II HİSSƏ
---
Oxunub: 58
1 sen 2023 | 14:18









Xatirə Quliyeva
2-ci qrup əlil
fəlsəfə elmləri doktoru

AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ SƏDRİ CƏNAB ANAR BAĞIROVA

Şikayət Ərizəsi
II HİSSƏ




AR Vəkillər kolegiyasının üzvü Abuzər Səfərov Azərbaycan qanunvericiyinin İddia ərizəmizdə göstərdiyim maddələrinə ( lokonik desəm, AR Konstitutsiyası -13-cü və 29-cu maddələr; AR MM-in 144.1; 213-cü, 215.1-ci, 329; 329.2. ən əsas 337.1., 337.2. və 337.4-ci maddələri, habelə 340.1 və s.) əsaslanıb qarşı tərəfi qanunları pozmaqda ittiham edib, hakimdən ədalətli baxış və qərar tələb etməli idi. Lakin vəkil Abuzər Səfərov nəinki savadlı, vicdanlı vəkil kimi bu dediklərimi “hayqırmadı”, bizi bir kəlmə Söz ilə belə müdafiə etmədi. Qaçdı ! Vicdandan, Haqq-Ədalətdən qaçdı!..
İkinci hazırlıq iclasına kimi mən vəkil Abuzərə Səfərova qarşı tərəfin vəkili Rövşən Səfərovun əvvəlki iclasda üstümə hücum edib 40 ilin şəffaf fəaliyyətə malik alimini – xalqın Ulu öndərinin tədqiqatçısını dələduz sifətində qələmə verərkən göstərdiyi sənədləri Şirkətin İqtasadiyyat nazirliyinə yazdığı Cavab məktubu ilə təkzib etdiyimi ona bildirdiyim, sənədləri ona göndərdiyim halda Kollegiyanızın üzvü, Seymur adlı əməkdaşınızın ciddi-cəhdlə müdafiə etdiyi vəkil Abuzər Səfərov bizi bu Məktubdakı tutarlı faktlarla müdafiə etməli olduğu halda o ikinci məhkəmə hazırlıq iclasında yenə susdu! Qaçdı həqiqətləri deməkdən! Qarşı tərəfin vəkilinin saxta sənədlərlə ritorik çıxışına meydan vermək üçün qaçdı aldığı Etibarnə ilə vəkil statusundan! Ödənişini qəbul etdiyi Müqavilə haqqını qaçışı ilə haram tikə kimi uddu!

Hətta susması az imiz kimi vəkil Abuzər Səfərov bizim əleyhimizə həm hərəkət etdi, həm danışdı. Beləki, mən Müqavilədəki imzanın mənə aid olmaması və buna görə imzamım ekspertiza edilməsi barədə Vəsatət vermişdim. İşin gedişatında məhkəmədən əvvəl müraciət etdiyim Nizami rayon prokurorluğunun baş müstəntiqi olduğunu deyən İlham adlı şəxsin mənə üç dəfə zəng edib İmzamın yoxlanılmasını təkdindən, hətta məhkəməyə müraciət etdiyimi bildirib prokurorluğun dələduzlara cəza istəmək ərizəmdən şifahi və həm də yazılı imtina etdikdə baş müstəntiqin mənə daha 2 dəfə eyni məzmunda hələ üstəlik evimə gəlib imza nümunələrini götürmək istəməsi qədər ifrat marağından və həmçinin məhkəmədə qarşı tərəfin vəkili Rövşən Səfərovun eynilə mənim imzalarımın ekspertiza edilməsinə israr etdiyindən, hakimin də ona tərəf olduğundan (hakimin Qərardad da qarşı tərəfin vəkilinin bunu xahiş – tələb etdiyini ört-basdır edib, “etiraz etmədiyini” yazması da yanılmadığımı təsdiq etdi) şübhələnib Azərbaycan Respublikası MPM-nin 20.2.1-ci maddəsindən çıxış edərək qanuna müvafiq surətdə Vəsatətimi geri götürmək, işə mahiyyəti üzrə baxılmasını istədiyimi hakim Mehriban Əfəndizadəyə bildirdim. Saymadı. Əslində 5 dəqiqəlik olmalı məhəmə Hazırlıq iclasında 5 dəqiqəlik fasilə elan edib çıxdı.
Bu zaman vəkil Abuzər Səfərov başımın üstündə dayanaraq mənə İmzalarımı çəkməyim üçün əvvəl təsir, sonra məni cinayətkarı bəzi müstəntiqlər necə imzalamağa məcbur edərlər, məni də o eləcə təhdidlə məcbur etdi. 1991-ci ildə sağ əlim biləydən kəsilib.3 barmağımın vətəri qaçdığı üçün daim əziyyət çəkmişəm. 2014-cü ildə Şəki şəhərində istirahətdə olarkən həmin əlim və barmaqlarım bir taksinin qapısında qalıb sağ qolum çiynimə kimi şişib, göyərib. Üstümə həkim briqadası gəlib. Bakıya döndükdən sonra həkimə müraciət etmişəm. Respublika Travmatologiya institutuna göndəriş veriblər orda professor T.Qafarov müayinə edib və xahiş-minnətsiz mənə 3-cü qrrup əlil dərəcəsi veriblər. 2016-cı ildə Nizami rayonunda 60 saylı avtobus körpüyə çırpılıb, 12 sərnişin o cümlədən mən ağır xəsarət almışam. Maşından huşsuz çıxdığım, bədənimdə 8 kəsik-deşik tikişləri olduğu üçün məni cinayət işinə az-ağır xəsarət alan kimi qəbul ediblər. Sonra da sol ayağımda sinir sümüyünün üstündəki geniş yıtıqlı kəsiyə, ayaqlarımın parez vəziyyətinə və əsaslardan (alim üçün dəhşətdir!) ən önəmlisi sağ qolumun dirsək hissəsində dərin kəsik, baş barmağımın ətinin əzilməsi (ətinin itməsi) dəlilləri ilə mənə 2-ci qrup əlil dərəcəsi verilib. 2019-cu ildə noyabr ayının 6-da paralic keçirmişəm. Udar Sağ tərəfimi vurdu. İndi heç bircə qələmi də əlimdə tuta bilmirəm. Sağ əlimlə qətiyyən yazı yaza bilmirəm. Bütün irili-xırdalı yazılarımı komputerdə (notbookda) sol əlin 1 barmağı ilə yazıram. Beləcə vicdanlı vəkil bu ciddi faktlara söykənib mənə 5 səhifə zədəli qolumla İmzalarımı çəkdirməzdi! Hətta o, mən təkrar-təkrar “Abuzər müəllim çiynim ağrıyır dedikcə, o az qalıb, daha iki sıra çək”- deyirdi.



Bu da inanıb Müqavilə bağladığım vəkilin bir hərəkəti: mən “Vəkililimiz” Abuzər Səfərova bu qarşı tərəfi müdafə edən prokurorluğun müstəntiqinin, hakimin marağı ilə edilir, çəkmirəm!”- dedikdə o bədahətən cinayətkar cinayətinin üstünü açar aaa, elə - (Allahın mənə köməyi idi!..) prokurorluqda işləmiş olduğunu dedi. Əks halda mən onun vəkillikdən əvvəl harada işlədiyini bilə bilməzdim.
Bundan başqa rəhbərlik etdiyiniz Vəkillər kollegiyasının üzvü – vəkil Abuzər Səfərova mən mənə məcburən İmzalatdırdığı Vərəqləri göstərib “Çəkdirdiniz, ancaq mən hakimə göstərib vəsatətdən imtina edəcəyəm”-, dedikdə o, dərhal vərəqləri əlimdən alıb məhkəmə katibinə verdi. Hakim də qapıda gözləyirmiş kimi elə o andaca içəri keçdi. Yerinə oturan kimi qarşı tərəfin vəkili Rövşən Səfərovub üzünə baxıb güldü. O da ona gülüşlə cavab verdikdə mən hakimə bu “sevincli gülüşlərini” gördüyümü bildirdim, səbəbini soruşdum. Vəkililimiz Abuzər Səfərov bu vəziyyətdə də susdu. Qaçağan vəkilin üzünə baxdım. Mimikasına diqqət etdim. Ağır əməliyyadan çıxmış cərrak qədər rahat görünürdü. Doğrudan da hakimin, qarşı tərəfin, müstəntiqin təsir edib saxtakarlıq etdirəcəkləri hansısa ekspert üçün dəlil, özləri üçün böyük gəlir əldə edəcəkləri belə böyük İşi bu vəkil yerinə yetirmişdi. Dabanının savadına malik olmayan, ləyaqətinin 1 faizini daşımayan – haram qazancla yaşayan vəkil 40 ilin aliminin başı üzərində cinayətkar başı üzərində dayanıb ona iradəsinin ziddinə İMZALARINI yazdırmışdı. Onu tapsaz soruşarsız, qanunlar vəkillik və vəkillər haqqında espublika qanununda belə bir prinsip var? AR Vəkillər Kollegiyasının Əsasnaməsində Etibarnamə almış vəkilin 1 sözlə belə müdafiə etmədiyi müvəkkilinin Bayazdırmaq hüququ göstərilib?! Vəsatəti verən mən, İddianı yazan, müdafiə edən mən əlimdən İmza vərəqlərimi alıcı quş kimi alan Kollegiya –vəkillər ailəsi üzvünüz nə haqla – nə üzlə vəkil statusu daşıyır?! Bizim ölkənin Giyaslı Gourup MMC rəhbərləri, Mehriban Əfəndizadə kimi hakimləri, Abuzər Səfərov, Rövşən Səfərov kimi vəkillər bilməz, ictimaiyyət üçün gətirirəm bu misalı. Allahımız buyurub: Ey qulum, sənə zinanı belə bağılaram, yalançı şahidliyi və qadın haqqını yeməyi bağışlamaram! İnşallah,-müsəlmanın qibləsidir! O qiblədən cəzanı gözləyirəm. Siz tapa bilməsəz, Qibhə sahibi Qaçağan vəkil Abuzər Səfərovu tapar və cəzasını verər, inşallah!
Vəkillər kollegiyanızın üzvü – vəkil Abuzər Səfərovun digər bir hərəkətini diqqətinizə çatdırıram. Beləki, bizi müdfiə etməli olduğunu böyük ehtimal ki, zəngin qarşı tərəflə əlaqəyə girib unutmuş vəkil Abuzər Səfərov bizi müdfiə etməsi (ayaqlarında günahı olsun) qalsın hətta əksinə mən son qüvvəmi toplayıb onun əvəzindən qanun maddələri ilə İddiamızı müdafiə, qarşı tərəfin saxta sənədlərini ifşa etdikdə onların vəkili Rövşən Səfərovu müdafiəyə keçərək “o sənin nəvən yaşındadır”- dedi. Bəli mən yaşlıyam. Mən 61 yaşlı sözün hərfi mənasında tanınmış alim-ziyalıyam. Üstəlik 2-ci qrup əlil, həm də şəkər xəstəsiyəm. BƏS NƏVƏM YAŞINDA OLAN VƏKİL MƏNİM ÜSTÜMƏ SAXTA SƏNƏDLƏRLƏ HÜCUM EDƏNDƏ, MƏNİ SAVADSIZ, DƏLƏDUZ QƏLƏMƏ VERƏNDƏ VƏKİL ABUZƏR SƏFƏROV NİYƏ ONA “O SƏNİN NƏNƏN YAŞINDADIR, - DEMƏDİ?! Ona görə ona satılmış deyirəm! İddia ərizəsi, Vəsatət, Qərardaddan şikayət yaza bilmir, eybi yox. Mən yazmışam! İşi əskik, üzü qara olduğu üçün 1 sözlə belə etibarnəsini aldığı, pul alıb Müqavilə bağladığı qadınların dolu tutarlı dəlillərini ifadə, müdafiə etmir, cəhənnəmə! Heç olmasa qarşı tırıfin soyad adaşı vəkilini müdafə edən çıxış etməsin! Məhz bu və bu kimi hərəkət və sözlərinə görə mən ona satılmış deyirəm! Qarşı tərəfin vəkili saxta sənədləri müdafiə etmək üçün dəridən-qabıqdan çıxır, bu isə əlində daşı əridəcək sübutlar, əsaslanacağı ciddi qanu maddəələri olduğu halda susur, zəngin dələduzların müdafiəçisi rolunda çıxış edir. Buna deyərlər, “dərə sakit, tülki bəy- hakim zəngin dələduzların tərəfində, iddiaçılar yaşlı qadınlar, əlində xəstə, xəstəxanaya yatmağa gedən iddiaçını aldadıb qol çəkdirdiyi Allah bilə nə məzmunda ərizə, ya məktub,hələ nəyinsə müqabilində onu, müdir vəkili canla-başla müdafiə edən Seymur adlı şah məmur(!) kim ona imzalatdığı Müqaviləyə zidd gedən hərəkətlərinə görə “gözün üstdə qaşın var!”-deyə bilər ki?! Təcrübəsi ona bu fəaliyyət qaydalarına adət etdirib. Bu məqamda deyim ki, bu xalqın onlarla savadlı, vicdanlı hüquqşünası Vəkillər Kollegiyasının üzvü ola bilmir.Amma hüquqqunu müdafiə edəcəyinə dair Müqavilə bağlamış, amma ilk gündən xəyanət yolu tutmuş - qadın haqqı yeyən bu Qaçağan vəkil, Vəkillər kollegiyası üzvü bir azdan haqqında bəhs edəcəyim digər - Səfərov soyadlı digər üzlü və onlar kimilər Vəkillər Kollegiyasının üzvüdürlər...
Bunlar bəlkə azdır, əvəla edirəm: vəkil Abuzər Səfərov Nərimanov rayon məhkəməsinin hakimi Mehriban Əfəndizadənin saatlarla çəkən hazırlıq iclasının ikincisinin bitməyinə az qalmış qarşı tərəfin yanında olduğunu tam ifadə edərək mənə “Siz heç xəstə deyilsiz”- dedi. Niyə? Danışırsız- dedi. Həəə... Gərək onun kimi mən, iddiaçı da mənə saxtakar deyəydilər danışmayaydım, əhkəməyə saxta sənədləri təqdim edəndə, hücum tipində oturduğum stolun lap yanına gəlib dələduzluğu göstərəndə etibarnamə ilə işdə iştirak edən bu Qaçağan, vicdansız vəkil kimi təkzib etməyəydim, lal olub susaydım. Belə də Abuzər Səfərov məni xəstə hesab edərdi! Stop!.. Mən sənin kimi saxtakar deyiləm, ey haramla yaşayan xarakterik vəkilcik! Həm də sənə öz sağlamlığımı arzuladım. Bu gün də çox istərdim ki, mənim kimi “sağlam olasan!”.
Onu da qeyd edim ki, 1-ci hazırlıq iclasından sonra bu Səfərov soyadlı vəkillər məhkəmə binasından təxminən 20 dəqiqə sonra birlikdə çıxdılar.
Həmçinin Abuzər Səfərovun bizi zaldan kənarda dəstəkləyib iclas otağında birmənalı surətdə Rövşən Səfərova tərəf olması onlarınqohum olduqları təəssüratı yaradır. İkincisi onlar zahirən bir-birlərinə oxşayırlar. Böyük Fərqləri yaş və bir azacıq hündürlükdədir. İkincisi, onların ata adlarının da iki addan ibarət olması məndə onların Azərbaycanın əsasən iki regionundan olmaları – deməli qohumluq əlaqələrinin olması ehtimalını doğurur. Yəni bu qədər bənzəyişvə uyğunluq təsadüfi ola bilməz. Yeni dünyagörüşünə görə təsadüf yoxdur. Ən doğru nəticələr Ehtimallarla müəyyən olunur. Vəkillər kollegiyası onların tərcümeyi-hallarını açıqlasa ehtimalımız səhvdi – düzdü bilərik...
... İndi isə Giyaslı Group MMC-nin bizim vəkillə bir almanın yarısı vəkili Rövşən Hətəmoğlu Həsənovun Vəkillik və Vəkillər haqqında qanuna əks hərəkətləri barədə.
Beləki, o 5 iyulda keçiriləcək hazırlıq iclasında mənim təkzib edə bilməməyim üçün bir neçə saxta sənədi 4 iyul gecə saatlrında yükləyib. Bizim iddia ərizəsini mənasız bir ştrixlə geri qaytaran hakimə maraqlı olduğu üçün Rövşən Səfərovun yüklədiyi saxta sənədlərlə bizi tanış etmədən qəbul etdi və təhlil etdi. Rövşən Səfərov savadsızdır! Ancaq o nə dedi, hakim hökm kimi qəbul etdi. Bu öz yerinddə...
Əsas məsələ, Müqavilənin tərəflərdən biri narazı olduqda etibarsız sayıldığına dair Azərbaycan dövlətinin qanun maddələrini mən saxta sənədlərlə çıxış edən, hətta mənim üstümə - oturduğum yerə hücum edən AR Vəkillər Kollegiyasının üzvü Rövşən Səfərova mən AR Konstitutsiyası -13-cü və 29-cu maddələr; AR MM-in 144.1; 213-cü, 215.1-ci, 329; 329.2. ən əsas 337.1., 337.2. və 337.4-ci maddələri, habelə 340.1 və s. maddələri sadaladıqda o, hakimin də eşitdiyi yüksək səslə, mən bu qanunları bilmirəm – dedi .




Hörmətli Vəkillər Kollegiyası sədri Rövşən Səfərova dediyim sözləri eynilə Sizə də deyirəm: Azərbaycan Qanunlarını bilməyən və ya qazancına görə bilmək istəməyən şəxs niyə Vəkil fəaliyyəti göstərir?! Dövlətimiz hüquqi dövlətdir. Millətimiz savadlı millətdir. Saysız-hesabsız ləyaqətli, savadlı hüquqşünaslar biz xalqı məhkəmələrdə müdafiə edə bilər, nə əsasla Qanunlarımızı bilməyən Rövşən Səfərov vəkil işləyir, hətta Vəkillər Kollegiyasının üzvüdür?! Deyərsiz ondan şikayət yoxdur! Nə qədər ki, Abuzər, Elxan kimi vəkilləri Seymur adlı işçiniz ciddi-cəhdlə müdafiə edir, Sizin vəkillərdən şikayətlərdən xəbəriniz olmayacaq! Bir də mənə maraqlıdır, əcəba AR Vəkillər Kollegiyasından kənarlaşdırılan, vəkillik fəliyyəti qadağan edilən vəkillər nə kimi qanunsuzluqlarına görə cəzalanıblar?! Abuzər Səfərov, Rövşən Səfərov onlarla müqayisədə hansı kiyfiyyətlərinə görə şəffavdırlar?!
Mən hakimə ikinci hazırlıq iclasında Giyasli Gourup MMC-nin AR iqtisadiyyat nazirliyinə 25 aprel 2023-cü il tarixli məktubunu təqdim edib vəkil Rövşən Səfərovun məhkəməyə saxta sənədlər təqdim etdiyini sübut edərkən dedim ki, buyurun, qarşınızdakı vəkil üçün ölçü götürün! “Mən dələduz deyləm! Dələduz təmsil etdiyi Şirkətdir!”- dedim. Hakim dedi ki, vəkildi, təmsil etdiyi tərəfi müdfə edir.. Dedim qanun vəkilə saxta sənədlərlə müdafiə etmək hüququ verir?! Hakim Susdu! Tərəfində olduğu zəngin tərəfin vəkilinə 1 kəlmə söz demədi! Həmin vaxt Etibarnaməmizi alan etibarsız vəkil Abuzər Səfərov da susdu. Axı ləyaqəti olan vəkil heç olmasa bu məqamda – müvəkkilim düz deyir, nazirliyə yazdıqları doğrudursa bu nə saxta böhtanlar atırsan, -deməliydi.
Beləki, Rövşən Səfərov üstümə hücum edib az qala gözümə soxmaq istəyirdi o sənədi ki, guya Şirkət mənə obyekt üçün 1 illik aylıq 800 manatdan əlavə pul ödəyib.Nazirrliyə yazdıqları məktubda, nazirliyin mənə onların məktubuna əsaslanıb yazdığı 10-22 may tarixli məktublarda mənə məhkəmədə bildirdiyim kimi şikət mənə 1 illik aylıq 800 manatdan əlavə bir qəpikdə ödəməyib.
Bu fakt da vəkil Rövşən Səfərovun vəkil statusunun şəffavlıq və hüquqi dəlil prinsiplərinə tüpürdüyünü təsdiq edir. Hakim niyə susurdu başdan-başa saxtakar bu vəkilə, çünki daimi olaraq onlarla “işləyir”. Bir növ bu tip vəkillər dəllallıq edir, o cür hkimlərdə onlardan faydalanır. Belə olanda qanun da, ədalət də, Allahın halqlı qulları da 0 mahiyyətində bir heç olur. Amma məntiqsiz, mənəviyyatsız bu təbəqə bilmir ki, 0-la milyardlar – çox sonsuz güc əmələ gəlir! Biz 0-lar da yenilməz orduyuq. Olsun yerdə hələki pərakəndəyik, Amma əsl hökm sahibinin nəzərindən iraq deyil bizim ordu! Bir Ah yetər ki, haramla haqqı taptalayanlar elə ölkəmizin prezidentinin diqqətini cəlb etsinlər. Arzu edirəm ki, mənim bu Şikayətim yetsin ölkə rəhbərimizə!
AR Vəkillər Kollegiyasının üzvü – “saxta sənədlər ustası” vəkil Rövşən Səfərov birinci məhkəmə hazırlıq(((:) iclasında yazdığım İddia ərizəsini əlinə alıb məni göstərərk hakimə dedi ki, “bu adam özünü savadlı qələmə verir, ancaq özü-özüne təkzib edir!” Əvvəla o hardan bilirdi ki, iddia ərizəsini mən yazmışam?! İkincisi Vəkil Abuzər Səfərov təkzibim var idisə bunu mənə niyə deməmişdi?!Digər tərəfdən belə bir məsələyə görə iddiaçılazrla birlikdə vəkilə söz çatır! Ancaq mən bilirdim ki, mənim öz-özümü təkzib etməyim, mümkün deyil! Ona görə də saxtakarların saxtakarı vəkil Rövşən Səfərovdan dediyini fakt olaraq sübut etməsini tələb etdim. Yalan danışdığı, şablon atmaca atdığı cavab verə bilməməsi ilə təsdiqləndi. Belə vəkil olar?! Əgər bu vəkil hələ yaxşı vəkildirsə, xalqıma rəhmim gəldi!..
Hakim hazırlıq iclası olsa da işə baxırdı və mənim müqavilə adlandırdıqları, mənim imzalamadığım tamam saxta sənəddəki müddəaları təkzib etməyimə Rövşən Səfərovdan cavab istədi. O da hakimin tərəfində olmasına arxayınlıqla “yoxdu, düz deyir, o sənədlər yoxdu”-dedi. Aha! Müqaviləyə olması tələb olunan sənədlər yazılmışsənədlər yoxdursa bu da natariusda təsdiqlənməmiş bu cəfəngiyyatın etibarsızlığını təsdiq edir. Ancaq çox təəssüf ki, nə hakim nə halal maaşımdan verib müqavilə bağladığım vəkil - əslində milli mentalitetimizin dəyərli adını layiq olmadan daşıyan vəkil Abuzər Səfərov susdular!

Beləliklə, cənab Anar Bağırov! Sizə üçüncü dəfə başında dayandığınız Vəkillər ailəsinin üzvlərindən 3-cü dəfə şikayət edirəm. İlk növbədə Seymur adlı cinayətkar və imansız bu vəkillərinizi canla-başla müdafiə edən Seymur adlı səlahiyyətlinizə başa salın ki, vətəndaşların şikayət etmək konstitutsiya hüququdur. Elə biri bu cür Əsaslı faktlarla vətəndaş onlarla vəkildən şikayət etməyə haqlıdır. Ona anladın ki, vətəndaş – biri mən alim işimi- gücümü atıb taptalanmış haqqımı müdafiə etmək üçün müqavilə bağladığım – mənə xidmət etmək qalsın, əksinə mənə təzyiq, təsir etmiş, mənə Qərardadları verməyən, mənim istəyimlə Şikayət yazmayan, bununla mənim qanunsuz qərarları qəbul etdiyimi məqsədli surətdə əsaslandıran, telefon zənglərimə, mesajlrıma cavab verməyən, hələ ağır xəstəlik vəziyyətimdə, nəfəs ala bilməmədiyimdən istifadə edərək (ordan xəstəxanaya yatmağa getdim!) “bacımdan, qardaşınam” deyib hansısa ərizəyə qol çəkdirdirən – Məhkəmə hazırlıq iclasında iradəmin ziddinə gedərək İmzalarımı çəkdirən və sonra da fiziki gücü ilə vərəqəri əlimdən alıb məhkəmə katibinə verdikdən sonra qaçan, qaçan yox olan Etibarnamə verdiyim, Pul verib Müqavilə bağladığım Vəkil Abuzər Səfərovdan şikayət etməyim nə edim?! Seymur dedi ki, artıq 4-cü vəkildir, narazısız! Əvvəla hardan bilir?! Xahiş edirəm, saysın narazı olduğum 4 vəkili!..Mən bir Elxan vəkildən şikayət etmişəm.Deməli, Seymur Kollegiyanızda şikayətlər üzrə vəkildir və heç ola bilməz ki, belə vəkilləri havayı müdafiə etsin!
Bütün bunları yazaraq xahiş edirəm ki, yazdığım Şikayəti Seymur və ya digər işçinizə verməyib, özünüz oxuyasız, o vəkili tapasız və ona Vəkillik və Vəkillər haqqında qanunun, Vəkillər Kollegiyasının tələblərini xatırladarsız, xatırlatmağa lüzum görməzsiz, Sizin səlahiyyətinizə aiddir. Əsas məsələ mənimlə bağladığı Müqavilə şərtlərinə əməl etmədiyi – məndən aldığı Etibarnəyə etibarsızlıq edərək haqlı məhkəmə işimizdə əleyhimizə hərəkətlərə yol verdiyi üçün onu cəzalandırın! Ona aramızdakı Müqavilə, Etibarnamə qüvvədə olduğu halda Qərardadı bizə verməyə, Qərardaddan şikayət yazmağa borcludur?! Əks halda o mənimlə ona görə müqavilə bağlayıb ki, qarşı tərəfə deyib, faydalansın?! Soruşun ondan, Etibarnaməyə müvafiq nə edib?! 1 kəlmə söz ilə belə bizi müdafiə etməyib, qanunun tərəfində olmayıbsa o buna görə məsuliyyət daşıyır və onu məsuliyyətə cəlb edin.Nə qədər olar, vətəndaşlara etibarsızlıq etmək?! Nə ədər olar dəllalıq etmək?!
Eləcə də mən bu qanunları bilmirəm deyən, saxta sənədlərlə qarşı tərəfi müdafiə edərkən üstümə hücum edən Rövşən Səfərovu cəzalandırın. Mən ona Azərbaycan dövlətinin qanunlarını sadalayırdım. Əgər o bizim qanunları bilmirsə vəkil fəaliyyəti göstərməməlidir. Onun ucbatından müalicə alıb sağaldığım halda yenidən səhhətim pisləşib. Mən olar kimi aldatmaqla – haram fəaliyyətlə yaşamıram. Gözlərimin nuruyla zehnimlə xalqımın təfəkkürünə maddi maraqsız xidmət edirəm. Yaradıcılığımı sərgiləmək marağım yoxdur. Sizdən xahişim o vətəndaşı, xüsusən qadınları aldadıb qaçan vəkili tapmağınız və cəzzlanmdırmağınızdır!..


Bu gün, 11:24
Şuşada 33 il sonra ilk zəng çalınıb
Bu gün, 11:11
MEK-də “Bilik Günü” adlı sərgi açılıb
13-09-2024, 11:12
Avtobus və metro üçün yeni KART YARADILIR: Gediş haqqı daha UCUZ OLACAQ - AÇIQLAMA
11-09-2024, 11:16
Azərbaycan “Antalya Yörük Türkmən Festivalı”nda milli təqdimat edəcək
11-09-2024, 11:12
Hər gün 1 stəkan için
11-09-2024, 11:07
Akademik Nərgiz Axundovanın yubileyi münasibəti ilə beynəlxalq elmi konfrans keçirilib
10-09-2024, 11:17
Emin Əmrullayev: Hazırda elmin inkişafı üzrə dövlət proqramı üzərində işlənilir
10-09-2024, 10:33
Aloe bitkisinin biomorfoloji xüsusiyyətləri və faydaları
6-09-2024, 12:28
DAHİLƏRİN ÖMRÜ UZUN OLUR. O DA 100 İLİN CİVARINDA YAŞADI..
6-09-2024, 11:01
Dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatından yeddi il ötür
5-09-2024, 11:44
AR DTX-nın diqqətinə: AYDIN ƏLİ-ZADƏNİN ERMƏNİ ARTUR MİKAİLYANLA DİALOQU
5-09-2024, 11:26
AMEA-da “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransı işə başlayıb
5-09-2024, 10:58
Bakı və Abşeronda güclü külək əsib - FAKTİKİ HAVA
14-07-2024, 22:58
Heydər Əliyev və Azərbaycanda akademik elm sahələrinin inkişafı (1970-1980-ci illər)
27-06-2024, 09:51
Azərbaycanın iki boksçusu Avropa birinciliyində bürünc medalı təmin edib
27-06-2024, 09:44
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
21-06-2024, 10:34
Ququş haqqında yeni sənədli film təqdim olunub
21-06-2024, 10:27
Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək uzanan tarixi yol
20-06-2024, 09:40
Prezidentin adından saxta müraciətlər: şəbəkə ifşa olundu
20-06-2024, 09:33
Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - Detallar
20-06-2024, 09:28
Ərdoğan Putinlə görüşə hazırlaşır: masada nələr var?
19-06-2024, 15:53
Azərbaycanlı zəvvarların səhhəti necədir? - AÇIQLAMA
19-06-2024, 15:47
Bakıda doğum evinin yaxınlığında baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
19-06-2024, 15:35
O ERMƏNİ VİKİPEDİYASINDA TƏBLİĞ OLUNUR
18-06-2024, 15:11
AZƏRBAYCAN DÖVLƏTİNİ VƏ XALQINI ONİLLƏR BOYU TƏHQİR EDƏN, ERMƏNİNİ BİZİMLƏ MÜQAYİSƏDƏ UCA TUTAN
16-06-2024, 17:58
II HİSSƏ. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
15-06-2024, 21:26
Azərbaycan Xalqının Böyük Oğlu
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30