AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!


Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
AMEA Mətbuat xidmətinin
AAK-a guya müdaxilə ilə bağlı məlumaatına kimi məsələnin məğzi - tarixçi alimin statusunu oxuyub "bunun mümkünsüzlüyü" ilə bağlı Facebook sosial şəbəkəsinin əsas səhifəsində reaksiya vermişdim. Obyektivlikdən çıxış edərək qeyd etmək istəyirəm ki, Facebookda status paylaşmaq, nə məzmunda paylaşmaq hesab sahibinin işidir. Bu paylaşım yüksək intellktual və hüquq mahiyyətində də ola bilər, əksinə də.
Bu barəsində söhbət gedən status da 1 alimə aiddir. narazı qaldığı bir məsələni sosial şəbəkə dostları ilə paylaşıb. onun məzmunda ad çəkməməsindən bəlli olur ki, o, məsələni şişirtək və ya ictimailəşdirmək istəməyb.Ona qanunsuz hadisəni işıqlandırmaq maraqlı olub.
Ancaq AMEA mətbuat xidmətinin məlumatında da vurğulandığı kimi Sosial şəbəkələrdə, (həmçinin saytlarda ) AMEA rəhbərliyinin əvvəllər dissertasiya işi müdafiə edib, təsdiqini almayan əməkdaşlar haqqında yenidən müraciət etməsi barədə məlumalar yayılmışdır.
Media resurslarının ümdə vəzifəsi məlumatı dəqiqləşdirdikdən sona yaymaqdır. Təəssüf ki, bizim ölkədə bu tendensiya donmuş vəziyyətdədir. Necə deyərlər onlar yalan, iftira yaymaqdan çörəklərini çıxarırlar. Məsələn, elə özümdən deyim ermənilərin xeyrinə, dövlətimizin əleyhinə işləyən - mənim onlarla ciddi tənqidi məqalədə iç üzünü açdığım - ifşa etdiyim iki familiya ilə yaşayan və fəsliyyət göstərən Aydın ƏLİ-zadə məni verdiyi məhkəmələri uduzur, ancaq qeyri-milli xarakterlə yalandan sosial şəbəkələrdə hətta mediada yayır ki, "məhkəmələri uddum". Media orqanlarına bu "nəyəgörəsə" çox maraqlı gəlir və məlumatı yoxlamadan yayıblar.Sonra media mənim onu şöbədən çıxarmağımın ciddi əsası olan - erməni mövqeyindən illik Plan işi verməsini məqsədli surətdə gizlətməklə, aadiləşdirməklə, onu paka çıxartmaqla yanlış məlumat yayır ki, guya mən onu 1-cə məqaləyə görə şöbədən kənarlaşdırmışam. Bundan başqa mən sözün hərfi mənasında layiq olduğum halda professor dərəcəsi almaq üçün heç 2 cümlələlik ərizəni yazıb verməmişəm. Mən hara Ali-Zadə hara?!
Mən Aydın Əli-Zadənin 11 fevral 2023-cü ildə elə bu saytda "AAK-a saxtakarlıqla professor adı üçün tövsiyyə olunmasını ciddi arqumentlərlə tənqid etmişəm. Ancaq ölkədə reket jurnalistikadan ötə dələduz mediası formalaşdıran bəzi sayt rəhbərləri məqsədli şəkildə mənim professorluğa saxtakarlıqla tövsiyyə olunduğumu yazıblar. Onların borcu idi məlumatı dəqiqləşdirmək, Ancaq əksinə mən onlara bildirdiyim halda belə məlumatlarını düzəltməyiblər...
Beləcə, "bizim" media dünyada çoxçeşidli məlumatlar bankı olduğu halda qalmaqallı mövzularla gündəmdə qalır, reytinq toplayır, hlə pul qazanır.
Bu məsələdə məni narahat edən məsələ, bəzi maraqlı tərəflərin AMEA-nın milli təfəkkürün göz bəbəbyi olduğunu unudub qəsdən mənfi rəy formalaşdırmaq meylidir. Gəlin açıq danışaq. Beləki, ictimaiyyət də bilir ki, AMEA- da "x"- la "y" bir-biri ilə yola getmir. "Ailənin başçısı" odun üstünə su tökmək əvəzinə nöyüt tökür. Yoxsa ki, 5 dəqiqəyə alovu söndürmək olar. Yoxx, elə bu məsələdəki kimi, "x"-in intetesinə toxunacaq bu məsələni böyüklər "eşitdirməsə" o hardan biləcək?! Axı faktdır ki, onunla böyüklər arasında çin səddi var!.. Deməli, eşitdiriblər ki, "bomba partlayıb!"...
Sonra böyüklər məgər bilmirlər ki, bu məsələ cinayət tərkiblidir?! Bəs niyə "dobro" mahiyyətində danışırlar ki, gur səsləri yayılır?!
Beləcə, "od olmasa tüstü çıxa bilməz"! O zaman "x" yox, tüstünü çıxarandır günahkar!
İkincisi, AMEA-da Audit Palatası ciddi korrupsiya üzə çıxarıb. Düz əməlli bunu analiz edib bir doğru-dürüst fikir bildirilmir. Korrupsiya ilə müqayisədə bu adİ məsələdir.
Bu məqamda bir məsələni vurğulamaq istəyirəm. Beləki 39 il AMEA fəaliyyətim müddətində mən bir neçə AMEA prezidenti tanımışam. Hətta mən müəyyən müddət AMEA RH-də də işləmişəm. Bundan çıxış edib deyə bilərəm ki, AMEA mətbuat xidmətinin bu məlumatını oxuyanda fikrimdən "o" prezidentlər keçdi!. Nə mənada? O mənadakı onların heç biri bu adsız-ünvansız statusa və ondan qaynaqlanan mənasız media yazılarına əhəmiyyət verməzdilər. Hələ demirəm ki, hüquqi məsuliyyət məsələsini bəlkə qabardanı da olardı...

Həə, bu məlumat AMEA-nın indiki prezidenti akdemik İsa Həbibbəylinin səmimiliyini, hər bir alimə həssas münasibətini nümayş etdirir. Həm də İsa Həbibbəyli köhnə "kişilər" təbiətində sülhü - tolerantlığı çox sevir. Sevir də deyəndə bu keyfiyyətlər onun xarakterinin ifadəsidir. Mən də hərdən narazı qalıram ki, AMEA prezidenti niyə bu qədər tolerantdır. Ancaq əksi də heç qəbul edilən deyil. Allah Səbr buyurub, biz alimlərik, işimiz elmi tədqiqatdır, - müasir anlamla da zaman hər şeyi öz axarına qoyur! Bu baxımdan AMEA prezidenti İsa Həbibbəylinin o tolerantlığı da, bu səmimi reaksiyası da qəbul ediləndir.
Bir məsələ də var ki, "ayının min oyunu bir armudun üstündədir". Yəni AMEA haqqında nöqtə boyda nöqsan yazılan olan kimi vəssalam, fil eləyib başlayırlar bağlanacaq" küləkləri əsdirməyə... Niyə, nəyə görə?!
AMEA Azərbaycan xalqının təfəkkür məbədidir. "Çoxları" çıxaq., "azlar" bu məbədi canlarını fəda edib, gözlərinin nuru ilə işıqlandırırlar. Ölkədə onlarla qurum var ki, fəaliyyətlərində nöqsanlar "tonlarladır". Ancaq heç onlar bağlanmır. Elə teatrları götürək. Doğurdanmı teatrlar xalqa, tarixə yüksək səviyyədə xidmət göstərirlər?! Əlbəttə AMEA ilə meqayisə oluna bilməzlər... Amma Teatrlar bağlanmırlar, Aktyorlara dəyər verilir. Ev verirlər onlara hətta şəhərin mərkəzində. AMEA isə hər il "bağlanır"... 3
39 ildir 1 vərəqlik qiymət görmədən əsl vətəndaş kimi xidmət edirəm. AMEA mənim üçün müqəddəs məbəddir. Mənim kimi də yüzlərlə alim üçün ömürdür, həyatdır AMEA! Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR! Biz ordakı fəsadları da yaxşı bilirik. Nurun, işığın xətrinə hətta "ağartmaqdan"vaz keçrik! Heç kimin haqqı yoxdur bizim GÖZBƏBƏYİMİZİ zədələsin!
Bir atalar sözümüz var: "Güvəndiyimiz dağlara qar yağanda çulumuzu götürüb gedərik başqa dağlara..". Düzü hər dəfə AMEA-nı "qorxudanda" istəyirəm bütün əsl alimlər, əsl elm fədailəri yığışıb çıxıb gedək "başqa dağlara"...
AMEA-nın nöqsanlarının "düzəldilməsinə" gəldikdə prezident İsa Həbibbəyli var qüvvəsi ilə bizim müqəddəs məbədi inkişaf etdirir. Dünyanın heç bir akademiyasında belə dinamik fəaliyyət yoxdur. Monolit varlıqdır AMEA. AMEA canlı orqanizmdir. Akademik İsa Həbibbəylinin prezident olması AMEA üçün elə bir həlledici hadisədir ki, bunu uzağı görməyi bacaranlar anlayar. Həm də ağsaqqal məfhumunun mənası nədirsə İsa Həbibbəyli ona tam uyğun şəxsiyyət ziyalıdır. Elmin inkişafı yolunu tutmuş hər alimin dostudur. Məsələn, tədqiqat institutlarında hər il onlarla kitab çap olunur. Nə gizlini elmi redaktorlar əksəriyyətlə kitabların içindən xəbərsiz olurlar. Amma İsa Həbibbəyli şəxsən mənim bu yaxınlarda çap olunacaq bir monoqrafiyamı 4 dəfə oxuyub. Düşünməyin ki, zəifdir bəlkə, ona görə. Xeyir monoqrafiya Ulu öndər Heydər Əliyev irsi istiqamətindədir. Bu baxımdan İsa müəllim 1 il içində 4 dəfə bu əsəri məsuliyyət hissi ilə, xüsusi olaraq diqqətlə oxuyub, redaktə edb və bundan sonra ön söz yazıb.
Ümumiyyətlə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli əsl elmə və əsl alimə qarşı həssas, diqqətli, qayğılıdır. Məsul vəzifələrdəki peşəkarlığının bir əsas meyarıdır məsuliyyət və tələbkarlıq.
AMEA-nın mətbuat xidmətinin Məlumatında münasibət bildirilən məsələ də bu baxımdan İsa Həbibbəylinin xarakterik "dəsti-xəttidir". O bununla həm geniş ictimaiyyətin, həm bir alimin haqlı etirazına münasibət bildirməklə doğurdan da həmin ağlasığmaz qanunsuzluğun AMEA-da yolverilməz olduğuna qətiyyətlə aydınlıq gətirib: "Rəsmi olaraq bildiririk ki, AMEA rəhbərliyi 2022-2024-cü illər ərzində əməkdaşların dissertasiya işinin bərpası və ya dissertasiya işinə yenidən baxılması ilə əlaqədar Ali Attestasiya Komissiyasına heç bir müraciət etməmişdir"(AMEA Mətbuat xidməti).
Belə bir mövqe AMEA prezidentinin vəzif məsuliyyəti ilə bərabər, vicdanlı, ədalətli ziyalı - şəxsiyyət olduğunu təsdiq edir.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||