AMEA-da Ümummilli Liderin şəxsiyyətinin miqyasını və missiyasını əhatə edən monoqrafiya hazırlanır

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Şəxsiyyətin miqyası və missiyası” monoqrafiyasının plan-prospekti və müəlliflər heyəti təsdiq edilib.


Məsələni diqqətə çatdıran AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ötən müddət ərzində AMEA-da çoxsaylı nəşrlər, kitablar, monoqrafiyalar, məqalələr, konfrans materialları dərc edilib, eləcə də “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” və “Heydər Əliyev və Əlyazmalar İnstitutu” adlı sənədli filmlər hazırlanır. Akademik bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı AMEA tərəfindən nəşri nəzərdə tutulan elmi əsərlərdən biri də “Şəxsiyyətin miqyası və missiyası” monoqrafiyasıdır: “Monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və çoxşaxəli ictimai-siyasi fəaliyyətinin müxtəlif aspektlərinə dair materialların – Heydər Əliyevin ömür salnaməsinin şərəfli səhifələri, onun görkəmli ictimai xadim olaraq dünya siyasi arenasında yeri və mövqeyi, dövlətçilik fəlsəfəsi, Azərbaycançılıq ideologiyasının formalaşmasında, elm və təhsilin, ədəbiyyatın və mədəniyyətin inkişafında xidmətləri, milli xarici siyasət modelinin müəyyənləşməsində fəaliyyəti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyəti və digər məsələlərin əks olunması nəzərdə tutulur. Monoqrafiyanın müəlliflər heyəti olaraq, uzun illər ərzində Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş, bu sahədə özünü təsdiq etmiş görkəmli Azərbaycan alimləri müəyyən edilmişdir”.


Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti tərəfindən “Azərbaycanın dünya miqyaslı görkəmli dövlət xadimi”, “Azərbaycançılıq ideologiyasının banisi”, “Azərbaycanın elm və təhsilinin böyük hamisi”, “Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət” və “Xarici siyasətin Heydər Əliyev modeli” fəsillərindən ibarət olmaqla monoqrafiyanın plan-prospekti və müəlliflər heyəti təsdiqlənib.


mənbə; www.science.gov.az
13-11-2026, 11:45
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13-11-2026, 11:43
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13-11-2026, 11:42
Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək
13-11-2026, 11:40
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
13-11-2026, 11:37
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
13-11-2026, 11:35
Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
13-11-2026, 11:33
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
13-11-2026, 11:31
Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq
13-11-2026, 11:20
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
13-11-2026, 11:18
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
12-11-2026, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
12-11-2026, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
12-11-2026, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
12-11-2026, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
12-11-2026, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
12-11-2026, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
12-11-2026, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
12-11-2026, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
12-11-2026, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
11-11-2026, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11-11-2026, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
11-11-2026, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
11-11-2026, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
11-11-2026, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
11-11-2026, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
11-11-2026, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
11-11-2026, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib