EYNİ İŞ ÜZRƏ XEYRİMƏ OLAN 2 APELLYASİYA QƏRARININ HEÇ OLMASI MARAĞINDA OLAN AZƏR TAĞIYEV ONA ETİRAZIMI İSRARLA RƏDD EDİR
Gündəm / Ölkə
Oxunub: 216
10 may 2025 | 17:51

Xatirə Quliyeva
1(009)-195/2025 № -Lİ İŞ üzrə Xüsusi İttihamçı
fəlsəfə elmləri doktoru


SOS!SOS! SOS! MƏNİ VƏ QANUNLARI AZƏR TAĞIYEVİN ZORAKILIĞINDAN XİLAS EDİN!..




Əziz oxucum!

Fikrimcə, Siz mənim məhkəmə çəkişmələrimi izləyirsiz! Ona görə təfərrüatlara varmadan diqqətinizə çatdırıram ki, mən bu il 29 aprel tarixində Səbail rayon məhkəməsinin sədri Azər Paşayevə və SURƏTİ: AVROPA VƏ ABŞ BEYNƏLXALQ HÜQUQ TƏŞKİLATLARINA AÇIQ MƏKTUB ÜNVANLAYARAQ Bakı Apellyasiya məhkəməsinin xeyrimə olan 2 Qərarını qeyd etməklə İşə yenidən baxılmasının hakim Azər Tağıyevə həvalə olunduğundan narazılığımı bildirməklə ona ETİRAZ ünvanlamışam.
Mediya ilə həmçinin məhkəməyə azı 5-6 dəfə yazılı surətdə və e.mehkeme portalı ilə Azər Tağıyevə ETİRAZ bildirsəm də o, məhkəməyə daxil olmuş bütün sənədləri dəftərxanadan qəbul etmiş və qanuna zidd gedərək sədrə məruzə etmədən İŞƏ baxmağa davam etmiş, 2 may tarixinə hazırlıq iclası təyin edərək, tərəflərin iştirakı olmadan, ittiham olunanın vəkilinin işlə tanış olmadığı, hətta Etiraza münasibəti məhkəmənin öhdəsinə buraxdığı halda növbəti dəfə qanunları taptalayaraq ETİRAZI da məhkəmənin sədrinə bildirmədən özbaşına "baxılmadan saxlamışdır".
O, bu barədə E.mehkeme portalına yerləşdirdiyi Qərarda hələ bir təyin etdiyi gün mən gəlmərəmsə, "tezbazar" marağında olduğu qərarı qəbul etmək üçün yazmışdır ki, Məhkəmə hesab edir ki, hakimə verilmiş etiraz baxılmamış saxlanılmalıdır.
Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109.1-ci maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 24 noyabr 2005-ci il tarixli 3
saylı Qərarının 5.4 bəndinə əsasən etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır.
Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, etirazda konkret əsaslar olmadığından məhkəmə baxışının ləngidilməsi məqsədilə verilməsi kimi qiymətləndirilməli və baxılmamış saxlanılmalıdır".

Əziz oxucum,
mən Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ (https://cahanplus.com/gundem/5643-sebail-rayon-mehkemesinin-hakimi-azer-tagiyeve-etiraz-sebail-rayon-mehkemesinin-sedri-azer-pasayeve-aciq-mektub.html) başlıqlı yazımda Azər Tağıyevə ETİRAZIMın konkret əsaslarını göstərmişəm və hər bir əsasım fakta söykənməklə mediada dəfələrlə işıqlandırılmışdır.
Azər Tağıyev məhkəmə sədrinin qərar verəcəyi məsələni çirkin marağına görə özü həll etməklə məhkəmə və hakim nüfuzunu yerə çırpmışdır. Onun bu İŞDƏ şəxsi marağı olmasaydı heç bu qədər İSRAR etməzdi. Onun İSRARLA BU İŞƏ BAXMAQ İSTƏMƏSİ KLASSİK MƏNTİQLƏ DƏ, YENİ QEYRİ-SƏLİS MƏNTİQLƏ DƏ mənə qarşı qərəzi də, "tapşırıq" da bir heç, rüşvətdən xəbər verir.
Bu baxımdan Azər Tağıyev "düşmən quyusuna su tökür"! Bildiyi haldakı "AŞPA-lar" məhkəmələrin fəalliyyətini əsas götürərək Azərbaycan əleyhinə Qətnamələr qəbul edir, heç olmasa belə sadə məsələ - ETİRAZı rədd etməzdi və bu qədər İSRAR nümayiş etdirməzdi.
Nə qədər gülünc, istehza olunmalı arqument: "etirazda konkret əsaslar olmadığından məhkəmə baxışının ləngidilməsi məqsədilə verilməsi kimi qiymətləndirilməli və baxılmamış saxlanılmalıdır". Mən məhkəmə baxışının ləngidilməsində niyə marağlı olmalıyam?! Əvvəla mən Ali məhkəmədən sonra necə elə Azər Tağıyevin 19 yanvar 2024-cü il Qərarının Ali məhkəmə Qərarından, necə Xalidə Əlisoyun 29 may 2024-cü il Qərarının Ali məhkəmə qərarından, Şəhla Süleymanovanın 22 aprel 2024-cü il Qərarının Ali məhkəmə pilləsində qəbul edilmiş qərarından da Avropa məhkəməsinə, ondan da artıq ALLAHIN MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİMİ GÖNDƏRƏCƏKDİM. Deməli, bu Ali məhkəmə qərarlarından sonra heç məni işə yenidən baxılması üçün çağırmadılar, amma nə sirdir, nə sehirdir, Şəhla Süleymanovanın ilk dəfə baxdığı və ləğv olunmuş Qərarına yenidən baxmaq üçün Ülviyyə Şükürova dəfələrlə, hətta bacımın telefonuna belə zəng vuraraq çağırmışdır. Hüququn aliliyi, qanunun hökmü, Məhkəmə Hüquq Şurasının məhkəmələr, əsas da hakimlər üzərində ədalət gücü olsa elementar sualı verər: BU VƏTƏNDAŞ SİZDƏN XAHİŞ EDİB Kİ, İŞİMƏ BAXIN?! NİYƏ ONA YALVARIB ÇAĞIRMISIZ?! BUNDAN SONRA DA Məhkəmə Hüquq Şurası APELLYASİYA MƏHKƏMƏSİNİN 19 MART TARİXLİ QƏRARINDA GÖSTƏRİLƏN QANUN POZUNTULARINA GÖRƏ HAKİM ÜLVİYYƏ ŞÜKÜROVANIN demirəm, hakim mandatını ləğv edər, demirəm, ona şiddətli töhmət verər, sadə töhmət verər, ən azı, ən azı şifahi xəbərdarlıq verməli idi!
Əziz oxucum! Ülviyyə Şükürova savadsızlıqla deyil, tam olaraq məqsədli şəkildə, saxtakarlıqla qanun maddələrini elə təhqir edib ki, buna görə Avropada bu qələti bir hakim etsəydi, bəlkə həbs olunardı! Ən gülməlisi Ülviyyə Şükürova 19 martda ləğv edilmiş Qərarında bu İŞİN rayon məhkəməsinə Apellyasiya məhkəməsindən ittihamçının xeyrinə həll olunaraq, Ali məhkəmədən qüvvədə saxlanılaraq gəldiyini "danaraq" guya imzalamadığım əsası ilə icraata almadığını yazmaqla 2 yüksək pillə məhkəmələrin İMZASIZ İŞƏ BAXDIQLARI ittihamını yazmışdır ki, bu 6 hakimin savadsız, səviyyəsiz olduğu anlamına gəlir. Necə yəni, İMZALANMAMIŞ İŞƏ baxmaq olar?! Həə, hələ Ülviyyə Şükürova İMZAMIN olmadığını yazdığı halda qanunları saya salmadan iclas keçirib, 1 dənə böhtan faktını təhlil etməyib, ittiham olunanın əməlində cinayət olmadığını yazmışdır. Bundan da başqa Ülviyyə Şükürova guya mənim "İmzam olmayan" şikayətimi İcraata almamaq üçün elə qanun maddələri yazmışdır ki, belə hallarda atalarımız deyiblər:"bişmiş toyuğun gülməyi gəlir"!
Mövzudan uzaqlaşmayım... Heç də düşünülməsin ki, Azər Tağıyev, bu ETİRAZIMI RƏDD ETMƏKLƏ İŞƏ ədalət prinsipi ilə baxacağını, qanunların şah, özünün ləyaqətli hakim olduğunu təsdiqləməyə çalışır. Əsla! O Şəhla Süleymanovanın, Ülviyyə Şükürovanın böyük ehtimallarla (mən növbəti məqaləmdə hüquq baxımından bunu əsaslandıracağam- hələlik qoy elə düşünülsün ehtimalımdır!) "müəllimidir"!.. Şəhla Süleymanovanın ləğv olunmuş "qərarında" onun nəzəri izləri var, Ülviyyə Şükürovanın savadsızlıqdan qat-qat artıq saxtakarlıq nümunəsi - ləğv olunmuş "qərarcığında" nəzəri və təcrübi mahiyyətdə izləri var! O, məhkəmənin daha bir (əsas da zərif cinci təmsl edən) hakiminin qərarının ləğvini insafdan bilməyib sinəsini qabağa verib ÖZ məsələsini özü bitirmək istəyir və buna görə israrla verdiyim ETİRAZI rədd edir! Ləyaqət qiymətli şeydi, hər kəsdə olmaz! Bunu ona görə deyirəm ki, o 2 may 2025-ci il tarixli tərəflərsiz baxdığı iclasın qərarında "Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, etirazda konkret əsaslar olmadığından məhkəmə baxışının ləngidilməsi məqsədilə verilməsi kimi qiymətləndirilməli və baxılmamış saxlanılmalıdır".
- yazıb. Azər Tağıyev "Məhkəmə hesab edir ki" fikrində də yanlışdır. Çünki birinci instansiya MƏHKƏMƏLƏRİNDƏ HAKİMƏ ETİRAZA HAKİM ÖZÜ DEYİL, MƏHKƏMƏ SƏDRİ QİYMƏT VERİR. O, 2 Apellyasiya məhkəməsi QƏRARI İLƏ puç olmuş məqsədini hərisliklə və dərhal həyata keçirməyə çalışdığı üçün mənim ona haqlı ETİRAZIMI " LƏNGİTMƏK MƏQSƏDİ" kimi qələmə verməyə çalışır! Niyə mən ləngirmək istəyim?! 1 həftə 10 günllük işdi, Nə baş verəcək?! Zaman, məkan, hadisə prinsipi ilə yanaşsaq ola bilər, Azər Tağıyev Aydın Əli-Zadənin faktiki ünvanının Xəzər rayonu olduğunu (İŞ MATERİALLARINDA AR DİN-NİN ƏSAS İDARƏSİNİN ƏSAS YÜKSƏK MƏMURUNUN MƏKTUBU VAR) bildiyi üçün və yay aylarında ittiham olunanın şəhərdə deyil, bağda yaşamasının ağlabatlığını düşünərək, birdən mənim bu dəlili əsaslandırmaqla İŞİ onun icraatından geri aldıracağım və məhkəmə aidiyyətinin tətbiqinə nail olacağım məntiqindən çıxış edir. Bunu da bilin, Aydın əli-Zadəyə guya bir Şamaxılı uzaq qohumu Mərdəkanda bağ bağışlayıb. Görəsən o humanist Şamaxılı kimdi?! Bakı ilə Şamaxı arasında 2 saatlıq məsafə var, nə əcəb gəlib mərdəkan kimi dəniz kənarındakı bağında dincəlmir?.. ya gəlib satıb oğul-uşağına vermir?.. İllər uzunu bu Aydın Əli-Zadənin bağında yaşamasına niyə icazə verib axı şamaxılı uzaq qohum?! Türkiyənin məşhur müğənnisi Özcan Dənizlə doğma qardaşı arasında mülkiyyət üstündə elə dava olub ki, "cənazəyə gəlməyə" qadağan qoyulub! Amma kimdisə şamaxılı uzaq qohum Mərdəkandakı bağını birdəfəlik bağışlayıb ermənilərə tərəf olan, Azərbaycanı hər şeydə alçaldan Aydın Əli-Zadəyə... Əcaba birdən şamaxılı uzaq qohu Şamaxı ermənisi olar, gəlib sata bilməyib bu ermənipərəstə bağışlayar... Ya elə, ya belə Aydın Əli-Zadənin faktiki ünvanı Xəzər rayonudur. Mənə AR DİN-dən bu iddiamı təsdiq edən yazılı və eyni zamanda şifahi cavab verilib. Aydın Əli-ZadəAzər Tağıyevin 7 dekabr 2023-cü il iclasında İŞİ mənim ünvanım üzrə Nizami rayon məhkəməsinə göndərərkən, mən faktiki ünvanımın "Vişnovka" bağları ərazisi olduğunu bildirdikdə barəmdə ittiham vermiş Əli-Zadə dedi ki, mən də Xəzərrayonunda bağda yaşayıram. Deməli, Azər Tağıyev Aydın Əli-Zadənin faktiki ünvanının heç də Səbail rayonu olmadığını bilir. Şəhla Süleymanova məhz DİN məktubuna əsaslanıb, İşə məhkəmə aidiyyəti qanununa əsasən baxmamışdı... Ancaq onların hər ikisinə Səbail rayonu maraqlı olduğu üçün İŞ Xəzər rayon məhkəməsinə göndərilmir. Ədalətli hakim İŞƏ hərtərəfli baxar. İş materiallarının içərisində olan Məkubu düzgün qiymətləndirər. DİN-ə sorğu verər. Mən Elmar Rəhimovun xeyrimə olan 29 may 2024-cü il tarixli Qərarından məhz bu müddanı təhlil etmədiyi üçün Kassasiya şikayəti vermişdim. Hakim Şahin Yusufov mənə dedi ki, Şikyətinizi geri götürün, mən də əsaslandırım. Razılaşmadım. Çünki HƏQİQƏT ədalətsiz Qrərlar qəbul edən hakimlərdən mənim üçün daha üstündür. Gec-tez haqq yerini tutacaq! Bu baxımdan da Azər Tağıyev, hazırda məhkəmə aidiyyəti qanununa zidd gedir ki, əslində bu onun özü-özünü "ələ verməsidir". Mənim tutarlı arqumentlərlə ona verdiyim ETİRAZI guya mən ETİRAZIMI " konkret əsaslarım olmadığından məhkəmə baxışının ləngidilməsi məqsədilə vermişəm!" . - bəhanəsi ilə rədd etməsi də eləcə onun gerçəkdən qaçması, şantajı, mən gəlmərəmsə, işə birdəfəlik bağlaması məqsədinə xidmət edir.

Mən bu Mediya yazı ilə Səbail rayon məhkəməsinin sədri Azər Paşayevə ünvanlanmış Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə
ETİRAZIMDA faktlarla göstərdiyim konkret əsasları bir daha məhkəmə sədrinin və bütün ictimaiyyətin, o cümlədən beynəlxalq hüquq təşkilatlarının diqqətinə çatdırmaqla məni Azər Tağıyev tərəfindən növbəti ZORAKILIĞIN gözlədiyini və dövlət adından növbəti qanuna ziddd qərarın qəbul ediləcəyini bəyan edirəm. SOS! SOS! SOS! MƏNİ VƏ QANUNLARI AZƏR TAĞIYEVİN ZORAKILIĞINDAN XİLAS EDİN!..

Onu da diqqətə çatdırım ki, Azər Tağıyev məhkəmə iclaslarını məqsədli şəkildə iş vaxtının axırına (2 mayda saat 15.15-ə, 16 mayda 15.30-a) təyin edir ki, İCLASA həmişə olduğu kimi 2 saat gec başlasın, ya mən əsəbləşib ona iradımı bildirim, çoxdan marağında olduğu zorakılığı təkrarlasın, sonra da mənim üçün çoxdan planlaşdırdığı "cinayət işini açsın", ya da mən çıxıb gedim, İclasa gəlmədiyimi əsas göstərib, İŞİ birdəfəlik bağlayaraq niyyətinə asanca nail olsun! Elə Etirazımı rədd etməklədə mənim narazı olub məhkəməyə gəlməməyimi fürsət hesab edir.
Təbii, mən ona onun özü kimi "sən məni tanımırsan!"- demərəm. Ancaq mən həqiqətən bu ahıl yaşa kimi "nə etdiyimi bilən" adam olmuşam. Qısaca deyim ki, mən dövlətçilik mövqeli vətəndaşam və dərin inam hissimlə bəyan edirəm ki, bu yazdıqlarımla əslində "DƏMİR YUMRUĞA" KÖMƏK EDİRƏM. Çox da uzaqda deyil, yaxın zamanlarda məcrasını itirmiş məhkəmələrimizi, böyük əksəriyyətlə "cızığından çıxmış" hakimləri cəzalandırmaq zamanı gələcək və mənim əsaslı - dəlilli tənqidlərim güclü projektor olacaqdır. Mən buna əminəm! Buna da əminəm ki, həyatda təsadüf yoxdur. Mən belə ədalətsiz, vicdansız, hətta ermənilərə tərəf olub, Azərbaycan adlı müqəddəs varlığımızı büsbütün heç edən, xalqımızı "oğra - lıqda" çempion adlandıran, erməni vikipediyasında təbliğ olunan, xalq şairlərimizin tənqidini həzm edə bilməyib "Azərbaycanlıları ancaq əzmək lazımdır" -deyəni ali qanun maddələrimizi taptalamaqla belə müdafiə edənləri tənqid etmək üçün Allah - haqq sahibi tərəfindən seçilmişəm. Misal da var, "Allah hər kəsə gücü çatan qədər yük verir"!
Deməli, necə alim peşəmdə, eləcə də bu sahədə mən "ən ağır yükü" daşımağa qadirəm. Nə xoş halıma! Həm də Allah buyurub : "Haqlısansa qorxma, haqq səni qoruyacaq"! Beləcə, mən bu yazılarla həm həqiqəti işığa çıxarıram. Həm prezidentimizin biz xalqa verdiyi demokratik hüquqdan faydalanıram. Həm də məcburiyyət qarşısında sığındığım Avropa məhkəməsi və əlaqəli qurumların təlimalarına uyğun şəkildə problemimi ictimailəşdirirəm. Azər Tağıyev görün Aydın Əli-Zadədən necə asılıdır (düzü Aydın Əli-Zadə 1 qrant Layihəsində cədvəldə yazıldığından az maaş aldığını öyrənib müvafiq şəxsləri elə "əsir" almışdı ki, professorluğa saxtakarlıqla tövsiyyə olunmağına qədər o qədər üstünlüklərə nail olmuşdu. Vay halına ondan rüşvət alanların!.. ) və ya kimə isə necə arxayındır ki, mənim silahım - qələmimlə ifşa olunmağına əhəmiyyət vermir... Aydın Əli-Zadədən yerinə düşən iki sitat: "Azərbaycanlılar ləyaqətsizdirlər, hər şeyi pulla həll edirlər"!; "Bir şeyə nail olmaq üçün əvvəlcə xalqın üzünə tüpürmək lazımdır"!.. "Ölülər" tragi-komediyasındakı məşhur ideya kimi: "Hamı indi fikirləşsin"!. Kimin üzündə Aydın Əli-Zadənin tüpürcəyi var?!
Beləliklə, Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZIMIN KONKRET ƏSASLARI


1. Azər Tağıyev şikayətçi olduğum - 2 soyadla yaşayan və fəaliyyət göstərən Aydın Əli-Zadə 2023- cü ildə mənimlə bağlı guya onu Dövlət əleyhinə çıxışlar etməkdə, ermənilərlə əlbir olmaqda, erməni mövqeindən əsər yazmaqda yanlış tənqid etmədiyimə görə barəmdə xüsusi ittiham qaydasında şikayət verdikdə mənim ünvanım Nizami rayonu, evim söküldüyünə görə faktiki ünvanım Sabunçu rayonu olduğu halda işə vəkil təyin etmiş, mənə barəmdə olan Şikayəti göndərmədən, şikayəti və s. e.portala yerləşdirmədən, məni iclasa çağırmadan HAZIRLIQ ICLASI ADI ILƏ AYDIN ƏLI-ZADƏ ILƏ TƏKLİKDƏ GÖRÜŞMÜŞDÜR!
Qeyd etdiyim faktlar mənim onun haqqındahaqlı şübhələrimə yol açmışdır və bu KONKRET əsasdır ki, mən ona ETİRAZ VERİM.

2. Mən Azər Tağıyevin katibi məni 2-ci iclasa çağırarkən bundan xəbər tutub şikayətlə tanış olmaq istədikdə katibi hakimdən soruşmuş o, məndən ehtimalıma görə rüşvət almaq və ya məni qorxutmaq üçün "gəlib burda tanış olsun"- demişdir ki, bu da onun özmarağına işlədiyi düşüncəsini yaradır. Dövlət e.mehkeme adlı portal, şəxsi kabinet sistemi, sənədlər və s. səhifələr yaratdığı halda hakim barəsində şikayət daxil olan vətəndaşı niyə məhkəməyə "şikayətlə tanış olmağa" çağırmalıdır?! Bu hal məndə onun ədalətli, obyektiv hakim olmadığı şübhəsini yaratmışdır.


3. Mən Azər Tağıyevin katibinə məhkəmə portalına yerləşdirilmədiyi iradımı bildirib və əsas da ondan çox böyük minnət hissi ilə 11 gün sonra barəmdə olan şikayəti şəxsi e.mailimə göndərməsi ilə aldıqdan sonra dərhal mediada “Aydın Əli-Zadə Məhkəməni Aldatma. “Qaziya Tək Gedən Razı Qalar”...başlıqlı və məzmunlu 3 məqalə ilə ilk əvvəl məhkəmə aidiyyəti qanununu, həmçinin cavabdeh olaraq ünvanımın Səbail rayonu ərazisi olmadığını əsaslandırmışam ki, Azər Tağıyev mənə təhdidlər ünvanlamaqla İŞİ Nizami rayon məhkəməsinə göndərməyə məcbur olmuşdur. Əslində o, İşi geri qaytarmadan məhkəmə vasitəsi ilə Nizami rayonuna göndərməklə, mənim üçün çağırdığı vəkilə mənim adımdan buna Etiraz etmədiyim məzmunda ərizə yazdırıb mənə qol çəkdirməklə də Aydın Əli-Zadəyə güzəşt etdmişdir. BU HAL ONA HAKİM KİMİ HÖRMƏTİMİ VƏ İNAMIMI HEÇƏ ENDİRMİŞDİR. Bu mənim ona ETİRAZım üçün ciddi əsasdır.

4. Azər Tağıyevlə isti münasibətləri Aydın Əli-Zadəni harınlatmış, o mənim barəmdə Facebook sosial şəbəkəsində təhqir və böhtan yazdıqda (məsələn, guya mənim Cahan+ qazetim və onun internet versiyası cahanplus.com s+UÖĞ=aytım qeyri-qanuni fəaliyyət göstərir. Azərbaycanda qeyri-qanuni qazet işlətmək olar?! Qəzetim AZƏRBAYCAN NƏŞRİYYATINDA yerləşib. VOENim var! ) mən onun barəsində elə Səbail rayon məhkəməsinə Şikayət vermişəm. Səbail rayon məhkəməsində bir çox hakimlər olsa da İŞ Azər Tağıyevin icraatında olmuş və mən onun hazırlıq iclasında 2 dəfə “Aydın Əli-Zadənin şikayətinə baxılır” – deməsi və digər replikaları, hərəkətləri, mimikasından onun IŞƏ öz marağına uyğun baxacağını anlamışam və ona ETİRAZ vermişəm. Azər Tağıyev sədrə məlumat vermədən, eynilə 2 amay tarixdə olduğu kimi "ETİRAZIMI baxılmadan saxlamış"-dır. Bu hal, mənim ondan şübhələrimi dərinləşdimişdir VƏ BU mənim ona ETİRAZım üçün ciddi əsasdər. .


5. Mən halım pisləşdiyi və Azər Tağıyevə şübhələrimin dərinləşməsi əsası ilə ittihamçı olduğum bu iclasdan getmək istədiyimdə Azər Tağıyev müşavirə otağı hesab etdiyi polis postunun yanından üstümə hücum edərək məni ZORAKILIQLA ZALA QAYTARMIŞ, MƏN ERTİRAZ ETDİKDƏ, MƏNİ MƏNİM ÜÇÜN CİNAYƏT İŞİ AÇACAĞI İLƏ HƏDƏLƏMİŞDİR. Belə bir hakimin mənim ittihamçı olduğum eyni tərəflə və oxşar məzmunda olan İŞƏ baxması sözsüz olaraq qanunsuz, ədalətsiz qərardan xəbər verir və bu konkret faktı qərara yazmaqdan qorxan Azər Tağıyev "qatıq qaradır" kor məntiqi ilə mənim ona ETİRAZImı özbaşına - məhkəmə sədrinə məruzə etmədən baxılmadan saxlamışdır.


6. Azər Tağıyev məni zala ZORAKILIQLA (5 saylı zalla məhkəmənin giriş qapısında olan polis postu arasında məsafə 1 metrdən çox deyil. Əgər mən o üstümə hücum etdikdə 1 addım geri - yəni zala qayıtmasaydım, bədənim onun iri gövdəsinə yapışacaqdı! Vicdan səsinizlə deyin: ƏSL AZƏRBAYCAN kişisi belə edər?! Hakim haram qazancı olmadan heç belə hərəkət edər?! Hakim özü də xalqın aliminə qarşı, özü də əlil vətəndaşa qarşı, hətta yaşlı qadına qarşı ZORAKILIQ etmişdir! Daha HANSI ZORAKILIQ olmalıdır bu hakimə ETİRAZ üçün əsas olsun?! Rüşvət marağı olmadan anlamlı adam Şikayətinə baxılmasını istəməyib və ya halı pisləşib çıxıb getmək istəyən ittihamçıya qarşı ZORAKILIQ EDƏR?! Misal var : "Qorx o məhkəmədən ki, hakim şahiddir"! Beləcə, Allah Azər Tağıyevə səhvini düzəltmək imkanı verdi! O məni ZORAKILIQLA haram qazancı üçün zala QAYTARDIQDA mənim telefonumda olan AZAN proqramı işə düşdü və o (peyğəmbərimiz buyurub: "AZAN oxunanda dərin dəryalarda sular belə dayanar) müqəddəs Azan səsini saya saymadan qanunları taptalayan Qərarını elan etdi. Onun səsi AZANIN gur səsində qətiyyən eşidilməz idi. Bu hal mənim ona ETİRAZIMIN KONKRET ƏSASIDIR! VİCDANLI, LƏYAQƏTLİ HAKİM QƏBUL ETMƏLİ İDİ. LAKİN BUDUR, AZƏR TAĞIYEV BU FAKTI, KONKRET ƏSASI QORXDUĞU ÜÇÜN HEÇ QƏRARA DA YAZMAMIŞDIR.


7. Azər Tağıyevin bu sadaladığım davranışları, xüsusi ilə öz çirkin marağına, haram qazancına görə Azərbaycan kişisinə qəti yaraşmayan ZORAKILIĞI, dini inancımızın ziddinə AZAN SƏSİNDƏ QƏRAR ELAN ETMƏSİ onun qərarının qanunlara zidd olacağını bəyan edirdi və belə də oldu. Faktları məqsədli şəkildə növbəti məqalə üçün saxlayıram... Faktlarım Azər Tağıyevi ictimaiyyətə elə bir tərəfdən tanıdacaq ki, Gözləməyə dəyər!


8. Aydın Əli-Zadə 2 dəfə mənasız, cəfəngiyyat məzmunda – “Xatirə Quliyeva deyir, hakimlər məndən rüşvət alıb, xeyrimə qərar çıxarıblar”- məzmunda – Ülviyyə Şükürovanın 25 dekabr 2024 tarixli saxtakar, savadsız Qərarına “südqabı” (baxın, onun da ziyanına Qəralar da var!- məntiqi ilə...) qoyan (köhnə Bakı adamlarının misalıdır. Qədimidə Bakıda kənd südü defisit olub. Kim isə əldə etmək üçün südqabı qoyarmış) mahiyyətdə məndən Şikayət verdi və icraata alınmadı. Halbuki, mənim ünvanım Səbail rayonuna deyildi! Ülviyyə Şükürova niyə baxmışdı?! Həmin “südqabı” üçün... Çox böyük ehtimallarla Azər Tağıyevin təsiri altında! Sübut da var, göstərəcəyəm.

9. Azər Tağıyevə ETİRAZIMIN KONKRET ƏSASLARINDA NÖVBƏTİSİ: Belə ki, bu “kino-komediya” məhkəmə İclaslarından birində Azər Tağıyev – dövlətimizin nüfuazlu məhkəmə hakimi adını daşıyan şəxs, onun kimi layiq olmadan hakim adlanan Ülviyyə Şükürovanın iclasında gəlib onun qarşısında dayandı və onunla sakit səslə nəsə danışdı. Mən irad bildirdikdə Azər Tağıyev keçib oturdu İTTİHAMÇI stolunda - yəni, Aydın Əli-Zadənin oturduğu – ittihamçı olan şəxs üçün nəzərdə tutulmuş stolun arxasında. Mən yenə irad bildirdikdə o, ayağa qalxıb getməyə məcbur oldu və gedərkən - Ülviyyə Şükürovaya “mən burdayam” deyib qarşıdakı otağa keçərkən mənə də asta səslə “Xatirə Quliyeva” ilə başlayan nəsə, nələrsə dedi... BU KONKRET DƏLİL, GERÇƏK ƏSAS VERİR Kİ, MƏN AZƏR TAĞIYEVƏ ETİRAZ VERİM.

AZƏRBAYCAN MENTALİTETİNƏ 1 QRAM UYĞUNLUĞU OLAN ŞƏXS MƏNİM ONA HAQLI ETİRAZIMI HEÇ GÖZLƏMƏDƏN ÖZÜNƏ ETİRAZ VERƏRDİ!
BUDUR AZƏR TAĞIYEVİN BU İŞDƏ ÇİRKİN MARAĞI!
ONA GÖRƏ DƏ MƏN EYNİ İŞ ÜZRƏ XEYRİMƏ OLAN 2 APELLYASİYA QƏRARINI AZƏR TAĞIYEV HEÇ ETMƏYƏ ÇALIŞIR VƏ ETİRAZIMI RƏDD EDİR QANUNA ZİDD ŞƏKİLDƏ İŞƏ BAXMAĞA İSRAR EDİR - qənaətimi bəyan edirəm!
SOS! SOS! SOS! - DEYİRƏM!!!
MƏNİ VƏ QANUNLARI AZƏR TAĞIYEVİN ZORAKILIĞINDAN XİLAS EDİN!.. - HAYQIRIRAM!!!
Mən bildiyim haldakı məhkəmə-hüquq sistemi səlahiyyətliləri Azər Tağıyevdən arxasında dayanan qüvvəyə hörmət olaraq və ya ondan çəkinərək heç bir təsir etməyəcək, bu yazımı da onlara ünvnlayacağam. Hələ ingilis dilinə çevirib beynəlxalq hüquq təşkilatlarına da göndərəcəyəm.
Bu gün mənim sağlığından bu günə kimi tədqiqatçısı olduğum Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 102-ci il dönümü - ANIM günüdür. Onun məhkəmə, hüquq sahəsi ilə bağlı 2 çox dəyərli fikrini İBRƏT ÜÇÜN YADA SALIRAM:
"Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.

Qoy Ədalət zəfər çalsın!s"



Son: Mən Aydın Əli-Zadə tərəfindən ağır sözlərlə təhqir olunmuşam. Hamıdan üzr istəyərək, ancaq Azər Tağıyevin "sabah - birisi gün dövlət adından çıxardığı Qərarda Ülviyyə Şükürova kimi bunda təhqir, böhtan yoxdur" yazacağını bildiyim üçün tam açıq da olmasa yazıram: Guya mən Aydın Əli-Zadəyə əxlaqsız məzmunda təklif eləmişəm. O da Şeyxlərin cinsiyyəti olmadığı üçün etiraz edib. Sübut etsin! Etməyəcəksə, cəzalanmalıdır! İkincisi, Dini titullardan sui-istifadə etmək cinayət məsuliyyəti yaradır. O minlərlə üzvü olan Facebook səhifəsində özünü Şeyx elan edib! Buna ixtiyarı var?! Üçüncüsü, Ərəb dünyası, Afrika regionunda milyonlarla Şeyx var, "Şeyxlərin cinsiyyəti olmur" yazmaq heç dətəsadüfi deyil!
Bundan başqa o mənim şəklimi fotoşopla qoşa düzəldib mediaya verib və 10-la sayt yayıb bunu. Ana-bacısına, ailəsinə qarşı həmin təhqiri adi bilən və ya erməni düşmənlərimiz bizə qərəzlə yaraşdırar. Aydın Əli-Zadə bu yaradıcılıqdan məmnuniyyətlə həmin şəklin yerləşdiyi məlumatı özünun narod.ru saytında yayımlayıb Sözsüzdür, Azər Tağıyev baxacağı halda bunu adi iş biləcək. Mən BUNA GÖRƏ DƏ Avropanın, Türkiyənin hüquq qanunları ilə kiminsə şəklinin öz marağa görə fotoşopla birləşdirilib yaymasının qanunsuz olduğu əsası ilə bu hakimə ETİRAZ EDİRƏM.




Sonra O, mənə böhtanlar atıb. Məsələn,"öz adını mənə qoyub" - guya mən professorluğa saxtakarlıqla tövsiyyə olunmuşam. Mən nəinki indi, 10 ildi fədakar fəaliyyətimlə professor adına layiyəm. Ancaq heç ərizə verməmişəm.

2. Mən özümdən ağır əsərlərin müəllifiyəm. Əsas tədqiqat sahəm də Heydər Əliyev irsi. O, mənim haqqımda mətbuatda "Xatirə Quliyeva AMEA-da dağıdıcı fəaliyyətlə məşğuldur" böhtanını yayıb. Budur dağıdıcı fəaliyyət?!
3. Mən onu rəhbərlik etdiyim şöbədən AZƏRBAYCAN DÖVLƏTİ ƏLEYHİNƏ, ERMƏNLƏRİN XEYRİNƏ YAZDIĞI A 4 format kağızda 74 səh. (kitab kimi 150 səh.) PLAN İŞİNƏ GÖRƏ KƏNARLAŞDIRMIŞAM. yayıb ki, mən onu 1 məqaləsinə görə, həm də əsassız yerə şöbədən kənarlaşdırmışam. Faktlar var! O ermənilərə tərəf mövqedən Plan işinə görə kənarlaşdırılıb.
4. O, mənə media ilə böhtan atıb ki, mən böhtançıyam, cəfəngiyyat yazmışam haqqında. Xeyir! Mən Konkret faktlarla 20-dən çox məqalə yazmışam. Doğru deyil ittihamım birinci məhkəmədə hakim ona dedi ki, qərarında da yazıb, şikayət etdiyin şəxsin faktiki ünvanı barədə Arayış gətir. Niyə gətirmədi. Mən məhkəmədən xahiş etdim ki, özüm gətirərəm arayışı. O niyə qaçdı?! Niyə Apellyasiya şikayəti vermədi, hətta mənə 2 məktub yazıb geri çəkilməyimi istədi. Sonra 2 dəfə yenidən barəmdə şikayət verdi. İcraata alınmadı. Niyə Apellyasiya şikayəti vermədi?! Çünki mən həqiqəti yazmışam. o ermənilərlə əlbirdir. Cəsusluğu dövlət müəyyən edir! O Vətən xainidir. Versin məni məhkəməyə yenə sübut edim!
Dəlillərimi mediada 20- dən çox məqalə ilə sübut etmişəm. Baxa bilərsiz, cahanplus.com saytına. Onun bu cür bir çox təhqir və böhtanlarına Azər Tağıyevin don geydirəcəyinə əmin olduğum üçün ona ETİRAZ vermişəm. O sə əsassız şəkildə ETİRAZIMLARIMI rədd edib!..

Milli mentalitetimizin kişi adını ləyaqətlə daşıyan hər hansı bir hakim bu məsələyə ləyaqət hissi ilə qiymət verməlidir. Azər Tağıyev əlimdə əsaslar var ki, mənim ittihamçı olduğum BU İŞƏ Aydın Əli-Zadənin xeyrinə mövqedən baxacaq və ona yuxarıda sadaladığım KONKRET ƏSASLARLA E T İ R A Z EDİRƏM. Rüşvət marağı deyilsə, nədir bu İSRAR?!
Erməni vikipediyasında təbliğ olunan yeganəAzərbaycanlıya qarşı nədir bu tərəfkeşlik?!
Bu gün, 12:00
Yeddi ölkənin gəncləri Ağdama səfər edib
Dünən, 11:47
UNEC-dən 6 mindən çox tələbə məzun olub
Dünən, 11:43
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Dünən, 11:40
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi Ankarada geniş qeyd olunub
Dünən, 11:26
Prezident İlham Əliyev Sudanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
25-06-2025, 12:00
Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
25-06-2025, 11:57
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
25-06-2025, 11:54
Həftəsonu 1 300-ə yaxın namizəd üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
25-06-2025, 11:50
Son üç ildə dövlət proqramı üzrə 1252 tələbə xaricdə təhsil almaq hüququ qazanıb
25-06-2025, 11:48
Azərbaycan və BƏƏ 3-cü ölkələrdə əməkdaşlığı möhkəmləndirmək istəyir
25-06-2025, 11:42
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri mükafatlandırılıb SƏRƏNCAM
25-06-2025, 11:36
Bakıda “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir
25-06-2025, 11:26
İyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur
25-06-2025, 10:58
İqtisadi Şuranın növbəti iclası keçirilib
25-06-2025, 10:13
Azərbaycanla Xorvatiya arasında mədəni irsin bərpası ilə bağlı vörkşopların təşkili müzakirə olunub
25-06-2025, 09:56
AMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib
24-06-2025, 13:18
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir
24-06-2025, 13:01
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
24-06-2025, 12:10
Nazir: Müəllimlərin işə qəbulu imtahanları iyul ayında keçiriləcək 24.06.2025 [12:02]
24-06-2025, 11:57
Emin Əmrullayev: 2025–2026-cı tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramına mindən çox müraciət daxil olub
24-06-2025, 11:51
Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
24-06-2025, 11:41
Milli Məclisin növbəti plenar iclası keçirilir
24-06-2025, 11:31
Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib
19-06-2025, 12:52
Strategiya və dövlət proqramı layihələri üzrə komissiya yaradılıb
19-06-2025, 12:09
Insanlar əvəzinə süni intellekt: "Microsoft" yenə minlərlə adamı işdən çıxarmağa hazırlaşır
19-06-2025, 12:00
Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanına 4330 nəfər dəvət olunub
19-06-2025, 11:57
Azərbaycanda bu il Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası keçiriləcək
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031