun el­mi əhə­miy­yət kəsb edən ir­si­nin də­yər­lən­di­yi mə­qa­lə­lə­rim ya­yın­lan­dı. Mə­sə­lən, Pa­­­kis­­­ta­­­nın JASS jur­­­na­­­lın­­­da dərc olun­­­muş “Dün­­­ya Sü­­­ni İn­­­tel­­­lekt Sis­­­te­­­mi­­­nin İn­­­ki­­­şa­­­fın­­­da Lüt­­­fi Za­­­də Fe­­­no­­­me­­­ni. Lüt­­­fi­­ Za­­­də –100(təbii ingilis dilində); İndoneziyada nəşr olu­nan “Pe­da­qo­qi­ka və Təh­sil elm­lə­ri” jur­na­lın­da “Dün­ya şöh­rət­li alim Lüt­fi Za­də­nin Azər­bay­can “Döv­rü” ta­rix fəl­sə­fə­si kon­teks­tin­də”; Çin­də çap olu­nan Cİ­NA-USA İda­rə­et­mə İc­ma­lı jur­na­lın­da “Ta­rix və Müa­sir­lik Lüt­fi Za­də­nin Dün­ya­gö­rü­şü Kon­teks­tin­də”; Ame­ri­ka­da Bey­nəl­xalq Fəl­sə­fə Təd­qi­qat­la­rı jur­na­lın­da “Dün­ya­gö­rü­şü Kon­sep­si­ya­sı Lüt­fi Za­də­nin Dün­ya­gö­rü­şü Kon­teks­tin­də. Ta­rix və Müa­sir­lik”; öz ölkəmizdə AMEA-nın saytında 9 silsilə mə­qa­lə­lə­rim.
Be­lə­cə, da­hi alim haq­qın­da xa­ric­də ya­yım­la­nan mə­qa­lə­lə­rim, elə­cə də konf­rans elektron ki­tab­la­ra da­xil olan mə­ru­zə­lə­rim sü­rət­lə ge­niş ya­yıl­dı və mə­nə bir çox xarici jur­nal­lar­dan mə­qa­lə ça­pı də­və­ti gəl­mə­yə baş­la­dı. Bə­zi­si­nə “çat­dı­rıb” mə­qa­lə gön­dər­dim, bəzisinə yox. Bu gün də məqalə dəvətləri gəlməkdədir. Əl­bət­tə, di­gər mə­qa­lə­lə­rim­də də Lüt­fi Za­də möv­zu­su üfü­qü xət­ti­ni təş­kil edir­di. Mə­sə­lən, Lambert nəşriyyatının çap etdiyi “Azərbaycan alimlərinin məqalələri” toplusunda (“Articles of Azerbaijan Scientists. Identity and Global Ethical Problems in the Context of the 4.0 Industrial Revolution. ANAS – 80”- Lambert-2024) “Dün­ya Sə­na­ye İn­qi­lab­la­rı və Sü­ni in­tel­lekt Sis­te­mi”; Pol­şa­da çap olun­muş kol­lek­tiv “Təş­ki­lat­la­rın İda­rə Olun­ma­sı­na Fən­lə­ra­ra­sı Ya­naş­ma" ki­ta­bın­da “Sü­ni in­tel­lekt fəl­sə­fə­si­nin proqressiv və req­res­siv in­ki­şa­fı mə­sə­lə­lə­ri”; AMEA say­tında Qəh­rə­man” Alan Tü­rin­qin “Bom­ba­sı” və sü­ni in­tel­lek­tin fəl­sə­fə­si” 5 mə­qa­lə və s.
Bun­dan son­ra bir­dən mə­nim üçün “mö­cü­zə” baş ver­di. Adı­nı be­lə bil­mə­di­yim – Lon­don­da yer­lə­şən Kembridc Skalars Pab­lisşingdən mə­nə Lüt­fi Za­də haq­qın­da ki­tab ça­pı tək­li­fi gəl­di. Se­vin­dim. Qə­bul et­dim. 2022-ci ilin no­yabr ayı­nın 12-sin­də nəş­riy­yat­la ara­mız­da Mü­qa­vi­lə bağ­lan­dı və 1 il mü­də­tin­də Kembridc Skalars mo­noqra­fi­ya təh­vil ver­mə­yi öz üzərimə gö­tür­düm.



Əsə­ri Mü­qa­vi­lə müd­də­tin­də (1-2 ay ge­cik­dim) çat­dır­ma­sam da şərt­lə­ri­nə (əsə­ri heç bir di­gər nəş­riy­yat­da, o cüm­lə­dən öl­kəm­də dərc et­dir­mə­mək) əməl et­mək­lə təh­vil ver­dim. An­caq kor­rek­tə edil­mə­li ol­du­ğu və bu­na gö­rə mən­dən çox­lu “ev­ro” is­tə­nil­di­yi üçün geri çəkildim və əsəri Av­ro­pa­da nü­fuz­lu aka­de­mik nəş­riy­yat olan Lam­ber­tə mü­ra­ci­ət et­dim. Lam­bert qı­sa müd­dət­də mə­nə müs­bət ca­vab ver­di və 2023-cü ilin sent­yabr ayın­da “Lüt­fi Za­də­nin Döv­rü, Dün­ya­gö­rü­şü, Fəl­sə­fi Ba­xış­la­rı” mo­noq­ra­fi­yam bu nəş­riy­yat­da in­gi­lis di­lin­də çap olun­du. Da­vam­da “Ama­zon”, “Mo­re bo­oks” dün­ya ki­tab sa­tış-ya­yım­la­rın­da təb­liğ olu­nan bu mo­noq­ra­fi­yam qı­sa müd­dət­də - 2 ay sonra dün­ya el­mi ic­ti­ma­iyy­ti­nin elə ma­ra­ğı­na sə­bəb ol­du ki, Lam­bert aka­de­mik nəş­riy­ya­tı onu da­ha 6 dil­də - por­tu­qal, al­man, is­pan, fran­sız, ital­yan və rus dil­lə­rin­də, həm­çi­nin hə­min döv­lət­lə­rin ən nü­fuz­lu nəş­riy­yat­la­rın­da çap et­di.

Be­lə­cə, Azər­bay­can əsil­li dün­ya­şöh­rət­li alim Lüt­fi Zadə möv­zu­su mə­nim el­mi təd­qi­qat dün­yam­da qiy­mət­li var­lı­ğa çev­ril­di.

Doğ­ru­su, da­hi Lüt­fi Za­də­nin ri­ya­ziy­yat, ki­ber­ne­ti­ka, ro­bo­to­tex­ni­ka və bir çox baş­qa tex­ni­ki elm sa­hə­lə­ri­nə aid olan el­mi kəşf­lə­ri­nin su ki­mi ay­dın­lıq­la dər­ki­ni “ağ­lım kəs­mə­sə” də, mən bü­tün elm­lə­rin kö­kün­də da­ya­nan dün­ya­gö­rü­şü və fəl­sə­fi ba­xış­lar­nı fəl­sə­fi bi­li­yim­lə an­la­ma­ğa ça­lış­mı­şam. Se­vi­ni­rəm ki, an­la­mı­şam və mo­noq­ra­fik sə­viy­yə­də an­lat­ma­ğa müə­vəf­fəq ol­mu­şam.

Fəxr edirəm ki, Azər­bay­can əsil­li, dün­ya­şöh­rət­li alim Lüt­fi Za­də­nin keş­mə­keş­li hə­ya­tı və zən­gin dün­ya­gö­rü­şü­nə, fəl­sə­fi ba­xış­la­rı­na həsr et­di­yim artıq Azər­bay­can di­lin­də çap olu­nmuş “Lüt­fi Za­də­nin Döv­rü, Dün­ya­gö­rü­şü, Fəl­sə­fi Ba­xış­la­rı” mo­noq­ra­fi­ya­mı dün­ya el­mi­nə bəxş et­mi­şəm. İn­di də bu əsl zəh­mə­tin nə­ti­cə­si əsə­ri­mi öz öl­kə­min el­mi fik­ri­nə təq­dim edi­rəm və qü­rur du­yu­ram ki, ar­tıq 10-cu mo­noq­ra­fi­yam xal­qı­mın el­mi tə­fək­kür xə­zi­nə­si­nə da­xil olur.


Xüsusi ilə qeyd etmək lazımdır ki, Lütfi Zadə Azərbaycan və azərbaycançılıq amalını bütün şüuru, zəkası, bütün varlığı ilə təsdiq etdi. Bu Azərbaycan əsilli dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan və azərbaycançılıq “dövrünün” riyazi-məntiqi, qeyri-səlist, kosmik və planetar “Infinity”si – sonsuzluğudur”.

Lüt­fi Za­də­nin də­yər­li söz­lə­ri bu­ra­da ye­ri­nə dü­şür: “XXI əs­rin əsas in­ki­şaf fəl­sə­fə­si bi­lik­dir. Bi­li­yi olan da­ha güc­lü olar. Güc­lü olan hə­mi­şə qa­lib­dir”.


Bu da da­hi Lüt­fi Za­də­nin de­yi­mi­dir: “Tək­cə təh­sil ye­tər­li de­yil, zəh­mət və uğur da çox önəm­li­dir. Mə­nim uğur düs­tu­rum ba­ca­rıq, zəh­mət və əzm­kar­lıq­dır. Bun­lar uğu­run ele­ment­lə­ri­dir".
Hə­qi­qə­tən də be­lə­dir. Xır­da­lıq­la­ra var­ma­dan, belədir!




“Lüt­fi Za­də­nin Döv­rü, Dün­ya­gö­rü­şü, Fəl­sə­fi Ba­xış­la­rı” mo­noq­ra­fi­ya­mın öz öl­kəm­də işıq üzü gör­mə­si­nin sə­bəb­ka­rı AMEA-nın pre­zi­den­ti aka­de­mik İsa Hə­bib­bəy­li­dir. Aka­de­mik İsa Hə­bib­bəy­li Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və 2023-cü ildə Avropada 7 dildə nəşr edilmiş, “Lüt­fi Za­də­nin Döv­rü, Dün­ya­gö­rü­şü, Fəl­sə­fi Ba­xış­la­rı” əsə­ri­min Azər­bay­can di­lin­də ça­pı­nı tək­lif et­mək­lə mə­ni çox se­vin­dir­di. Akademikin monoqrafiyanı oxuduqdan sonra Ön söz yazması, öz redaktələri ilə müdrik məsləhətlərini verməsi və nəşrə Elmi məsləhətçi olması mənim üçün ikiqat qürurverici hadisədir. Bu­na gö­rə İsa Hə­bib­bəy­li­yə min­nət­da­ram. Çün­ki mən Lüt­fi Za­dənin fəlsəfi dünyagörüşü haq­qın­da bü­tün dün­ya­da ilk olan bu mo­no-qra­fi­ya­mı İn­gil­tə­rə­nin Cam­bird­ge nəş­riy­ya­tı­nın tək­li­fi və mü­qa­vi­lə əsa­sın­da yaz­mış­dım və mü­qa­vi­lə şərt­lə­ri­nə uy­ğun ola­raq hə­min ərə­fə­də öl­kəm­də işıq üzü gör­mə­si müm­kün ol­ma­mış­dı. Da­ha son­ra əsəri Lam­bert aka­de­mik nəş­riy­yatı 7 dil­də çap et­di. Kitabın da­ha bir ne­çə dil­də də nəş­ri plan­laş­dı­rı­lır. AMEA-nın pre­zi­den­ti aka­de­mik İsa Hə­bib­bəy­li­nin Ulu Ön­dər Hey­dər Əli­yev ir­si sa­hə­sin­də bir ne­çə əsə­rim ki­mi “Lüt­fi Za­də­nin Döv­rü, Dün­ya­gö­rü­şü, Fəl­sə­fi Baxış­la­rı” mo­noq­ra­fi­ya­mın da ça­pı­na dəs­tə­yi onun Azərbaycan əsilli dahi Lütfi Zadəyə vətəndaş münasibətini, Azər­bay­can el­mi­nin, Azər­bay­can ali­mi­nin in­ki­şa­fı­na diqqətini, qayğısını – əsl elmin, alimin dostu olmasını bir da­ha təs­diq­lə­yir.
Əsərin müəllifi çıxışının sonunda vurğulayıb ki, “Lütfi Zadə Azərbaycanda uşaqlıq illərində yaşayıb. Daha dəqiq desək, 10 yaşına kimi. Onlar sonra ailəvi olaraq İrana köç ediblər. Lakin dahi alim Azərbaycan və azərbaycançılıq amalını bütün şüuru, zəkası, bütün varlığı və öz əməlləri ilə təsdiq edib. Belə ki dahi alim əbədi uyumaq üçün 72 il yaşadığı ABŞ-ı deyil, Azərbaycanı seçmişdir. Bu isə Azərbaycan əsilli dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan və azərbaycançılıq “dövrünün” riyazi-məntiqi, qeyri-səlist, kosmik və planetar “Infinity”si – sonsuzluğudur”. Lütfi Zadənin ən böyük azərbaycanlı olmasını onun vəsiyyəti – Azərbaycanda, hətta cənazə namazı ilə dəfn olunmaq arzusu da təsdiqləyir. Bu azərbaycançılıq tarixi ənənəsinin bariz nümunəsidir.


Mənbə:science.gov.az saytı


(məlumata şəkillər əlavə olunub)
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
9-04-2026, 10:48
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
9-04-2026, 10:45
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir
7-04-2026, 12:09
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
7-04-2026, 12:06
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
7-04-2026, 12:02
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
7-04-2026, 11:56
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç
7-04-2026, 11:52
Filosof alimin əsərləri dünya kitabxanalarının katoloqlarında yerləşdirilib
4-04-2026, 15:55
ANONS! ANONS! MƏKTUB YETİŞDİ!.. İLHAM MƏMMƏDZADƏNİN NÖVBƏTİ FIRILDAĞI... AZACIQ GÖZLƏYİN!
31-03-2026, 11:04
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
31-03-2026, 11:00
Dünya bazarında qızıl 45 dollar bahalaşıb
31-03-2026, 10:58
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
31-03-2026, 10:57
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlıq ifadə olunub
31-03-2026, 10:56
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
31-03-2026, 10:44
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
31-03-2026, 10:41
Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
31-03-2026, 10:38
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930