Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri cənab İman Kərimov, SİZƏ SIĞINIRIQ
Gündəm / Ölkə
Oxunub: 143
6 sen 2023 | 12:11

Azərbaycan vətəndaşı, 2-ci qrup əlil, fəlsəfə elmləri doktoru
Xatirə Quliyeva tərəfindən



AÇIQ MƏKTUB


Sizə bacımla özümün qarşılaşdığım, - bizim ölkə üçün xarakterik olan Tikinti şirkəti dələduzluğu və bu təbəqəyə Məhkəmə havadarlığı məsələsindən mümkün qədər qısa məlumat verərək Sizdən kömək istəyirəm.
Özüm haqqında: 1992-ci ildə namizədlik, 2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmişəm. AMEA-da stajım 38-ci ildir. 2-si Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin siyasi irsi mövzusunda olunmaqla 8 monoqrafiyanın,


Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin siyasi irsi mövzusunda 3 məqalələr toplusunun,





Ümumilikdə 21 kitabın müəllifiyəm.

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "The Era, Worldview and Philosophical views of Lotfi A. Zadeh"adlı 8-ci lap bu günlərdə Almaniyanın Lambert nəşriyyatında çap olunmuşdur.

Eyni zamanda 26 avqustda mənim redaktorluğumla”Küşməkeşli və şərəfli ömür” və “Heydərizm konsepsiyası” məqalələrimin daxil olduğu Türkiyənin nüfuzlu Akademik Tarih və Düşünce jurnalının Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi nömrəsi yayımlanmışdır.





2-7 May tarixlərində 2 ölkədə təşkilatçılığımla konfranslar keçirilmişdir və s. və i.a.

Amerikadan, Çindən tutmuş İndoneziyaya qədər xaricdə ən çox çap olunan Azərbsycan alimlərindən biriyəm. ABŞ Beynəlxalq Fəlsəfə jurnalının, o cümlədən Türkiyənin 2 jurnalının redaksiya heyətinin üzvüyəm. Fəlsəfə və Sosiologiya institutunda Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi şöbəsinin müdiriyəm.

Bunları ona görə yazıram ki, Sizə dövlətçilik mövqeli, ləyaqətli alim-ziyalının müraciət etdiyini biləsiz və mənim yazdıqlarımın həqiqilyinə inanasız!

İndisə məni intihar həddinə çatdırmış Giyaslı Group MMC və əsas da ona havadarlıq edən Nərimanov rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadədən şikayətimi diqqətinizə çatdırıram.
Belə ki, keçən ilin noyabr ayında qonşulardan eşitdik ki, dövlət qərar verib, binamız. söküləcək, yerində 12 və ya 14 mərtəbəli bina tikiləcək Əslində Nizami rayonu, Qara Qarayev prospektində 76 saylı bina ərazidə ən yaxşı yerdə,- Neftçilər metrosunun, 50 ilin ağacları olan geniş parkın, Mİİ-nin, 61 saylı məktəbin, polikinikaların yaxınlığında yerləşirdi. Binanın istilik təchizaı vardı. Uzun illər eyni sakinlərin yaşadığı binanın mənzilləri, özəlləşdirilmiş yarımzirzəmilər dəfələrlə təmir olunmuşdu ki, sökülməsinə qətiyyən ehtiyac yox idi.Ümumiyyətlə isə Bakı, Abşeron yarımadasında baş verən və davam edəcəyi rəsmən bildirilən zəlzələlər baxımından bu ərazidə 12, 14 mərtəbəi binaların tikilməsi təhlükədən xəbər verir.
Ancaq dövlət qərar veribsə, düşündük ki, dövlətin vətəndaşlarının mülkiyyətini Dövlət söküb-tikəcək və sadə sakinlər qəbul etdik qərarı. Lakin demə bizim mülkiyyətimizi dövlət yox, əvvəllər müxtəlif adlarla fəaliyyət göstərmiş və vətəndaşları aldatmış, incitmiş, tikintiyə məsuliyyətsiz yanaşmış, hətta 25 faiz şərik olduqları şəxsin belə haqqını taptalamış törəmə Tikinti Şirkəti - Giyaslı Group MMC söküb-tikəcəkmiş... Mediadan gətirdiyim çox az sayda misallarla tanış ola bilərsz: (Bakıda sahibkarlar arasında qalmaqal- şəriklərdən biri nazirə müraciət etdi https://musavat.com/news/bakida-sahibkarlar-arasinda-qalmaqal-seriklerden-biri-nazire-muraciet-etdi_428287.html), əsas da dələduzluqla ad çıxarmış Tiwins Art MMC-nin ("TWINS Art MTK"-nın binasının sakinləri ETİRAZ EDİRLƏR - İŞƏ POLİS QARIŞDI https://www.dia.az/8/319589-twns-art-mtk-nin-binasinin-sakinleri-etraz-edrler.ht https://musavat.com/news/bakida-sahibkarlar-arasinda-qalmaqal-seriklerden-biri-nazire-muraciet-etdi_428287.htmlml); (“Twins Art” MMC-də çalışan fəhlələr ölümlə üz-üzə qalıb http://teref.az/sosial/106382-twins-art-mmc-de-calisan-fehleler-olumle-uz-uze-qalib.html); (Bakıda bina tikən şirkətin əmlaklarının üzərinə həbs qoyulub https://news.milli.az/country/486117.html)
Əvvəlla Giyaslı Group MMC - tikinti şirkətinin məqsədi heç də dövlətin vətəndaşlarının gözəl şəraitli mənzillərlə təmin olunması deyildir. Çünki bizim bina 6 bloklu 5 mərtəbəli bina idı. Giyaslı Group MMC əgər dövləti, vətəndaşları düşünsəydi, sökdüyü 5 mərtəbəli binanın əvəzinə 5 mərtəbəli, lap 7 mərtəbəli, maksimum 9 mərtəbəli bina tikərdi. Giyaslı Group MMC isə bizim 5 mərtəbəli binanın yerində hətta Azərbaycan qanunvericiliyinə, xalqımızın Ulu öndəri Heydər Əliyevin nəsihətinə, vəsiyyətinə zidd gedərək 60 ilin ağaclarına qarşı terror törədib, gözəl parkı məhv edərək (Zaqatalada ağacları kəsənlər həbs edildi, amma Giyaslı Group MMC cüzi cərimə cəzası aldı .. Bu terrora göz yumanlara isə heç bir cəza verilmədi) 12, 14 mərtəbəli 3 bina tikir. Bu da azlıq edir, Giyaslı Group MMC acgözlüklə, harınlıqla altında metro stansiya olan yeri dərindən-dərinə qazaraq mənfi 1, mənfi 2, mənfi 3 adlanan sakinlərə pulla satılacaq və habelə arendaya veriləcək qarajlar tikir. Belədə 14 məntəbəli yox, 17 mərtəbəli binalara sahib olmaq və sonra da bu binaları (Qanunla 70 faiz sakinin razılığı olmalıdır) Özəlləşdirmək məqsədi güdən Giyaslı Group MMC vətəndaşları və dövlətin sosial inkişaf strategiyasını yox, özünü düşünür.
Şəxsən Bizim – Quliyeva Xatirə Nəcəfqulu qızının və Quliyeva Sevinc Nəcəfqulu qızının məsələsində Giyaslı Group MMC öz marağını güdmüşdür. Konkret olaraq, Giyaslı Group MMC mülkiyyətimizin əvəzlənməsi mahiyyətində notariusda təsdiqlənməmiş, həmçinin bir çox saxta məlumatların yer aldığı, mənimlə bərabər mülkiyyətin hüquqi sahibi bacımın adı qeyd olunmamış (onunla nəinki qanuni, heç belə saxta müqavilə də bağlanmayıb!)) və bundan başqa mənim əvəzimdən bircə yerdə - son vərəqdə imza yazmaqla Müqavilə tərtib edib mənə göndərmişdir.
[b] “GİYASLI GROUP” MMC-nin AR İqtisadiyyat nazirliyinə 25 aprel 2023-cü il tarixdə yazdıqları məktubda da göstərildiyi kimi mən bu müqavilədən 2-3 gün sonra (daha dəqiq aldığım gün) narazı olmuşam və şifahi, telefonla, wotsapla mesajlar yazmaqla, mediada ölkə prezidentinə Müraciət etməklə, nəhayət 14 mart 2023-cü il tarixdə satış ofislərinə gedərək bu müqavilənin ləğv olunmasını tələb etmişəm. Mənə deyiblər ki, Prezidentə Müraciəti mediadan geri götürüm, problemim həll olunacaq, aldadıblar, - yazı çıxarılıb, onlar verdikləri sözə sahib çıxmayıblar. Bir müddət mənə deyiblər ki, Fərhad müəllim (tikintinin əsl sahibi) xaricdədir, gələn kimi həll ediləcək, bu da yalan olub. Sonra deyiblər ki, rəhbərrlik artıq bilir məsələni bilir, tapşırıq verib, gedin İsmayıl müəllimin yanına (əsas adamlarıdır. Şəxsən mən 2 dəfə ofislərinə getdiyimdə onun bütün məsələləri həll etdiyinin şahidi olmuşam) məsələ həll olunacaq, bağda qaldığım üçün, getməmişdən qabaq zəng edib soruşmuşam ki, gəlim, deyib ki, mənə Sizə birillik aylıq 100 manat (bunu onlar AR İqtisadiyyat mnazirliyinə məktublarında da qeyd ediblər) verilməsi deyilib, vəssalam, - təbii getməmişəm. 14 martda - vətəndaşlarla iş bitəndən sonra tikdikləri yaraşıqlı, modern satış ofislərinə öz xeyirlərinə tərtib etdikləri Müqavilənin ləğv edilməsi üçün ərizə verməyə getdiyimdə Müqaviləni imzalamış direktor – Hacıbala Abbasovu ilk dəfə görmüşəm və o Novruz bayramından sonra bizim problemimizin həll olunacağını deyib. Ancaq yenə sözlərinin üstündə dayanmayıblar, aladıblar.Fevral- May aylarında 3 dövlətdə rəsmi səfərlərdə olmuşam. Xaricdə də əlaqə saxlamışam, yenə vəd veriblər, ancaq yenə aldadıblar. Onlar vədlərini yalnız şikayət etməməyim və ya tikintiyə başlamaq üçün vaxt udmaq məqsədi ilə veriblər...
Media yazılarının birində oxumuşdum ki, Prezidentin sərəncamı var, sakinlər razı salınmalıdır, sonra İcra hakimiyyəti tərəfindən binanın sökülməsinə icazə veriləcək. Həmçinin. Tikinti sktorunda kütləvi narazılıqlar olduğu üçün ölkə prezidenti müqavilələlərin natariusda təsdiqlənməsi ilə bağlı haqqında Nazirlər təsdiqlənməsi haqqında Nazirlər Kabinetinə xüsusi tapşırıq verib. AR Nazirlər Kabineti də qərar qəbul edib. Deputat Zahid Orucun mediaya açıqlamasında 3000 –dən çox vətəndaşın tikinti şirkətləri tərəfindən aldadılması, 1 mənzilin 4, 5 adama satılması halları işıqlandırılmışdır.
Ancaq biz və Qara Qarayev prospekti 76 saylı binanın bir neçə sakini ilə Şirkət arasında ciddi mübahisələr olduğu halda Nizami rayon İcra hakimiyyəti “GİYASLI GROUP” MMC –nin binamızı sökməyə və tikməyə icazə vermişdir.

Mən məsələnin geniş təfərrüatlarını yazıb Sizin vaxtınızı almaq istəmirəm. Qısaca olaraq məsələnin məğzi ondan ibarətdir ki, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı 0295536 nömrəli Çıxarış sənədinə əsasən bizim - Xatirə Nəcəfqulu qızı Quliyevanın və Sevinc Nəcəfqulu qızı Quliyevanın mülkiyyətində olan (ümumi sahəsi 66,8 kv.m) qeyri yaşayış sahəsinin “GİYASLI GROUP” MMC tərəfindən tikintisinə və müvəqqəti yaşayışına dair mənə Şirkətin (yuxarıda da qeyd etdiyim kimi) adı yazılmış setkanın içərisində, eynilə şirkətin adı yazılmış qovluqda göndərilmiş natariusda təsdiqlənməmiş Müqavilə sənədi tam olaraq saxtadır.
Guya mənim və “GİYASLI GROUP” MMC-nin direktoru Hacıbala Abbasovun tərtib etdiyi, hər şey Şirkətin marağına uyğun yazılmış Müqaviləni mən imzalamamışam. Mənim sağ əlim biləkdən kəsikdir.3-cü qrup əlil dərəcəsi verilib mənə və ağır avtomobil qəzasında mənə 2-ci qrup əlillik dərəcəsi verilib ki, bunun da əsasında sağ əlimin 3 barmağının işləməməsi, baş barmaq hissəsində ətin qaçması, barmaqların əyilməsi faktoru dayanıb ki, bu vəziyyətdə mən gözəl, rəssam işi imza çəkə bilmirəm.




Ümumiyyətlə, mən sağ əlimlə yazı yaza bilmirəm, bütün irili-xırdalı əsərlərimi sol əlimin 2-ci barmağı ilə notbookda yazıram. Həmçinin mənim imzam sağdan ərəb hərfləri ilə, soldan kril və latında eyni olan hərflərlə inhisalımdır. “GİYASLI GROUP” MMC bunları - əlimin şikəstliyini vəşifralı imzamı bilmədiyi üçün gözəl, incə xətlə həm də fərqli-fərql imzalar çəkiblər .

Müqaviləni tərəfə göndərmək elementar məntiqlə elə saxtakarlığın ifadəsidir. Haşiyə çıxaraq qeyd edim ki, 85 milyon nüfuza malik Türkiyə Dövlətinin başçısı R.T.Ərdoğan və ölkə prezidentimiz İlham Əliyev Şuşa Bəyannaməsini İmzalamaq üçün Azərbaycana – Şuşa kimi təhlükə sovuşmamış bir regiona gediblər..
Mənim imzalamadığım bu saxta Müqaviləni Şirkətin direktoru kimi imzalamış Hacıbala Abbasov mənim ofislərində olduğum cəmi 2 dəfənin heç birində orada olmayıb. Deməli özünü Müqavilə bağlamaq üçün vaxt ayıran, kilometrlərlə zaqdan gələnlərdən üstün tutub. Azərbaycanda milli mentalitet adlanan xalq hüququnda mənlik, ləyaqət, qeyrət mənalarını verən KİŞİ sözü anlamı var. Bu ağır mənanı adlarında şərəflə daşıyırlarsa mənim 2 dəfə ofislərinə getdiyimdə Hacıbala Abbasovun orada olmadığını etiraf etməlidirlər. Hacıbala Abbasov qatar kupesi boyda yerdə iynə olsaydı belə görünməliydi!.. Hacıbala Abbasov orada OLMAYIB! OLMAYIBSA həmin Müqavilə sözsüzdür ki, bağlanmayıb və qeyd-şərtsiz saxta müqavilə ləğv olunmalıdır!




Mən yuxarıda da qeyd etdiyim kimi martın 14-ü satış ofislərinə Müqavilənin Ləğv edilməsi üçün ərizə apardıqda İsmayıl Quliyev təqdim etdikdə Hacıbala Abbasovu ilk və son dəfə görmüşəm. O da eləcə, məni ilk və son dəfə onda görüb. Bu fakt da Saxtakarlığı sübut edir. Eyni zamanda mən imzalayandan sonra Müqaviləni Şirkətdə niyə qoyub getməliyəm?! Sonra Müqavilə bağlanandan sonra tərəflər hallaşarlar! Bu da Azərbaycan milli mentaletetinin xalq hüququnun ali qanunudur! O mənə, mən ona nə zaman halallıq vermişik?! Bu da bir daha təsdiq edir ki, “GİYASLI GROUP” MMC-nin həmin Müqaviləsi saxtadır və ləğv olunmalıdır!
Həmçinin hətta natariusda təsdiqlənmiş olsaydı belə, mən imzalamış olsaydım belə özlərinin yazdıqları kimi mən 2-3 gün sonra müqavilələrinə etiraz etmişəmsə qanunla həmin müqavilə LƏĞV OLUNMALI İDİ! Azərbaycan Respublikası MM-nin 337.1., 337.2. və 337.4-ci maddələri zoopark sakinləri üçün deyil, çünki! ... Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarslzdlr. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
İkincisi, elə bu qanun məcəlləsinin tələblərinə görə Müqavilələrdə hər şey nöqtə vergülə kimi düzgün yazılmalıdır. Saxta və uydurma müqavilələr etibarsızdır. “GİYASLI GROUP” MMC-nin mənə göndərdiyi daxili adladırdıqları – natariusda təsdiqlənməmiş Müqavilədə ÜNVAN səhvdir. Onlar vətəndaşlardan qaçmaq üçün məqsədli olaraq ünvanlarını Nizami rayonu Etibar Qocayev yazıblar. Nizami rayonunda Etibar Qocayev küçəsi yoxdur. Deməli, bu baxımdan da həmin Müqavilə saxtadır və ləğv edilməlidir.
Üçüncüsü, həmin müqavilədə bir neçə sənədi mənim natariusda təsdiqlədilib Şirkətə təqdim etdiyim yazılıb ki, bu müddəalar yalandır. Mən nəinki natariusda təsdiqlənmiş ümumiyyətlə heç bir sənəd təqdim etməmişəm. Deməli, bu baxımdan da “GİYASLI GROUP” MMC-nin öz marağına uyğun tərtib etdiyi Müqavilə saxtadır və ləğv edilməlidir.
Ən əsas məsələ ondan ibarətdir ki, “GİYASLI GROUP” MMC Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı 0295536 nömrəli Çıxarış sənədinə əsasən mənimlə birlikdə yarımzirzəminin hüquqi sahibi Sevinc Nəcəfqulu qızı Quliyeva ilə müqavilə bağlamayıb.
Bundan başqa “GİYASLI GROUP” MMC həmin saxta Mqavilədə bizim 100 kv.m.dən artıq ölçüdə olan 3 hissədən ibarət, tam təmirli obyektimizin əvəzi olaraq bizə 2 otaqlı hətta təmirsiz 2 otaqlı verəcəyini yazmışdır. İndi vicdan səsinizlə qiymət verin buna mən – 40 ilin elmlər doktoru, hələ Avropa Məhkəməsinin ərizəsini təmin etdiyi, deməli, hüququ da yaxşı bilən bir ziyalı qol çəkərdimmi?! İkincisi, keçən ilin dekabrında İsmayıl Quliyev bacıma demişdir ki, mənzilin 1 kv.m. 1700 manat, obyektin 1 kv.m.6000 manatdır. Belə olan təqdirdə mən təmirli 3 hissəli obyekt əvəzinə 2 otaqlı hətta təmirsiz mənzilin veriləcəyi haqqında Müqaviləyə qol çəkərdimmi?!

Məhz mənim belə qanunsuzluğa, belə Allahsızlığa qol çəkməyəcəyimi bildikləri üçün mənim əvəzimdən imza çəkib mənə göndəriblər. Mülkiyyətin ikinci hüquqi sahibkarıı ilə saxta olsa belə heç Mübavilə bağlamayıblar.


Müqavilənin ləğvini əsaslandıran digər bir saxtakarlıq.Belə ki, hər bir rəsmi sənəddə İmzanın altından imzalayanın inhisalları – adı, soyadı onun əl xətti ilə yazılır. Mənə göndərilmiş yalnız son səhifəsində imzam olan müqavilədə əl xətti ilə inhisallar yazılmamışdır. Mən Reaksiya Tv-də bu məsələdən danışdıqdan sonra 1 mənzili 4-5 adama satan peşəkar tikinti şirkətləri təbəqəsindən olan “GİYASLI GROUP” MMC hər səhifədə mənim imzamı saxtalaşdırmaqla çəkdiyi Müqavilə çıxarıb meydana... Elementar məntiqlə bu müqavilələr harda, hansı tarixdə, kimin iştirakı ilə hazırlanıb?! Məndə Şirkətin möhürü təbii ola bilməz! Eləcə də Hacıbala Abbasovun imzası göy qələmlə çəkilib, deməli, əslidir sənədin və mən onun imzasını üstünə silah çəkib çəkdirmişəm?! O zaman harda, nə vaxt və niyə şikayət etməyib?! Sözsüzdür ki, “GİYASLI GROUP” MMC-nin ortaya çıxardığı bu Müqavilə də mənə göndərdikləri Müqavilə kimi saxtadır və artıq bu dələduzluq əməlidir. Həm də mülkiyyətimizin əvəzini verməmək üçün əl atdıüları növbəti dələduzluq əməlidir. Ləğv edilməklə bərabər, onlar barədə cinayət təqibi başlanılmalıdır. Azərbaycan Respublikasının Konsitutsiyası vətəndaşların mülkiyyətinin əvəzinin verilməsini tələb edir.
Azərbaycan Respublikasının Konstitutsiyası sözsüzdür ki, ölkə vətəndaşları olaraq bizə də aiddir.
Maddə 13. Mülkiyyət
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Ancaq göründüyü kimi bizə qarşı Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü maddəsinin tələbi kobud surətdə pozulmuşdur.
Azərbaycan Respublikasının Konstitutsiyasının 29-cu maddəsinin tələbi:
Maddə 29. Mülkiyyət hüququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. I. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. II. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.https://www.e-qanun.az/framework/897 - _edn12
Beləliklə, biz Kostitutsiya hüququmuzdan çıxış edib “GİYASLI GROUP” MMC-dən dəfələrlə saxta Müqaviləni ləğv etməsini şifahi formada, sonra telefon zəngləri, mesajlar, daha sonra Media ilə, Dövlət Televiziyası, internet tv-lə tələb etdik. Ancaq Açıq məktubumda da şərh etdiyim kimi saymadılar. Çünki əvvəlcə bizə, sonra zorla sökəcəkləri binaların obyekt sahiblərinə obyektlərin əvəzini vermək onların ziyanına olacaqdı. Məcbur olub Nizami rayon Məhkəməsinə İddia Ərizəsi yazdıq. Ancaq Nizami rayon məhkəməsi cavabdehin ünvanının Nizami rayonunda olmadığı əsası ilə qəbul etmədi. Nərimanov rayon məhkəməsinə müraciət etməli olduq.

Əslində “GİYASLI GROUP” MMC-nin əsl ünvanı heç Nərimanov rayonu da deyil. Onların əsl ofisləri Yasamal rayonunda, İnşaatçılar metrosu yaxınlığında yerləşir. Getmişəm, dəqiq bilirəm. Fərhad Ağayev adlı əsl sahibkarla görüşmüşəm. Problemimi deməyə imkan verməyib.Amma şer kitabımdan (əli ilə qoymuş kimi) Milli qəhrəman Rövşən Əkbərova yazdığı şeri açıb baş mühasibi Nigar adlı qadına deyib ki, "cır bu şeri! Bu adam mənim dostumu" öldürüb! Mən ona şerimi heç kəsin əl uzada bilməz!- demişəm. Əlavə olaraq deyirəm ki, belə dost qədri biləndi, qisasını alaydı dostunun və ya cinayəti bilib gizlətməyəydi! Milli qəhrəman Rövşən Əkbərova həsr etdiyim şerimin bu gün də arxasındayam. Şerləri mənə yazdıran ilahi qüvvə onun elə Fərhad kimilərin güdazına getdiyini deyir... Ümumiyyətlə isə mən şerimi Ulu öndər Heyər Əliyevin ona milli qəhrəman, geniral adları verməsindən ruhlanıb yazmışam. Ən azı Rövşən Əkbərov bədəni qəlpələrlə dolu insanımızdır! SABAH ƏDALƏTLİ BİR YOXLAMA OLSA VƏTƏNDAŞLARIN HESABINA MİLYARDER OLMUŞ , 33 hektar torpağı 500 min manata alan FƏRHADIN KEÇMİŞİNDƏN 1 QƏLPƏ BOYDA MÜSBƏT ƏMƏL TAPILMAZ!!!












Həmin görüşdə obyektimizi söküb əvəzini verməyən Fərhadın dələduzluğu 1 faktla da mənə məlum oldu. Mən ona 1 hektar torpağım olduğunu tikdiyi binalarda mənzillə əvəzlənməsini və ya satılmasını istədiyimi deyəndə dedi ki, Məhəmmədi kəndində 33 hektarı 500 minə almışam. Məlumdur ki, Azərbaycanda sotu 150 manata heç kim torpaq satmır. 33 hektar torpaq bəzi cinayətkar məmurları çıxmaqla heç bir kəsdə olmur. Deməli dövlət torpaqlarını hansı dələduzlasa əlbir olub alıb.
Beləliklə,“GİYASLI GROUP” MMC-nin rəsmi ünvanı Nərimanov rayonu Etibar Qocayev küçəsi olduğu üçün Mərimanov rayonu məhkəməsi qəbul etdi.
Ancaq hakim Mehriban Əfəndizadə may ayının 25-ində qarşı tərəfə pritenziya qaydasında müraciətin olmasına dair sübut təqdim edilməməsi bəhanəsi ilə İddia ərizəmizi geri qaytardı. Halbuki biz İddia ərizəmizdə dəfələrlə MMC-yə müraciət etdiyimizi, mənim martın 14-də ofislərinə getdiyimi, Ərizə verdiyimi yazmışdıq. Hacıbala Abbasova qol çəkdirdiyim ərizənin surətini hazırlıq iclasında təqdim edəcəkdim. Amma hakim Mehriban Əfəndizadə dövlətimizin qanun maddələri olduğu halda bu adi ştrixdən “GİYASLI GROUP” MMC-nin marağı ilə birləşən öz marağına uyğun istifadə etdi və 2 ay baxışı ləngitdi.
İyulun 5-ində keçirilən birinci hazırlıq iclasında da hakim qarşı tərəfə diqqət, hörmət nümayiş etdirərərk onların vəkilinin saxta 2-ci müqavilələri ilə mənim üstümə (oturduğu yerdən mənim oturduğum yerə) hücum edib düz başımın üstündə dayanaraq tamamilə saxta arqumentləri sadalayıb məni saxtakar, dələduz qələmə verməsinə şərait yaratdı. Şirkətin vəkilinin məhkəmənin saytına gecədən keçmiş yüklədiyi “sənədləri” təkzib edəcək dəlilləri mən birinci hazırlıq iclasına gətirmədiyimdən çıxılmaz vəziyyətə düşsəm də ikinci hazırlıq iclasında gətirdim və onun oturduğu yerə getmədən hakimə təqdim etdim. Məsələn, onların vəkili Rövşən Səfərov şirkətin mənə 1 illik ayı 800 manatdan əlavə pul ödəndiyini iddi etmişdi. Halbu ki, onlar İqtisadiyyat nazirliyinə mənə yalnız 800 manat və qeydiyyatda olduğum mənzildən çıxmaq üçün 1 illik ayı 500 manat ödədiklərini yazmışdılar və mən həmin məktubu təqdim etməklə “GİYASLI GROUP” MMC-nin saxtakarlığını, dələduzluğunu əyani şəkildə sübut etdim. Hakim isə qarşı tərəfin vəkilinə məhkəməyə saxta sənədlər gətirməsini, hələ onun “mən bu qanunları (Azərbaycan qanunlarını!) bilmirəm”, deməsini irad tutmadı və hətta onun gətirdiyi ikinci saxta müqavilə ilə bağlı elementar təkzibləri özü vermədi, mən verdikdə məni susdurdu .
Bundan başqa, imzamın ekspertiza edilməsi barədə Vəsatəti mən vermişəm. İşin gedişatında məhkəmədən əvvəl müraciət etdiyim Nizami rayon prokurorluğunun baş müstəntiqi olduğunu deyən İlham adlı şəxsin mənə üç dəfə zəng edib İmzamın yoxlanılmasını təkidlə istəməsindən, hətta məhkəməyə müraciət etdiyimi bildirib prokurorluğun dələduzlara cəza istəmək ərizəmdən şifahi və həm də yazılı imtina etdikdə baş müstəntiqin mənə daha 2 dəfə eyni məzmunda tələblə zəng etməsindən, hələ üstəlik evimə gəlib imza nümunələrini götürmək qədər ifrat marağından və həmçinin məhkəmədə qarşı tərəfin vəkili Rövşən Səfərovun eynilə mənim imzalarımın ekspertiza edilməsinə israr etməsindən, hakimin də ona tərəf olmasından (hakimin Qərardad da qarşı tərəfin vəkilinin bunu xahiş – tələb etdiyini ört-basdır edib, “etiraz etmədiyini” yazması da yanılmadığımı təsdiq edir) şübhələnib Azərbaycan Respublikası MPM-nin 20.2.1-ci maddəsindən çıxış edərək qanuna müvafiq surətdə Vəsatətimi geri götürmək, işə mahiyyəti üzrə baxılmasını istədiyimi hakim Mehriban Əfəndizadəyə bildirdim. Saymadı. Əslində 5 dəqiqəlik olmalı məhəmə Hazırlıq iclasında 5 dəqiqəlik fasilə elan edib çıxdı və bu zaman bizim vəkil Abuzər Səfərov başımın üstündə dayanaraq mənə İmzalarımı çəkməyim üçün əvvəl təsir, sonra təzyiq göstərək məni imzalarımı çəkməyə məcbur etdi. Onu da qeyd edim ki, mən vəsadəti İddia ərizəmə əlavə etdiyim, mənə göndərilmiş Müqavilədəki imzamla bağlı verdiyim halda Mehriban Əfəndizadə sonradan ortaya çıxan- vəkilin gətirdiyi əsl dələduzluq faktı müqavilənin də də ekspertizaya göndərilməsi Qərardadını çıxartdı. O zaman o mənim Vəsadətimi əsas göstərməməli idi və ya 2-cini öz marağına görə göndərdiyini yazmalıydı.
Əsas məsələ, mən imzalarımı hakimə göstərəcəyəm, amma verməyəcəyəm, işə mahiyyəti üzrə baxsın, dedikdə, - o vərəqləri əlimdən kobud şəkildə aldı və dərhal məhkəmə katibinə verdi. Həmin an, həmin saniyə hakim Mehriban Əfəndizadə teatr tamaşalarında sırasını gözləyən aktyorlar kimi məhkəmə zalına daxil oldu, rahatlanmış, hətta sevincli mimika ilə qarşı tərəfin vəkilinin üzünə güldü. Mən onun bu sevinc dolu gülüşün mənasını anlasam da prinsipə səbəbi soruşdum. Təbii, susdu və müşavirə otağına gedib 1 dəqiqəyə qayıdıb vəsatətimin təmin edildiyi və buna görə işin dayandırıldığı barədə Qərardadılarını elan etdi. Ən acınacaqlısı, hakim Mehriban Əfəndizadə 19 iyul tarixli hazırlıq iclasının Qərardadını bizə 12 gün sonra və şablon şəklində, - yəni içərisində iddiaçıların, cavabdehin adı və s. əsaslar belə yazılmamış şəkildə göndərdi.
Açıq surətdə “GİYASLI GROUP” MMC-nin tərəfində olan – haqlı iddiaçıları saymayan, 2+2 = 4 qədər asan məsələ - saxta, mənim - tərəflərdən birinin 2 gün sonra imtina ediyi, ikinci hüquqi mülkiyyətçinin xəbəri olmadığı və s. dəlillərlə etibarsızlığı təsdiqlənən Müqaviləni dövlətimizin çoxsaylı ciddi qanunlarına əsaslanıb ləğv etməyən hakim Mehriban Əfəndizadənin şablon Qərardadından şikayət, özünə Etiraz yazsam da məhkəmə təmin etmədi.
Rəhbərlik etdiyiniz Məhkəmə Hüquq Şurasına şikayət ünvanladım. Xeyli vaxt cavab gəlmədi. Zəng etdim, aldığı cavab belə oldu ki, nə Qərardadı ləğv edə bilərik, nə hakimi cəzalandıra bilərik,
Ona görə də Sizə media vasitəsi ilə müraciət edib, Nərimanov rayon məhkəməsinin, xüsusən də hakim Mehriban Əfəndizadənin zəngin “GİYASLI GROUP” MMC-nin tərəfində olduğunu diqqətinixzə çatdırmaqla Sizi haqq-ədalətin müdafiəsinə çağrıram.
Əvvəla 61 yaşlı, 40 il elmi təfəkkürünə ləyaqətlə xidmət etmiş, öz çəkimdən artıq əsərlərin müəllifi olaraq bilmək istəyirəm, niyə hakimlər forma xatirinə ən əlahiddə hallarda cəzxalanırlar?!
Məsələn, mən adını-familiyasını yazmaqla 2 övladını danmış Apelyasiya məhkəməsinin bir hakimini media ilə ifşa etmişəm. Onun 4 yaşından atdığı oğul övladını mənim məsələmə baxılan iclasa özümlə aparıb qarşısında oturtmuşam. Ləyaqətsiz hakim və dandığı övladı əkizlər kimi 1-1-nə oxşayırlar. Hakim qaçıb zaldan! Man məhkəmə sədrinə onun ədalətli qərar çıxaracağına inanmadığımı bununla sübut edərək ona etiraz etmişəm. Həmin hakimə etiazım təmin olunmayıb, tərkibində olduğu məhkəmə heyəti ədalətsiz qərar çıxarıb və əsas da MHŞ-sı ona heç bir cəza verməyib.
Bundan başqa 2013-cü ildə qardaşım oğlunun düşdüyü avtomobil qəzasında sabiq baş prokurorun ailəsinə yaxın adamlar qarşı tərəf idi. Hakimlər günahsız gənci cinayətkar etdilər. Mən mübarizə aparırdım. Məni də polisə tabe olmayan qismində ittiham etdilər. Avropa İnsan Haqları Məhkəməsinə Şikayət yazdım, bir vəkil göndərdi. Keçən ilin 1 sentyabrında AİHM Şikayətimin təmin olunduğu elanını yayıb. Baxmayaraq ki, prezidentimizin qərarı ləğv olunmuş hakimlərin cəzalanacaqları haqqında tapşırığı var, ancaq fakt budur ki, mənə qarşı ədalətsiz qərar çıxarmış hakimlər cəzalanmır! Konpensasiya ödnildi, vəssalam. Bəs vətəndaşın psixoloji sarsıntıları?!
Fürsətdən istifadə edib, mən alnı açıq, dövlətin elminə xidmət edən yaşlı ziyalı kimi bir məsələyə də öz münasibətimi bildirmək istəyirəm. Beləki, bütün hakimlərə “hörmətli”, “mötəbər” kimi xalqımızın ən nüfuzlu kəlmələrinin deyilməsi doğru deyil. Necə olur, əsl alim yüksək elmi dərəcələrə gecə-gündüz çalışıb, cənını fəda edib sahib olur, amma məhkəmə zalında vəkillərlə him-cimlə danışan, iddaçılar cəhənnəmə, qanunları saya salmayan, saxtakar, dələduz qarşı tərəfin vəkilinin üzünə gülən, iddiaçıya içi xətlərdən ibarət, boş – şablon Qərardad göndərən və s. keyfiyyətləri ilə hakim adını doğrultmayan hakimə xalq “hörmətli”, “mötəbər”deyərək müraciət etməlidir?! Fikrimcə, bu titullarla uzun illər qərarları ləğv olunmayan, zənginlərin xeyrinə qərarlar çıxarmayan ədalətli, deməli ləyaqətli hakimlərə müraciət olunmalıdır.
Beləliklə, Sizə Açıq məktubumu yekunlaşdırır və Sizdən Nərimanov rayon məhkəməsinin icraatında olan “GİYASLI GROUP” MMC-nin bizə - Quliyeva Sevinc Nəcəfqulu qızı və Quliyeva Xatirə Nəcəfqulu qızına qarşı saxtakarlıq, dələduzluq nümunəsi olan natariusda təsdiqlənməmiş, mənə göndərilmiş, imzalamadığım, özlərinin AR İqtisadiyyat nazirliyinə yazdıqları məktubda da bildirdikləri kimi 2-3 gün sonra etiraz edib, ləğvini tələb etdiyim saxta Müqavilənin Ləğv olunması və yeni Müqavilənin bağlanması məsələsi üzrə inanmadığımız Mehriban Əfəndizadənin məhkəmə baxışını nəzarətinizə götürməyinizi xahiş edirəm. Baxır baxsın! Amma qaqnunlardan çıxış edib baxsın. Boş Qərardad onun mahiyyətcə boş məhkəməsinin Allahdan təsdiqi idi. Ədalətli qərar qəbul eləsin ki, onun daşıdığı hakim adına layiq olsun!..
Əlbəttə tam əminəm ki, bu məsələdə də mən haqlıyam və Avropa İnsan Haqları Məhkəməsinə Müraciət etsəm yenə şikayətim təmin olunacaq. Onu da bilirəm ki, AİHM –də işlər baxış daha illərlə uzanmır. Ancaq dövlətimizin, prezidentimizin Sizə etimadına güvənərək ədaləti öz ölkəmin məhkəməsindən istəyirəm. Həm də “hörmətli, möhtərəm” göydə Allah, yerdə Mehriban Əfəndizadə və himayədarları düşünməsin ki, bu Açıq məktubumla məhkəməyə təsir edirəm. Məhkəməyə ölkənin tikinti sektorunu ələ keçirib hər binada adlarını ilan dərisini dəyişən kimi dəyişib vətəndaşları aldatmaqla milyarder olan, bu zənginlikləri ilə məhkəmələrə nəinki təsir etmək, onları əşya kimi almış olliqarxlar təsir edirlər. Bir söz silahım var. Onu əlimdən fiziki valığım varkən heç kim ala bilməz!
Diqqətinizə görə minnətdaram.

Xatirə Quliyeva
2-ci qrup əlil
Fəlsəfə elmləri doktoru


Qeyd: Mən Giyaslı Group MMC-nin saxtakarlığından, dələduzluğundan, həmçinin Nərimanov rayon məhkəməsinin bizim haqlı İddiamıza qanunlardan kənar “baxışı”nın tərrüatları haqqında
"O VƏKİLİ TAPIN VƏ ... I HİSSƏ” (https://teref.az/manset/293557-o-vekili-tapin-ve-i-hisse.html); O VƏKİLİ TAPIN VƏ ... II HİSSƏ” ( https:// teref.az/manset/293558-o-vekili-tapin-ve-ii-hisse.html]);“Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova Açıq Məktub: "Xahiş edirəm bu dələduzluğun qarşısını alın..." (https://teref.az/manset/294523-mehkeme-ekspertiza-merkezinin-reisi-elcin-qasimova-aciq-mektub.html) media yazılarımda, iCTİMAİ tv, REAKSİY tv kanallarında çıxışlarımda bəhs etmişəm.
Mümkünsə nəzər yetirin.
Bu gün, 11:22
AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır
Bu gün, 11:20
Diyetoloq suyu başqa içki ilə əvəz etməklə bağlı fikirlərini bildirib
3-05-2024, 15:34
İçərişəhərə giriş məhdudlaşdırılacaq
3-05-2024, 15:29
Qəhvənin bilinməyən faydaları
2-05-2024, 15:06
MEK-də Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi keçirilir
2-05-2024, 10:43
Düzgün nəfəs almaq arıqlamağa kömək edə bilər
2-05-2024, 10:41
Su, yuxu və idman arıqlamağınıza kömək edəcək vərdişlərdir
29-04-2024, 11:16
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 11:12
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 10:37
Sümük bulyonu arıqlamağa kömək edir
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031