Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
İqtisadiyyat
Oxunub: 8
26 okt 2026 | 12:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində tədbirlər davam edir.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu dəfə Abşeronda işəgötürənlər üçün təşkil olunan maarifləndirmə tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların nümayəndələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də Abşeron-Xızı regionunda fəaliyyət göstərən 50 müəssisənin təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı əmək qanunvericiliyi sahəsində son illərdə həyata keçirilən islahatlar, Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə məlumat verilib. Həmçinin Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə göstərdiyi xidmətlər və Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) qoşulması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

İştirakçılar qadınların əmək hüquqlarının təmin edilməsi və əmək münasibətlərində gender bərabərliyi prinsipinin qorunması barədə məlumatlandırılıblar. İşə qəbul, əmək şəraitinin müəyyən edilməsi, əməkhaqqının ödənilməsi, vəzifə bölgüsü və karyera yüksəlişi zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi vurğulanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Məmmədova çıxışında “Gender bərabərliyi”, “Bərabər imkanlar” və “Cinsi mənsubiyyətə görə ayrı-seçkilik” anlayışlarına aydınlıq gətirib. Bildirilib ki, gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyini, bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını və onların cəmiyyətdə bərabər sosial vəziyyətini ifadə edir. Bərabər imkanlar insan hüquqlarının həyata keçirilməsi üçün qadın və kişilərə bərabər şərait və təminatların yaradılmasını, cinsi mənsubiyyətə görə ayrı-seçkilik isə cinsi əlamətə əsasən hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən hər hansı fərq, istisna və ya üstünlüyü nəzərdə tutur.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu gün, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
Bu gün, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
Bu gün, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Bu gün, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
Bu gün, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
Bu gün, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Bu gün, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
Bu gün, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Bu gün, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
Bu gün, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
Bu gün, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
Bu gün, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Bu gün, 11:54
Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”
Bu gün, 11:52
Bank sektorunun xarici öhdəlikləri azalıb
Bu gün, 11:51
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
Bu gün, 11:46
Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var
Bu gün, 11:24
Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb
Bu gün, 11:22
Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb
Bu gün, 11:20
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Bu gün, 11:19
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
Dünən, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Dünən, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Dünən, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Dünən, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Dünən, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Dünən, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Dünən, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031