Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
Elm və təhsil
Oxunub: 395
8 apr 2024 | 10:43

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsi ilə birgə Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş “Füzuli və İslam dəyərləri” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyi haqqında imzaladığı sərəncamı diqqətə çatdıraraq bildirib ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsinin aparıcı məsləhətçisi Səyyad Babakişiyevin “Füzuli və islam dəyərləri” mövzusunda məruzəsi dinlənilib. O, qeyd edib ki, Füzuli sənət dünyasında günəş kimi parlayıb, əsrlər boyu Azərbaycan və Yaxış Şərq şeirinin inkişaf yolunu işıqlandırmışdır. Qızılın sərrafı zərgər, mərcanın sərrafı qəvvas, sözün sərrafı isə Füzulidir. O, söz sənətinin mahir bir rəssamı, həm də söz xəzinəsinin qüdrətli bir hakimidir. Füzulini islam dəyərlərindən və Qurandan ayrı təsəvvür etmək mümkün deyildir. Məruzə ətrafında müzakirələrdə ziyalı Qorxmaz Atakişiyev, şair-qəzəlxan Tofiq Həsənli, Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıxov, Aşağı Nüvədi qəsəbə məscidinin imamı Asəf Axundov, Kənarmeşə kənd Bağıroba məscidinin imamı Nadir Nabatov, Mərkəzin Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov çıxış edərək Füzuli yaradıcılığı haqqında mülahizələrini bildiriblər. Tükəvilə kənd məscidinin imam müavini Famil Nəhmətov dahi şairin “Vətənimdir” qəzəlini muğam üstündə ifa edib.

Elmi seminarda iştirak edən Lənkəran Dövlət Universitetinin tələbələrindən Sevinc Əlizadə, Zəhra Qədirova və Kənan Bağırzadənin sualları cavablandırılıb.

Seminarı yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədova, onun kollektivinə və tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.




mənbə;www.science.gov.az
Bu gün, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
Bu gün, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
Bu gün, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
Bu gün, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
Bu gün, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Bu gün, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
Bu gün, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
Bu gün, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
Bu gün, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Dünən, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Dünən, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Dünən, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Dünən, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Dünən, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Dünən, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dünən, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Dünən, 10:46
Birjalarda neft bahalaşıb
Dünən, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Dünən, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Dünən, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Dünən, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Dünən, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30