CƏNAB NAZİR VİLAYƏT EYVAZOV SİZƏ POLİSLƏRDƏN ŞİKAYƏTİM VAR ...
Gündəm / Ölkə
Oxunub: 326
8 sen 2025 | 19:11


AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRİ, CƏNAB VİLAYƏT EYVAZOVA AÇIQ MƏKTUB









Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru



AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ADMİNSTRASİYASINDA VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ MƏNİN BAŞIMA GƏLƏNLƏR İSTİSNA DEYİL! FAKTLARI OLDUĞU KİMİ QORXUB ŞİKAYƏT ETMƏYƏN VƏTƏNDAŞLARI DÜŞÜNƏRƏK YAZIRAM.

CƏNAB NAZİR VİLAYƏT EYVAZOV SİZƏ MƏNƏ QƏDDARLIQ ETMİŞ, QƏDDARLIQ ETMİŞLƏRƏ “KOR-GÖR” TƏRƏFKEŞLİK ETMİŞ, İNDİ DƏ NARAHAT EDƏN POLİSLƏRDƏN ŞİKAYƏTİM VAR ...

Salam cənab nazir Vilayət Eyvazov! Əvvəlcə yazaraq bildirirəm ki, mən başda Ulu öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyam olmaqla 3-ü Ulu öndər Heydər Əliyevə həsr olunmuş monoqrafiyaların, 1- i Heydər Əliyevə, 1-i AR Birinci Vitse-prezidenti Mehriban Əliyevanın 2004-2021-ci illər fəaliyyətinə həsr olunmuş 7 kitabın, Azərbaycan əsilli dünyaşöhrətli alim Lütfi-Zadə haqqında (bütün dünyada ilk monoqrafiyadır) Londonda 7 dildə çap olunmuş və lap bu günlərdə öz dilimizdə işıq üzü görəcək monoqrafiyanın, xaricdə və ölkədə çap olunmuş monoqrafiya və 200-dən çox məqalənin müəllifi - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda şöbə müdiri, fəlsəfə elmləri doktoruyam.
Mən Sizi 10-12 il əvvəl yaxın ailə üzvümə qarşı ədalətsizliklə bağlı qəbulunuza gəldiyim vaxt milli-mentalitetimizə sahib, vicdanlı məmur kimi tanıyıb indiyə qədər şəxsiyyətinizə ehtiram bəsləyirəm. Bu baxımdan Sizə Sizin vicdanlı olmağınıza, Sizin qətiyyətinizə inanaraq müraciət edirəm!

Beləliklə, çoxhörmətli cənab nazir Vilayət Eyvazov! Sizə biz iki yaşlı, tənha, xəstəliklərdən əziyyət çəkən (mən 2-ci qrup əliləm) ziyalı qadına Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına Ali məhkəmə Qərarını belə saya saymayan - ölkədə qulduqrluq, dələduzluqla hökmranlıq edən Giyaslı Group MMC-dən şikayətə getdiyimiz gün çox pis təşkil edilmiş Qəbulda məmur Azad Kəngərlinin “drilorluğu” ilə baş alıb gedən qanunsuzluqdan, İRAD bildirdiyimdə şəxsən mənə qarşı Polis qəddarlığından, Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsinin əməkdaşı mayor Ərəstun Qurbanovun məni Azad Kəngərlinin həyat yoldaşı Aydan Kəngərlinin şikayəti əsasında “mənə yaxşılıq etmək üçün” çağırması, Maştağa 14-cü polis Bölməsinin məni əsl Repressiya dövründə olduğu kimi naməlum səbəbə görə təkidlə bölməyə çağırması, hətta ailəmə təsir etməsi faktları ilə bağlı şikayətim var.
Əvvəla, kaş ki, bizə bir yaxşılıq edən olaydı, Sizə də xəbərnaməli göndərdiyim şikayət məktubunda mülkiyyətimizi məhv etmiş və rəhbərlik etdiyiniz DİN də yüksək vəzifələrdə işləyən şəxslərə arxalanıb Ali məhkəmə Qərarını belə saya saymayan Giyaslı Group MMC-yə bir Azərbaycan yüksək vəzifəlisi, Azərbaycan milli mentalitetinə sahib şəxsiyyət kimi halal haqqımızı qaytarmal ı olduqlarını “tövsiyyə” etməyinizi xahiş etmişdim.
Indi isə Sizə əməkdaşlarınızdan şikayətimin əsas məsələsinin təfərrüatına keçid alıram.
Belə ki, 18 İYUL 2025-Cİ İL TARİXDƏ AR Prezidentinin Adminstrasiyasına saat 11-də çatdığımız halda mənə 83-cü nömrə verildi. Məndən sonra nömrə götürənə isə 50-ci nömrə verildi. Bunu mən gördüm və Qeydiyyat yerindəki əməkdaşlara dedim. Cavabları bu oldu ki, o adam 10 gün əvvəl gəlib yazılıb. Yalan deyirdilər və mən onlara belə bir şərtin olmadığını bildirdim. Bu saxtakarlığı mənə qarşı zahirindən belə harınlıq yağan məmur Azad Kəngərli artıq 3-cü dəfə idi edirdi və buna görə də mən ümumi zaldakı və 11 saylı gözləmə otağındakı adamları 1-1 sayaraq cəmi 37 adam olduğunu dəqiqləşdirdim. Bəlkə 3- 5 nəfər də (ola bilməzdi!) imtiyazlı vətəndaş içəridə idi, bunu bilmirəm. Həmçinin mən də 2-ci qrup əliləm və bunu nömrə verənlərə bildirdim. Hər halda eyni ayda 2-ci qəbul zamanı və saat 11-də 83 növbə bileti açıq-aydın saxtakarlığı göstərir. Çünki, hər vətəndaşın maksimum 10 dəqiqə dinlənildiyini nəzərə alsaq, 1 saat fasilələrini çıxmaqla saat 11-dən saat 18-ə kimi 120 vətəndaş qəbul ola bilərdi ki, o zaman saat 16-da biz artıq qəbula girməli idik. Halbuki, özüm saat 11 də 37 adam saymışdım və 16-ya kimi 60-dan artıq adam yox idi və ən əsas məsələ, 2-3 dəqiqədən artıq qəbul çəkmirdi, saat 16.20 radələrində 2-ci mərtəbədə 10-dan çox adam gözləmirdi.
Qısası, mən və bacım saat 16-ya kimi foyedə gözlədik və Azad Kəngərlinin gənc qız işçilərə bəzi qəbula gələnləri növbədənkənar yuxarı aparmaq tapşırığı verdiyinin şahidi olduq. Bu hal dəfələrlə baş verdi və təxminən 14 radələrində bizdən əvvəlki növbələr - 84, 85 və s. də bu şəkildə qəbula növbədənkənar aparıldıqda mən irad bildirdim. Ancaq Azad Kəngərli biz yaşlı adamlara, xüsusilə, mən 2- ci qrup əlil, alim vətəndaşa əhəmiyyət vermədi.
Saat 15-də Azad Kəngərli yuxarıda olduğu üçün gənc qız işçilər sonuncu qəbula gələnləri aparmağa gəldikdə mən maskalı qız əməkdaşa yenə irad bildidim, qız bu dəfə bizi də apardı. Mən 2-ci mərtəbəyə qalxdıqdan sonra Azad Kəngərlidən 85 saylı (həmin nömrədəki qadınla aşağıda söhbət etmişdim, imtiyazlı deyildi, saat 15-ə kimi imtiyazlı qala bilməz və hər halda qəbula ən azı saat 13-dən sonra gəlmişdi) nömrədəki vətəndaşın hansı əsasla bizdən əvvəl yuxarı çıxarılması tapşırığını verdiyini soruşdum.
Qanunsuzluğunun - Ayıbının üstü açıldığına qəzəblənən Azad Kəngərli əsəbi halda 1 gənc oğlan işçiyə, o da 1 gənc qız işçiyə “tez onu çıxart yuxarı” tapşırığını verdi. Qız işçi operativiklə gedib 30-35 yaşlarda, qara saçlı, ağ köynəkdə bir qadını yuxarı çıxartdı. 4 saat müddətində bizim gömədiyimiz - aşağıda 2-3 dəqiqə olmamış həmin qadını qəbul gözləyən 10-a yaxın vətəndaşı, o cümlədən 4 saat xəstə halda qəbul gözləyən biz növbəsi çoxdan keçmiş iki ziyalı qadnı saymadan düz qəbul keçirilən otağa apardılar. Mən qul olmadığımı düşünən 40 ilin alimi, Ulu öndərin sağlığından bugünə kimi tədqiqatçısı Azad Kəngərlinin bu qanunsuz hərəkətinə irad bildirdim. O da polislərə məni qəbuldan çıxarmaq əmrini verdi və 3 polis, xüsusilə, bir həqiqətən “özündə olmayan” qüvvətli gənc qadın polis məni əsl ermənilər Azərbaycanlılarla davranacaq şəkildə qəddarlıqla binadan çıxartdı. Bu vaxt mən Azad Kəngərliyə tərəf dönüb, “Siz etdiniz?!”-dedim. O gülə-gülə, başı ilə “hə” dedi. Həmin dəqiqələrdə polislərin “rəis” deyə müraciət etdikləri bir polis nə baş verdiyi ilə maraqlandı. Mən ona özümü təqdim etmək istədikdə Azad Kəngərlinin əmrini yerinə yetirən – qanunları, vicdanı, ədaləti saymayan Polis qadın məni sürətlə qapıdan çıxararaq “ölümümə” pillələnlərə atdı. Xoşbəxtlikdən (boyum balaca olduğu üçün) pilləkənlərin önünə yıxıldım. Bacımın böyük köməkliyi və əlbəttə, əsas Allahın köməyi ilə ayağa qalxdım. Çox qəribə, biz içəri keçməyə cəhd etmirdik. Ancaq mən 52 kq. çəkidə 2- ci qrup əlili, 4 saat ac, dərmansız qalmış ağır formada şəkər xəstəsini qadın polis hətta 1 neçə dəfə pilləkənlərə atmağa çalışdı. Görünür hadisə kameralarla izlənilirdi ki, məni 2-ci mərtəbədən onunla birlikdə vəhşi davranışla aşağı düşürdən kişi polis içəridən çıxıb qadın polisə irad tutdu və mən yıxılarkən yerə düşmüş eynəyimin qopmuş gözlüyünü yerinə qoydu.
Mən ordan çıxıb, (bacımdan ayrılıb) maşın çağırıb birbaş Nərimanov Rayon Polis İdarəsinə getdim. Rəis müavini Bəxtiyar Abbaszadə məni qəbul etdi. Ona qızarmış əl-qolumu (qadın polis sol qolumun dirsəkdən yuxarı hissəsini ölümümə sıxmışdı), diz qapağımı, altı çıxmış ayyaqqabımı göstərdim. (Məsələ mediada Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB. (https://cahanplus.com/olke/5811-cenab-samir-nuriyeve-aciq-mektub.html) sərlövhəli yazıda və Sizə Facebook sosia şəbəkəəsi vasitəsilə müraciət statuslarımda işıqlanıb).
Rəis müavini Bəxtiyar Abbaszadəyə Ərizə, izahat vermək istədiyimi bildirdim. Dedi, vəziyyətiniz Ərizə, izahatdır, çağırtdırmışam, saat 18-dən sonra gələcəklər. Daim onlara vətəndaşlarla kobud davranmamaqlarını tapşırırıq. Ancaq günlər keçdikcə Bəxtiyar Abbaszadənin bu məsələni həvalə etdiyi kapitan Çingiz adlı köməkçi, daha sonra bir inspektor süründürməçiliyə keçdilər. Bu müddətdə birini gün adları Sevil və Nicat deyilmiş polis işçilərinin adları Səmra və Vahab “oldu”. Yazılı müraciətlərimdə üzləşdirmə, vidio lentlərə baxılma xahiş və tələblərim saya sayılmadı. Ən “dəhşətlisi” sonda mənə vidio lentlərdə heç bir hüquq pozuntusunun olmadığının bildirən 2 cümləlik cavab məktubu göndərildi ki, bu ənənə halını almış XALQLA POLİS münasibətlərində xalqın birmənalı şəkildə günahkar çıxarılması, polisə tərəfkeşlik nümunəsi idi.
Halbu ki, Polis yaşlı vətəndaşa, 2-ci qrup əlilə, alim-ziyalıya, ən əsas da gözü ilə vəziyyətini gördüyü şəxsə Qanunun tələblərinə uyğun, həmçinin Allaha xatir tərəf olmalıydı.
Cənab nazir Vilayət Eyvazov! Mənə qarşı “vəhşilik” edən qadın polis Allah şahiddi ki, həmin gün normal halda deyildi. Hələ ümumi qapıdan keçərkən mənim sumkamı açdırdı. Sol əlimdə kitablarımı, ərizə və sənədləri qoyduğum setka vardı. Sağ əlimdə balaca çantam. Ona sağ əlimin işləmədiyini deyib, xahiş etdim ki, özü açsın çantamı. Bir də gördüm o ayağının üstündən bu ayağının, sonra bu ayağının üstündən o biri ayağının üstünə atlanır. Axır özüm güc-bəla ilə çantamı açdım, o balaca çantanı yoxlayıb, qaşımdan çəkildi. Ona səmimiyətlə, “bağlaya bilmirəm” bağla daa, dedim. Bu an o dişlərini də qəribə şaqqıldatdı. Mən onun əsəbi deyil, “içkili və ya dərmanlı” olduğunu ehtimal etdim. Eyni zamanda 3-cü dəfə gəldiyim qəbulda ilk dəfə idi ki, çantam yoxlanılırdı. Adətən çantalar yuxarıda turnugeyə qoyulur. Bu baxımdan da düşündüm ki, bu qadın polisin nəsə problemi var.
Onun məni pilləkənlərə atması artıq mənim üçün onun tərəfindən təbii hadisə idi. Hətta içəridən həmkarının çıxıb ona “nə edirsən, gedir, qoy getsin dəə”- deməsi də bu adı ciddi cəhdlə gizlədilən, lakin əslində Sevil adlı polisin "özündə-sözündə" olmadığını təsdiqləyirdi. hardan bilirəm dəqiq adı Sevildi, deyim, həmin gün Nərimanov rayon polis İdarəsinə gəldiyimdə növbətçi hissədən Prezident Adminstrasiyasına zəng edib məsələ ilə maraqlandıqdan sonra rəis müavininə Sevil və Nicat dediklərini şəxsən özüm eşitmişdim.
Əlbəttə, Nərimanov Rayon Polis İdarəsinin gerçəyi danması, mənə qarşı qəddarlıq edən polis əməkdaşlarına tərəfkeşlik etməsi, adlarını belə gizlətməsi Azad Kəngərlinin “tapşırığı ilə” ola bilər. Belə ki, bir həqiqətdir ki, Azad Kəngərlinin özü mənə polisə əmri verdiyini demişdi. Deməli, ona tabe olmayanlara qanunlardan kənar əmrlərini icra edənləri də Azad Kəngərli qoruya bilər.
Cənab nazir Vilayət Eyvazov! İndi isə buyurun Əziz Şəhidlərimizin İL mərasimini gözləmədən – Xalqımızın Hüznünü saymadan ən bahalı şadlıq evlərindən birində Toy etmiş Prezident Adminstarasiyasının məsul əməkdaşı Azad Kəngərlinin kasıblara acıq verən kimi sosial şəbəkədə yaydığı 10 ZZ 776 nömrə nişanlı Ferrari İtali Spider markalı maşınını, kaskasız arvadını arxasına alıb, özü də həmçinin kaskasız vəziyyətdə ( bir sadə vətəndaş bunu etsə Polis onu cərimələyər) küçələr boyu keyf elədiyi bahalı motosleti, 50 minlik Audemars Riguet Royal Qak Offshore Chr. Markalı qol saatı, zəngin turizmdə dincəlməsini əks etdirən, (üzr istəyirəm) hətta intim vidio və foto görüntüləri ilə tanış olun!

[medium=left]https://cahanplus.com/uploads/posts/2025-09/1757342288_526173335_31154163384182125_8174438387628026377_n.jpg

[medium=left]https://cahanplus.com/uploads/posts/202509/1757342442_525096629_31154164397515357_1564880556897873529_n.jpg[/medium]



Mən milli-mentalitat hissimizə, məmur məsuliyyətinə sığmayan bu görüntüləri bütün dünyaya açıq instağram sosial şəbəkəsindən gÖtürmüşəm. Hələ mən Facebookda Azad Kəngərlinin nəinki AR Prezidentinin Adminstrasiyasının əməkdaşına, heç sıradan birinin sosial şəbəkədə yaymağa hüququ çatmayan son dərəcə ədəbsiz anekdotlarını utanıb işıqlandırmıram!

Baxıın fikrimcə, vəzifə məsuliyyəti, vicdan, ləyaqət hissinizlə Siz də deyəcəksiz: Azərbaycan Respublikasının Prezidentinin Adminstarasiyasında harınlığını hayqıran, Ferrarisi, bahalı motosikileti, bahalı saat və s. zənginlikləri ilə kasıblara acıq verən, xalqın ağır hüznünü saymayan, kaska taxmamış həyat yoldaşını da arxasına alıb kaskasız motoskilet sürməklə Polisləri saymadığını nümayiş etdirən, nəhayət, özmarağına qəbul təşkil edən MƏMUR niyə işləyir?!
[img=left]https://www.instagram.com/p/CRgRrxHFQfU/?igsh=YzljYTk1ODg3Zg==[/img]
Rəhbərlik etdiyiniz nazirliyin yüksək vəzifəliləri isə haqqı nahaqa qurban verirlər. Mənə qəddarlıq etmiş, təhdid edən Polis əməkdaşlarını cəzalandırmalısız ki, XALQ - POLİS BİRLİYİ həqiqət olsun!
Ardı var

ANONS! ANONS!


SOSİAL ŞƏBƏKƏDƏ YAYDIĞI VİDYO VƏ FOTOLAR ƏSASDIR Kİ, AZAD KƏNGƏRLİ AR PREZİDENTİNİN ADMİNSTRASİYASINDAN KƏNARLAŞDIRILMALIDIR!..

“ƏZRAYIL UŞAQ PAYLAYIR...” misalı MƏNƏ YAXŞILIQLARI LAZIM DEYİL!


GİYASLI GROUP MMC HEÇ OLMASA ALİ MƏHKƏMƏ QƏRARINI SAYIB MÜLKÜMÜZÜN ƏVƏZİNİ VERSƏYDİ BİZ AR PREZİDENTİNİN ADMİNSTRASİYASINA CƏNAB FUAD ƏLƏSGƏROVUN QƏBULUNA NİYƏ GEDİRDİK?!

MƏCBUR OLUB AVROPA BİRLİYİNİN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİNƏ MÜRACİƏT EDƏCƏYƏM!
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
9-04-2026, 10:48
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
9-04-2026, 10:45
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir
7-04-2026, 12:09
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
7-04-2026, 12:06
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
7-04-2026, 12:02
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
7-04-2026, 11:56
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç
7-04-2026, 11:52
Filosof alimin əsərləri dünya kitabxanalarının katoloqlarında yerləşdirilib
4-04-2026, 15:55
ANONS! ANONS! MƏKTUB YETİŞDİ!.. İLHAM MƏMMƏDZADƏNİN NÖVBƏTİ FIRILDAĞI... AZACIQ GÖZLƏYİN!
31-03-2026, 11:04
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
31-03-2026, 11:00
Dünya bazarında qızıl 45 dollar bahalaşıb
31-03-2026, 10:58
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
31-03-2026, 10:57
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlıq ifadə olunub
31-03-2026, 10:56
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
31-03-2026, 10:44
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
31-03-2026, 10:41
Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
31-03-2026, 10:38
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930