Tarix İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində elmi konfrans keçirilib
Elm və təhsil
Oxunub: 210
17 noy 2023 | 10:29

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində Əliyevşünaslıq və Dünya tarixi şöbələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi dünya arenasında” adlı elmi konfransı keçirilib.

Öncə institutun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev çıxış edərək qeyd edib ki, cənab Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. İ.Niftəliyev Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. İ.Niftəliyev bildirib ki, Kremldə işlədiyi dövrdə Heydər Əliyevin ən mühüm fəaliyyət istiqamətlərindən biri beynəlxalq işlər olmuşdur. Ölkə daxilində xarici siyasət aksiyalarında iştirak etməklə yanaşı, Andropov, Çernenko və Qorbaçovun dövründə Heydər Əliyev tez-tez xarici səfərlərdə Sovet nümayəndə heyətlərinə rəhbərlik edirdi. Bu səfərlər zamanı Heydər Əliyev özünü bacarıqlı diplomat kimi göstərirdi. Bundan əlavə, Heydər Əliyev Sovet hökumətində xarici işlər naziri, mədəniyyət naziri, təhsil naziri və s. olmasına baxmayaraq, ölkə daxilində Qərbi Avropa, sosialist düşərgəsi və üçüncü dünya ölkələrinin dövlət xadimlərini qəbul edirdi, həmin ölkələrlə siyasi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayırdı. Heydər Əliyev Siyasi Büroda SSRİ-nin xarici siyasətinin şərq istiqamətinə nəzarət edirdi. Heydər Əliyev müxtəlif vaxtlarda Vyetnam, Suriya, Şimali Koreya, Laos və Anqolaya gedən dövlət nümayəndə heyətlərinə rəhbərlik etmişdir.

Daha sonra Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov “Heydər Əliyev: Dünya siyasətində iz qoymuş dahi lider” adlı məruzə ilə çıxış edib.Ə.Qasımov qeyd edib ki, Azərbaycan xalqının bəxti onda gətirib ki, tanrı onun qismətinə dünyanın ən güclü şəxsiyyətlərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevi bəxş edib. Heydər Əliyev istər totalitar sovet rejiminin sərt qadağaları çərçivəsində, istərsə də müstəqil Azərbaycan dövlətinin ağır sınqalarla üzləşdiyi bir şəraitdə Ümummilli Lider kimi özünü göstərərək bu ada layiq olduğunu, xalqın yaddaşında əbədi qalmaq hüququ qazanmışdı.

Fəaliyyət göstərdiyi bütün dövrlərdə o, üzərinə götürdüyü missiyanı şərəflə daşımış, xalqının ən çətin və bəzi hallarda çıxılmaz vəziyyətlərdən xilas etmişdir.

1982-ci ildə Ulu Öndərin Sovet Siyasi Bürosuna seçilməsini bir çox xarici kütləvi informasiya vasitələri və analtikləri əslində çox təbii və qanunauyğun bir hadisə kimi qarşıladılar. Heydər Əliyev yeni vəzifəsində də qeyri-adi keyfiyyətlərini göstərə bilmiş, o vaxt sovet sistemi daxilində ayrı-ayrı sahələrdə həyata keçirilmiş islahatların təşəbbüskarı və icraçısı olmuşdur. Həmin dövrdə bir sıra dünya kütləvi informasiya vasitələrində Heydər Əliyevin fəaliyyəti təqdir edilir və o, sovet dövlətinin ən bacarıqlı rəhbərindən biri kimi qiymətləndirilirdi.

1993-cü ildən sonra Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə göstərdiyi çoxşaxəli fəaliyyət, müstəqil dövlətin xilası üçün atdığı addımlar dünya siyasətşünaslığının mühüm səhifəsini təşkil edir.

Heydər Əliyevin dünya şöhrətli siyasətçi kimi səciyyələndirən əsas cəhətlərdən biri də öz fəaliyyətində təkcə Azərbaycan deyil, eləcədə regional və dünya (qlobal) problemlərini gündəmə gətirməsi və həllinə çağırması olmuşdu. Bu baxımdan onun beynəlxalq dövlətlərarası dialoq məsələləri ilə bağlı fikirləri bu gün də dünyanın bir çox regionlarında amansız müharibələrin qızışdığı bir dövrdə öz aktuallığını qoruyub saxlamaqdadır.

Heydər Əliyevi dünya siyasətçisi kimi səciyyələndirən digər mühüm amil onun beynəlxalq iqtisadi münasibətlər sisteminin inkişafı istiqamətində atdığı addımlardır. O, prezidentliyinin ilk günlərindən başlayaraq qarşılıqlı iqtisadi münasibətlərin inkişaf etdirilməsi, dünyanın aparıcı dövlətləri, transmilli şirkətləri ilə əlaqələrin yaradılması, Azərbaycana xarici investisiyaların cəlb edilməsi ilə bağlı genişmiqyaslı təşəbbüs və layihələrin icrasına nail olmuşdur. Bütün bunlar Heydər Əliyevin ümumdünya iqtisadi fikrinin ən parlaq simalarından biri olmasının təcəssümüdür.

Tədbirdə Tarix İnstitutunun Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova “ Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizəsi” adlı məruzə ilə çıxış edib. Natiq edib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə dövlətin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiya edilməsi idi.

Ölkəmizin gələcək xarici siyasətinin istiqamətlərini müəyyən edərək Heydər Əliyev aşağıdakı istiqamətləri müəyyənləşdirmişdir: “Vəzifəmız bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq və inkişaf etdirmək, onlardan həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, həm də dövlətlərarası münasibətlərin inkişafı üçün səmərəli istifadə etməkdir... Bununla yanaşı, biz xarici siyasət imkanlarından istifadə edərək, nəyin bahasına olursa-olsun, respublikanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü təmin etməyə çalışacağıq. Hesab edirəm ki, bundan sonra görülən işlər Azərbaycanın daha geniş şəkildə tanınmasına şərait yaradacaq və respublika dünya birliyində öz layiqli yerini tutacaqdır”.

Prezidentin xarici siyasət doktrinasında Qarabağ münaqişəsinin sülh yolu ilə həlli problemi xüsusi yer tuturdu. Ulu Öndər bu məsələnin mahiyyətinə beynəlxalq hüquq kontekstində baxılmasına çağırırdı, həmin hüququn həyata keçirilməsində isə ikili standartlar siyasəti nəticəsində böyük əngəllər meydana çıxırdı.

Ümummilli Lider Heydər Əliyev, həmçinin Azərbaycanın dünya birliyi tərəfindən tanınmasını, beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, ölkəmizin milli-mənəvi dəyərlərini, mədəniyyətini və incəsənətini təbliğ etmək məqsədilə mötəbər qurumlara üzv olmaq istəyini dövlətimizin xarici siyasəti qarşısında duran başlıca vəzifələrindən biri kimi müəyyən etmişdir. Bu fəaliyyət sayəsində beynəlxalq əlaqələr ilbəil genişlənir və möhkəmlənirdi, Azərbaycan BMT, ATƏT, NATO və İƏT kimi 55 müsəlman ölkəsini birləşdirən təşkilatlarla əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdi.

Konfransda Tarix İnstitutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Dağlıq Qarabağ problemi Heydər Əliyevin xarici siyasətinin prioritet məsələsi kimi”, Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Heydər Əliyev diplomatiyasının dönüş mərhələsi: Lissabon sammiti”, Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Heydər Əliyev və dünya azərbaycanlılarının təşkilatlanması”, Dünya tarixi şöbəsinin elmi işçisi Nigar Camalova “Almaniya Azərbaycan əlaqələrində Heydər Əliyev dövrü: Qarabağ probleminin həlli məsələləri”, Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Heydər Əliyevin Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmasında rolu”, Dünya tarixi şöbəsinin elmi işçisi Ruhəngiz Soltanova “Heydər Əliyevin Nizami Gəncəvi irsinin dünyada təbliğində rolu”, Dünya tarixi şöbəsinin elmi işçisi Sənubər Həsənova “Heydər Əliyev və Xəzərin enerji potensialının mənimsənilməsi” adlı məruzələrlə çıxış edərək müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıblar.


mənbə; www.science.gov.az
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930