“Azərişıq”da Özbəkistanın energetikləri üçün növbəti təlim olub

“Azərişıq” ASC Özbəkistan Respublikasının Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimlərinin keçirilməsinə davam edir. Səhmdar Cəmiyyətin mütəxəssislərinin iştirakı ilə “35-110 kV-luq paylayıcı elektrik şəbəkələrin elektrik avadanlıqlarının qəza və normal iş rejimlərində istismarı, təmiri və əməliyyat çevirmələri” mövzusunda növbəti təlim kursu təşkil olunub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, peşəkar təlim proqramı Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində baş tutub. Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaratmaqdır.
Energetiklər təlim müddətində nəzəri biliklərini artırmaqla yanaşı, həm də real elektrik avadanlıqları və müvafiq təlim qurğularından istifadə etməklə praktiki tapşırıqları yerinə yetiriblər. Beləliklə, onlar əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq edərək peşə bacarıqlarını inkişaf etdiriblər.
Təlimlər başa çatdıqdan sonra iştirakçıların proqram üzrə hazırlıq səviyyəsi qiymətləndirilib. Sonda müdavimlərə “Azərişıq” ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunub.
Bu gün, 13:02
Birləşmiş Ştatların sutkalıq neft hasilatı 14 milyon bareli keçib
Bu gün, 13:01
Pakistan “ASAN xidmət” mərkəzləri şəbəkəsini genişləndirmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirir
Bu gün, 13:00
“Azərişıq”da Özbəkistanın energetikləri üçün növbəti təlim olub
Bu gün, 12:58
Sahib Ələkbərov: 2027-ci ilin qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən edilib
Bu gün, 12:57
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib
Bu gün, 12:55
Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək
Bu gün, 12:54
Səudiyyə Ərəbistanı Suriyaya 403 milyon dollardan çox güzəştli kredit ayırıb
Bu gün, 12:53
ABŞ-nin neft ehtiyatları azalır
Bu gün, 12:51
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb
Bu gün, 12:43
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Bu gün, 12:41
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
Dünən, 11:14
Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
Dünən, 11:12
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
Dünən, 11:09
Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan
Dünən, 11:07
Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın
Dünən, 11:05
Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
Dünən, 11:04
Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq
Dünən, 11:03
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Dünən, 11:02
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Dünən, 11:01
Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb
Dünən, 10:59
“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq
Dünən, 10:57
Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 işə başlayıb
3-11-2026, 14:13
Azərbaycan Kubokunda qayda pozuntularına görə qərarlar verilib
3-11-2026, 14:12
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
3-11-2026, 12:33
Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb
3-11-2026, 12:32
Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib
3-11-2026, 12:21
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir