AMEA-da “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatı olub
Elm və təhsil
Oxunub: 298
16 may 2023 | 11:24

Mayın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdən öncə MEK-in foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda da təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. AMEA-da Ulu Öndərin yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər haqqında məlumat verən akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyətinin bu kimi tədbirlərlə Ümummilli Lider qarşısında mənəvi borclarını yerinə yetirdiklərini deyib. O, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq AMEA-da 30-dan çox elmi, elmi-publisistik, bədii əsərlərin nəşrinin planlaşdırıldığını qeyd edərək, onlardan 21-nin artıq işıq üzü gördüyünü diqqətə çatdırıb.

Hazırda ölkəmizdə “HeydərƏliyevşünaslıq” adlı elmi istiqamətin formalaşdığını deyən akademik İsa Həbibbəyli Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması üçün əhəmiyyətli işlərin görüldüyünü, elmi-populyar nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu vurğulayıb. Qeyd edib ki, bu il ərzində çap olunmuş kitablar, keçirilən konfranslar Ulu Öndərin həyatının, yorulmaz fəaliyyətinin, ideallarının fonunda müstəqillik uğrunda aparılan mübarizənin ən aktual məsələlərindən biridir.

Akademiya prezidenti AMEA-nın müxbir üzvü Misir Mərdanovun son 20 illik dövr ərzində Heydər Əliyevə və onun epoxasına həsr olunmuş çoxsaylı kitablar ərsəyə gətirdiyini bildirib, “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının əsas xüsusiyyətləri haqqında məlumat verib. Akademik İsa Həbibbəyli bildirib ki, Misir Mərdanovun yeni kitabında qoyulmuş məsələlərin bir çoxu alimin daha əvvəllər nəşr olunmuş kitablarında ayrı-ayrı istiqamətlər kimi təqdim olunmuşdur.

“Hesab edirəm ki, Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabı çoxillik ənənəsi olan Azərbaycan HeydərƏliyevşünaslığına çox qiymətli bir töhfədir”, - deyən akademik İsa Həbibbəyli kitabın elmi tədqiqatlar, elmi dəyərləndirmələr, ideyalar, həyat müşahidələri əsasında tərtib olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Misir Mərdanovun Ulu Öndərin şəxsiyyətinə, ideallarına olan xüsusi ehtiramı sanballı bir əsərin meydana çıxmasının əsas səbəblərindən biridir.

AMEA rəhbəri əlavə edib ki, bu kitab Ümummilli Liderin müstəqillik uğrunda mübarizəsini, müstəqillik əldə etmək üçün keçdiyi çətin yolu əyani şəkildə görmək üçün əhəmiyyətli mənbədir. Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Misir Mərdanovun kitabda öz müşahidələri əsasında yeni faktları, simaları və əhvalatları, eləcə də hadisə iştirakçılarının fikirlərini təqdim etdiyini vurğulayıb və əsəri yüksək qiymətləndirib.


Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək "Heydər Əliyev İli"ndə Prezident İlham Əliyevin Ulu Öndərin 100 illik yubileyini məhz tarixi zəfərimizin tacı olan Şuşada qeyd etməsinin, oradan xalqa müraciət etməsinin əhəmiyyətinə toxunub.

O, Heydər Əliyev haqqında yazılmış əsərlər arasında bu görkəmli şəxsiyyəti şəxsən tanıyan, onunla yaxından təmasda olanların təqdim etdiyi faktların tarixi həqiqətlərin gələcək nəsillərə dəqiqliklə ötürülməsi baxımından önəmini qeyd edib.

Xalq yazıçısı Anar kitabda Heydər Əliyevin obrazı ilə yanaşı, onunla işləyən insanların müsbət və mənfi keyfiyyətlərinin də əks olunduğunu diqqətə çatdırıb. O, mənəvi dəyərlərin qorunub saxlanılmasına hər zaman böyük diqqət ayıran Ümummilli Liderin bugünkü Azərbaycanın modelini yaratdığını vurğulayıb, kitabı yüksək dəyərləndirib.

Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Yeni Azərbaycan Partiyasının (YAP) Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasəti barədə danışıblar. Bildirilib ki, uzun və gərgin əməyin məhsulu olan kitabda hadisələr zəncirvari şəkildə bir-birini tamamlayır. Yeni nəşrdə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin mənəvi obrazı yaradılıb.

Sonda kitabın müəllifi AMEA-nın müxbir üzvü Misir Mərdanov Ulu Öndər Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşüb. O, kitabın məziyyətləri haqqında danışaraq, nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

istinad www.science.gov.az
Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031