5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib

Təbrikdə deyilir:
“Müasir Azərbaycanda könüllülük hərəkatının yüksəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra könüllülük sahəsində əsl inkişaf başlayaraq dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq sahəsində insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb və bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə yüksək diqqət və qayğısı, fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı, “ASAN” könüllülük hərəkatı ilə də könüllülərin dövlət orqanlarının fəaliyyətinə cəlb edilməsi kimi böyük məktəb yarandı. Xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Belə tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.
Könüllülük gənclərimizin həyat tərzinə çevrilərək bir çox fəaliyyət sahələrinə nüfuz edib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşlü gənclərin kitabxana fəaliyyətinə cəlb edilməsi ilə bu elm məbədinin əhatə dairəsinin genişlənməsinə şərait yaradıb, maraqlı və genişmiqyaslı tədbirlərin keçirilməsində, eləcə də kitabxananın həyata keçirdiyi sosial və kreativ yönümlü layihələrdə yaxından iştirakını təmin edib. AMEA prezidentinin dəstəyi ilə Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun 24 iyun 2024-cü il tarixli əmrinə əsasən Azərbaycan kitabxana məkanında ilk dəfə olaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “MEK könüllüləri” fəaliyyətə başlayıb.
AMEA-da ilk dəfə könüllü hərəkatı məhz Mərkəzi Elmi Kitabxanada yarandı və bir neçə aydır ki, könüllülər kitabxana işi sahəsində praktiki bilikləri mənimsəyir, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşır, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak edirlər.
Beynəlxalq Könüllülər Günü münasibətilə bütün könüllüləri, o cümlədən Mərkəzi Elmi Kitabxananın könüllülərini təbrik edir, işlərində uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik
5 dekabr 2024-cü il”
mənbə; www.science.gov.az saytına istinad
Bu gün, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
Bu gün, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
Bu gün, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
Bu gün, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
Bu gün, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
Bu gün, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
Bu gün, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
Bu gün, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
Bu gün, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
Bu gün, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
Bu gün, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir
Bu gün, 12:20
BDYPİ bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Bu gün, 12:18
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
Dünən, 13:02
Birləşmiş Ştatların sutkalıq neft hasilatı 14 milyon bareli keçib
Dünən, 13:01
Pakistan “ASAN xidmət” mərkəzləri şəbəkəsini genişləndirmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirir
Dünən, 13:00
“Azərişıq”da Özbəkistanın energetikləri üçün növbəti təlim olub
Dünən, 12:58
Sahib Ələkbərov: 2027-ci ilin qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən edilib
Dünən, 12:57
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib
Dünən, 12:55
Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək
Dünən, 12:54
Səudiyyə Ərəbistanı Suriyaya 403 milyon dollardan çox güzəştli kredit ayırıb
Dünən, 12:53
ABŞ-nin neft ehtiyatları azalır
Dünən, 12:51
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb
Dünən, 12:43
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Dünən, 12:41
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
4-11-2026, 11:14
Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
4-11-2026, 11:12
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
4-11-2026, 11:09
Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan