BİZİM ÖLKƏDƏ GƏNC QADIN MƏHKƏMƏ HAKİMİ OLMAĞIN ƏLAHİDDƏ TOXUNULMAZLIQ ŞƏRTLƏRİ VƏ YA GƏNC QADIN HAKİMİN SAVADSIZ, "ÖZMARAQDAN DOĞAN" ƏDALƏTSİZ FƏALİYYƏTİNƏ GÖZ YUMULMASININ SÜBUTLARI
Gündəm / Ölkə
Oxunub: 172
10 dek 2023 | 11:02

Xatirə Quiyeva
2-ci qrup əlil
fəlsəfə elmləri doktoru


BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATINA

İNSAN HÜQUQLARI İLƏ BAĞLI BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT

VİCDAN HİSSİ OLAN HÜQUQŞÜNASLARA! VƏKİLLƏRƏ!

ƏRƏB DİLİNİ, HƏRFLƏRİNİ BİLƏNLƏRƏ!

HİPPOKRANT ANDININ MAHİYYƏTİNİ DƏRK EDƏN, PEŞƏSİNƏ HÖRMƏT EDƏN HƏKİMLƏRƏ
MÜRACİƏT EDİRƏM!



Bu haqda ərizələr və media yazıları çox var və problemi detallarına qədər geniş yazmışam.
Bu yazını isə 06 dekabrda Nərimanov rayon məhkəməsinin hakimi Mehriban Əfəndizadənin 7 ay müddətidə keçirdiyi 3-cü hazırlıq iclasında Dövlətimizin güclü qanunlarını növbəti dəfə saya saymayıb, dələduzluq etmiş zəngin Tikinti Şikətini məntiqsiz, mahiyyətdən uzaq şəkildə müdafiə etməsi ilə onsuz da yaxşı olmayan səhhətimi bərk sarsıtması səbəbi ilə geniş yazmağa səhhətim imkan vermir. Elə dünən Anonsunu verməyim də yaza bilməməyimin ifadəsi idi!.



Beləliklə,bu ilin mart ayında uzun illər müxtəlif adlarla sakinlərin razılığının olub-olmamasını saymadan binalar söküb-tikmiş Giyaslı Group MMC adlı Tikinti Şirkəti sahibkarları Nizami rayon Qara Qarayev pros.76 saylı binanı da sökdü və həmin binada bacım Sevinc Quliyeva məxsus, mənim də qeydiyyatda olduğum 31 saylı mənzili və həmin mənzilin altında yerləşən bacımla mənim birgə mülkiyyətimiz - Qeyri –yaşayış sahəmizi məhv etdi.
Fakt budur ki, Giyaslı Group MMC evimizi, həmçinin 60 ilin zəngin meşəliyi olan parkını heç bir hüquqi sənədə əsaslanmadan Pilot Layihə adı ilə məhv etmişdir. Halbu ki, Pilot Layihələr haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı Qərarı vətəndaşların mülkiyyətlərinin əsassız səbəblərlə məhv edilməsi səbəbi ilə Avropainsan Haqları Məhkəməsinə kütləvi şikayətlərindən sonra hakimiyyət tərəfindən 2018-ci il 19 dekabr tarixində ləğv edildiyi məlumdur. Sitat: “Nazirlər Kabinetinin 02.25.2016-cı il tarixli 86 saylı qərarı ləğv edildi. Yalnız 2018-ci il avqustun 1-dək bir iş görə bilən tikinti şirkətləri işləri həmin sxem üzrə başa vura bilər”.
Azərbaycan Respublikasının Konstitutsiyasının 29 maddəsi Vətəndaşların mülkiyyət hüququnu qoruyur.
Azərbaycan Respublikasının da iştirakçısı olduğu İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqda Avropa Konvensiyası 1 saylı protokolunun birinci maddəsində İnsanların mülkiyyət hüququndan və bu hüququn dövlət tərəfindən qorunmasından bəhs edilir.


Beləcə, 5 il əvvəl ləğv olunmuş Qərar əsasında binamızı sökən Giyaslı Group MMC bacımla mənim birgə mülkiyyətimiz olan faktiki 66.8. həcmdə qeyri-yaşayış sahəmizin əvəzini verməmək üçün saxta müqavilə düzəltmişdir. Bu saxta Müqaviləyə görə Şirkət bizim 3 hissədən ibarət tam təmirli və faktiki 100 kv.m.dən çox Qeyri-yaşayış sahəmizin əvəzinə bizə 2 otaqlı və hətta təmirsiz mənzil verməyi boynuna götürür. Qeyd edim ki, Şirkət keçən il Qeyri-yaşayış sahəsinin 1 kv.m 6000 manata, mənzillərin 1 kv.m.- ni 1700 manata satırdı. Bu dəlil də Şirkətin öz marağına uyğun saxta müqavilə bağladığını sübut edir.
İkincisi, Müqaviləni tərəflər məsləhətləşib tərtib edib imzalayarlar. Mənim 2 dəfə ofislərində olduğum müddətdə saxta müqaviləni imzalamış direktor Hacıbala Soltan oğlu Abasov orada olmayıb. Mən də müqavilə adında heç bir səbəd imzalamamışam. Bacım mənimlə birlikdə orada olub, o da Hacıbaala Abasovu orada görməyib və ona da Müqavilə bağlandığı bildirilməyib. Bacım mülkiyyətin mənimlə birgə tam mülkiyyətçisi olduğu halda saxta müqavilədə adı yazılmayıb və əgər müqavilə idisə onun da imzalaması mühüm idi. Təkrar edirəm, Azərbaycan Dövlətinin qanunlarına görə şirkət rəhbəri (Hacıbala Abasov) olmadan Müqavilə bağlana bilməz. Mənə müqavilə göndərilib. Əgər Müqavilə bağlanıbsa mənim özümə verilməliydi.



Giyaslı Group MMC-nin AR İqtisadiyyat nazirliyinə yazdığı 5 aprel tarixli məktubda göstərilib ki, mən müqaviləni aldıqdan 2-3 gün sonra narazılıq bildirib, tələblər irəli sürmüşəm. Bu da mənim bu saxta müqaviləni qəbul etmədiyimi sübut edir. Mən Şirkətin bu hərəkətlərindən Media ilə ölkə prezidentinə Şikayət də ünvanlamışam. Həmçinin Şirkətin əsl ünvanını (Yasamall raonunda yerləşir) tapıb qəbullarına getmişəm. Əsas sahibkar Fərhad Ağayev, baş mühasib (direktorun yaxın qohumu) Nigar Abbasova ilə görüşmüşəm. o məndən Prezidentə media ilə müraciətimi çıxarmaq şərti ilə problemimizi həll etməyə söz verib. Bunula bərabər mənimlə birgə mülkiyyət sahibi bacım Sevinc Quliyeva dəfələrlə ofislərinə gedib onunla natariusda müqaviləə bağlanılmasını xahiş edib.



Diqqətinizə çatdırıram ki, digər əsas məsələ - bu saxta müqavilə natariusda da təsdiqlənməyib. Bu AR MPM-nin 144.1144.2 mddələrinə ziddir. Müqavilədə Şirkətin ünvanı, direktorun soyadı məqsədli şəkildə yanlış yazılmışdır. Habelə, Şirkət öz saxta müqaviləsində özünü bütün dünyada və eləcə də bizim ölkəmizdə demək olar ki, çox tez-tez baş verən Fops Major kimi hallarda kənarda dayanacağını göstərmişdir. İcra hakimiyyəti də mənə yazdığı məktubda bu tikintinin onlara aid olmadığını göstərmişdir. Belə də yeganə mülkiyyətlərinin taleyinə biganəlik reallıq təşkil edir.



Bundan başqa Şirkətin vəkili məhkəmə hazırlıq iclasında hakimin sualına açıq surətdə bildirib ki, Şirkər qeyri-yaşayış sahəsi verməyi nəzərdə tutmayıb. Eyni zamanda qonşuluqda sökülməsini nəzərdə tutduqları 44 saylı binanın obyekti olan sahibkarlarından birindən eşitmişəm ki, onlara qeyri- yaşayış sahəsi verməyi nəzərdə tutmayıb. Eyni zamanda qonşuluqda sökülməsini nəzərdə tutduqları 44 saylı binanın obyekti olan sahibkarlarından birindən eşitmişəm ki, onlara qeyri-yaşayış sahələrinin əvəzinə artıq sahə hesablanmaqla mənzillər verilməsi təklif olunub. Bunlar da sübut edir ki, müqavilə saxtadır. Hakim Mehriban Əfəndizadə Hacıbala Abasovun bizimlə müqavilə bağlamadığını və bütün bu əsasları saya saymadan 05.07.2023 tarixdə hazırlıq iclasında mənim İmzalarımın ekspertiza edilməsini Elan etdi. Mən şübhələnirdim və İmtina edib zaldan çıxdım. O təkrar hazırlıq iclası Elan edib 190702023 tarixdə mənə müqavilə bağladığım (varlı şirkətə satılıb!) vəkilin güclü mənəvi və fiziki təzyiqi ilə İmza nümunələrimin alınmasına naiı olduqdan sonra İŞİ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndəərmək əsaslı Qərardadla dayandırdı.

Onu da qeyd edim ki, Tikinti Şirkətinin vəkili Rövşən Səfərov 05.07.2023-cü il tarixdəki hazırlıq iclasında məhkəməyə 2-ci saxta müqaviləni gətirdi ki, mənə göndərilmiş və mənim məhkəməyə verdiyim iddia ərizəsinə əsas kimi qoşduğum saxta müqavilədə imzam 1 yerdədirsə, vəkillərinin gətirdiyi saxta müqavilədə imzam 3 yerdədir. Bu da sübut edir ki, saxtadır müqavilələr. Çünki tərəflər iki nüsxədə imlayırlar müqaviləni. Məntiqsizlikdir ki, mən 1 müqavilədə hər 3 səhifəni imzalayım, 1 digər müqavilədə tək bir səhifəni imzalayım. Mən imzalamasaydım, Şirkət mənə imzalatmalıydı... Göründüyü kimi vəkilin gətirdiyi saxta müqavilə onların dələduzluqlarının əyani ifadəsidir. İkincisi, əgər mənim hər üç səhifəni imzaladığım müqavilə Şirkətdə olsaydı elə onu mənə göndərərdilər.Bundan başqa qarşı tərəfin vəkili Rövşən Səfərov hakimə bildiirmişdir ki, 1-ci – mənə göndərilmiş müqavilədən Şirkətin xəbəri yoxdur. Onu mən düzəltmişəm. Mən bu deyilənin sübutu üçün Giyaslı Group MMC-nin möhürünün və direktor Hacıbala Abbasovun (əsl soyadı Abbasovdur, məqsədli surətdə Abasov soyadı ilə sənədləri imzalayıb höhür vurur...) imza nümunələrinin ekspertiza edilməsini tələb etdim və 26 oktyabrda iştirakımızla keçən ekspertizada sübut olundu ki, möhür də, imzalar da onlarındır. Bu fakt vəkilin mənə böhtan atdığını, dələduz kimi mənə qələmə verməklə 40 ilin aliminin şərəf və ləyaqətini alçaltdığını sübut edir ki, mən bu barədə məhkəməyə şikayət verəcəyəm.
Eyni zamanda mən Şirkətin mənim hər 3 səhifədə imzamın olduğu müqaviləni məhkəməyə gətirməsini tələb edirəm. Çünki müqavilə 1 nüsxə tərtib olunmur. İki nüsxə olmalıdır. Bu əsasla məhkəməyə Vəsatət yazmışam. E.mehkeme portalı yaxşı işləmir. Bir sənədi azı 20-30 dəfə cəhd etdikdən sonra göndərə bilirəm. Hazırda şəkərim elə yüksəkdir ki, cihaz H1 göstərir. Bu vəziyyətimdə, xüsusən də şəhərdən uzaqda olan (bağda qalıram) yaşayış yerimdən məhkəməyə gəlib vəsatətimi təqdim etmk iqtidarında deyiləm.
Bundan başqa bütün dünyada infilasiya gedir. Ərazimizdəki obyekt sahibləri arenda pullarını 1 il ərzində 2 dəfə artırıblar, Yanvar ayının 1-də bir daha artıracaqlar. Giyaslı Group MMC özü obyektlərin satışı qiymətini 1 kv.m.1000 manatdan, mənzilləri 200 manatdan artırıb. Gələn il də təbii artıracaq.. Ancaq Giyaslı Group MMC bizə keçən ilki məbləği verirb. Keçən il obyektimizin 3-cü hissəsi üçün (arendator əməliyyat olunduğuna görə Şirkət gələndə boş idi) cüzü məbləğ – aylıq 200 manat istədik, onu da vermədi. Indi faktiki 100 kv.m.dən çox obyektimiz üçün vur-tut 200 manat artırır. Bu ədalətsizliyə, dələduzluğa hakim biganə oldu. Neçə dəfə diqqətinə çatdırsaq da bizə ödənilmiş məbləği dedi. Halbu ki, Şirkət bizdən mülkiyyətimizin Rəsmi Çıxarışını alıb, banklara evimizi qoyub götürdüyü krediti bizə verir. Bundan başqa Giyaslı Group MMC Pilot lahiyə ləğv olunduğu halda 90 mənzilli 5 mərtəbəli binanı sökərək 387 mənzilli binalar tikərək bizim bir mənzilin, bir obyektin əvəzində milyardlar qazanacaq. Hakim bunu isə heç düşünmək istəmir. Üstəlik Nizami rayonu neft-qaz rayonudur. Həmdə Neftçilər metrosu tikilən binanın lap yaxınlığındadır, - Şirkət qanunna zidd gedərək -1, -2, -3 şərtiliyi ilə yerin altında da 3 mərtəbə qaraj və s. tikir(artıq ytikib). Bu cinayətdir. AR Baş Prokurorluğu Xəbərdarlıq məlumatı yayıb. Hakim bu sənədlə tanış olsa Giyaslı Group MMC-nin dələduzluğunun şahidi olar. Biz Şirkətin dələduzluq əməllərinin prokurorluğa göndərilməsi barədə də Vəsatət verdik. Ancaq bütünlklə zəngin – şah tikinti şirkəti qarşısında mat vəziyyətdə olan hakim rədd etdi!

40 ilin şəffaf fəaliyyətli, tanınmış alimini özmarağına görə saxtakar adlandıran hakim Mehriban Əfəndizadənin milyarder tikinti şirkəti ilə əlbir olması MEM-in 02 noyabr tarixli Rəyindən də görünür. Bu Rəydə açıq surətdə yazılmışdır ki, o DAYANDIRILMIŞ İŞ ÜZRƏ 18 oktyabrda iclas keçirərək şirkətin vəsatətini təmin edib, onların möhür və direktorun İmza nümunələrini götürüb. Bu ciddi qanunsuzluğu onun bizsiz – iddiaçılarsız iclas keçirməsi qanunsuzluğu da davam etdirir. Hakim Mehriban Əfəndizadənin başqa qanunsuz hərəkətləri də vardır- biri onun vəkillərlə əlbir olması ilə, məsələn, bizim vəkilə Siz ictimai müraciətini aşaraq “gördün”,-deməsi, mənim İMZALARIM zorla alındıqdan sonra qarşı tərəfin vəkilinin üzünə süvinclə gülməsində v.s. təsdiqlənir.
Beləliklə, iki ilin hakimi Mehriban Əfəndizadə ya qanunları bilməyərək (onda o hakim işləməməlidir!), ya da rüşvət və ya sifarişlə bu müqavilənin etibarsızlığını saya saymayaraq İşi dayandırıb məndən zorla götürülmüş İmza nümunələrimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə Ekspertiza edilməsi üçün göndərdi.
10 oktyabrda iştirakımızla İmzalarım ekspertiza olundu və bildirildi ki,yazılı Rəy verə bilməəərik, bu hakimə göndəriləcək. Ancaq hər iki müqavilədə ki, imzalar Sizə aid deyil.
Xüsusi olaraq qeyd edirəm ki, mənim imzalarım ərəb hərfləri ilə adımdır. Ona görə də mən ekspert Nəsimi Əfəndiyevə ərəb dilini bilib-bilməməsini soruşdum. O bilmirrəm dedi. MEM xətşünaslıq şöbəsinin müdiri, araşdırma qrupunun rəhbəri Hümmət Vəliyev mən filoloqam, bilirəm,- dedi. Mən Ekspertizada iştirak etmiş MEM rəisinin köməkçisi ilə qapıda sağollaşarkən(o bizdən sürətlə düşmüşdü aşağıya) ona nikbin əhval-ruhiyyə ilə çox sağ ol, dedim, -dua elədim onu da, rəisini dəki belə şəffaflıq oldu, təkrar-təkrar yazdığım ərizələr və media yazılarında 10 oktyabrdakı Ekspertiza nəticələrində İmzaların mənə AİD olmadığını yazıb quruma təşəkkür etmişəm.
Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabrda e.mehkeme portalına yerləşdirilmiş 02 noyabr tarixli Ekspertiza Rəyində saxta müqavilələrdəki İmzaların mənə AİD olduğu yazılmışdır. Ərəb hərflərini bilməyən ekspert təhlilində kobud səhvlərə yol verilmişdir.Deməli, MEM çox böyük ehtimallarla məhkəmə ilə əlbir olub ciddi saxtakarlığa yol vermişdir. Bu da həqiqətdir ki, MEM-in rəis müavini məhz bu dəyişdirilmiş Rəydən sonra işdən kənarlaşdırılmışdır. Bundan sonra Araşdırma qrupunun rəhbəri Hümmət Vəliyev mənim e.mailimə 15 noyabr – rəyin məhkəməyə verildiyi gün (guya mən 23 oktyabrda onlara müraqciət etmişəm, ona cavab verir!23 oktyabrda ekspertiza heç taqmamlanmamışdı!!!) 143.2 maddəni yazaraq ya vicdan səsi ilə böyük ədalətsizliklərini düzəltmək üçün, ya da rəis müavini ilə şərik olmadığını ifadə edərək Əlavə Ekspertiza istəmək hüququmu bildirmişdir.
Ən əsas məsələ, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri İş materiallarını analiz edərkən İmzalarımın götürülməsi üçün olan Vəsatəti və bir digər çəkiliş edilməsi üçün olan Vəsatəti mənim (həmçinin bunu bacım da imzalamayıb) imzalamadığımı üzə çıxarmışdır. Rəyə isə belə mühüm fakt daxil edilməmişdir. Beləki, 10 okyabrdan 23 noyabr tarixinə kimi onlarla ərizə yazsaq da, Məhkəmə Hüquq Şurasından dəfələrlə hakimə bu ciddi məsələ haqqında Rəy verilməsi üçün məktublar göndərilsə də hakim Mehriban Əfəndizadə cinayətin üstünün açılmaması üçün lazım olan məktubu verməmişdir. Ona təkrar-təkrar mənə bu barədə cavab məktubu verməsi də yazılıb. Ancaq o bunu da etməyib. Hətta 26 oktyabra mənə məktub yazdığını desə də mənə 29 noyabrda yazdığı məktub 02 dekabrda çatmaqsı ilə onun 26 oktyabrda mənə və hətta bacıma daməktub göndərdiyini bildirməsinin yalan oduğu sübut olunub.

Mən 23 noyabr 2023-cü il tarixində AR Məhkəmə Hüquq Şurası sədri İnam Kərimovun Şəki şəhərində keçirdiyi Qəbulda iştirak etmək üçün gediş-dönüş 800 km.yol getsəm də o məsələni yaxşı bildiyi üçün məni 2 dəqiqə dinlədikdən sonra mülki işlər üzrə kolegiya sədri Sənan Hacıyevi mənimlə ayrı otağa məsələni diqqətlə araşdırmaq üçün göndərdi. O da hakimin adını eşidən kimi məsələyə səthi yanaşdı və tapşıracağıq məktub versin , -ifadəsi ilə məni vətəndaşı – vətəndaş alimi başından etdi!
hakim Mehriban Əfəndizadə[


06 dekabra qədər Mehriban Əfəndizadə cinayətin açılması üçün yenə məktub vermədi və o, 06 dekabrda hazırlıq iclasında bu barədə olan Vəsatətimi, həmçinin Əlavə ekspertiza, sağ əllimin biləkdən və dirsəkdən kəsik olması əsası ilə 2-ci qrup əlil olduğum və bu əllə heç bir yazı yaza bilmədiyim əsası, daha ciddi fakt- saxta müqavilədə ki səliqəli imzaları çəkməyin mənim bu zədəli-işləməyən əlimlə mümkün olmayacağının Tibbi ekspertiza ilə təsdiqi üçün verdiyim və Vəsatətimi təmin etmədi, hələ bir üstəlik qərardaddan şikayət verilə bilməz qərarını verdi. Bunlar hakimin İmzalarımın götürülməsi üçün Vəsatəti özünün düzəltdiyi və ya düzəldilməsindən xəbərdar olduğunu, həqiqətin üzə çıxmasının qarşısının alınması cəhdlərini sübut edir.
Bütün bunlar hakim Mehriban Əfəndiyevanın birmənalı surətdə Eribarsız müqaviləni qüvvədə saxlamaq fikrini də bilavasitə əsaslandırır. Belə olmasa o ciddi-cəhdlə saxta imzaların mənim olmadığının sübutu üçün verdiyim əsaslı Vəsatətləri rədd etməzdi.
İndi belə çıxırki tamam fərqli iki İMZA da mənə aiddir. Belə savadsızlıq, məntiqsizlik, əslində zənginlərə tərəf olmaqdan irəli gələn qeyri-şəffaflıq cinayətdir və biz haqlı iddiaçılar heç cürə özümüzü müdafiə edə bilmirik. Savadsız, məntiqsiz, ədalətsiz hakim Mehriban Əfəndizadə kimdir, kimi övladıdır və kimin ailəsidir, bilmirəm, ancaq fakt budur ki, Məhkəmə Hüquq Şurasının da ona gücü çatdır.
Yazımın başlığı - Bir fikir eşidirik daima Onu Prezident təyin edib. Əlbəttə bütün yüksək vəzifəliləri, o cümlədən məhkəmə hakimlərini Konstitutsiyaya uyğun olaraq dövlət rəhbəri təyin edir. Necə deyərlər ona təqdim olunan Siyayhini təsdiq edir Prezident, özü bir-bir hakim seçib təyin etmir ki!.. Elə hakimləri təsdiqləyən Prezident xalqa da “Siz qarşılaşdığınız problemləri işıqlandırın, mən cəzalarını verəcəyəm, - və s. bu məzmunda ciddi mesajlar verib dəfələrlə!. Amma bunu Mehriban Əfəndizadələrin müdafiəçiləri unudurlar, bilməməzlikdən gəlirlər!
Bütün bunlar bizim ölkədə hakimlərin, xüsusilə dəgənc qadın hakimlərin toxunulmazlığı düşüncəsini formalaşdırıb. Gender münasibətləri nəzəriyyəsi və praktikası var: cinsin nə fərqi var?! Hansı qanun maddəsi gənc qadın hakimlərə savadsız, ədalətsiz qərarlar çıxarmaq hüququ verir?! Ancaq fakt budur ki, savadsız, ədalətsiz qərarlar verən hakimlər, elə biri Mehriban Xalid qızı Əfəndizadə toxunulmazdır! Ona gözün üstdə qaşın var, deyən yoxdur!
Aşağı vəzifəli hüquq məmurları başdan eləmək üçün tutuquşu kimi bir sözü təkrarlayırlar – hələ qətnamə yoxdur! Qərarını çıxarmayıb.
ÇIXARIB: İMZALARIMIN GÖTÜRÜLMƏSİ ÜÇÜN SAXTA VƏSATƏT ÇIXIB ÜZƏ, İMZA MƏNƏ AİD DEYİL, MƏKTUB VERMİR Kİ, CİNAYƏT AÇILSIN! VƏSATƏT VERMİŞƏM Kİ, CİNAYƏTİN AÇILMASI ÜÇÜN MƏRKƏZİ EKSPERTİZA MƏRKƏZİNƏ MƏKTUB VERSİN, ÜZƏ ÇIXARDIQLARINA RƏY VERSİNLƏR! VƏSATƏTİ RƏDD EDƏN QƏRARDAD HAKİMİN QƏRƏARI DEYİL?!
İKİNCİSİ, İMZALARIMI ƏRƏB HƏRFLƏRİNİ BİLMƏYYƏN EKSPERT QİYMƏTLƏNDİRİB, ƏLAVƏ EKSPERTİZA ÜÇÜN VƏSATƏT VERMİŞƏM. RƏDD EDİB. BU HAQDA QƏRARDAD HAKİMİN QƏRƏARI DEYİL?!

O məni – 40 ilin alimini ölüm vəziyyətinə götürüb. Məcbur olub Sizlərə müraciət edirəm. Əlbəttə ölkəmin Prezidentinə səsim çatsa Sizləri narahat etmərəm.
Beləlklə, hörmətli Birləşmiş Millətlər Təşkilatı, Hüquq müdafiəçiləri, Beynəlxalq Hüquq Təşkilatları, Hippokrat andını dərk edən və ona sadiq olan Həkimlər ordusu, Ərəb dilini, hərfləri bilən mütəxəssislər! Sizlərdən bizə kömək etməyinizi xahiş edirəm.

BİZİM ÖLKƏDƏ GƏNC QADIN MƏHKƏMƏ HAKİMİ OLMAĞIN ƏLAHİDDƏ TOXUNULMAZLIQ ŞƏRTLƏRİNDƏN, GƏNC QADIN HAKİMİN SAVADSIZ, "ÖZMARAQDAN DOĞAN" ƏDALƏTSİZ FƏALİYYƏTİNƏ GÖZ YUMULMASINDAN ƏZİYYƏT ÇƏKİRİK. HAKİM MEHRİBAN ƏFƏNDİZADƏ QANUNLARI TAPTALAMAQLA HÖKMRANLIĞI İLƏ MƏNİM ONSUZ DA YAXŞI OLMAYAN SƏHHƏTİMİ KRİTİK HALA GƏTİRİB. QANUN, VİCDAN, ƏDALƏT XATİRİNƏ BİZƏ KÖMƏK EDİN.
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930