Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Dunya
Oxunub: 11
27 okt 2026 | 12:18

Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. Uğurlu xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi dövlətimizin beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Artıq ölkəmiz nəinki Cənubi Qafqazda yeni reallıqlar yaradıb, eyni zamanda, müxtəlif təşəbbüsləri və mövqeyi ilə dünyanın diqqət mərkəzinə çevrilib. Bu baxımdan, Azərbaycanın Avropa məkanı üçün önəmi də getdikcə artmaqdadır. Niderlandın xarici işlər naziri Tom Berendsenin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir. Oktyabrın 26-da Niderland Krallığının xarici işlər nazirinin qəbul edən Prezident İlham Əliyev bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib. Tom Berendsen isə əməkdaşlığın inkişafında maraqlı olduqlarını və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Deputat bildirib ki, bu səfər iki ölkə arasındakı münasibətlərin müsbət dinamikasını göstərir. İki dövlətin siyasət, diplomatiya, iqtisadiyyat və investisiya sahələrində davamlı tərəfdaşlıq iradəsi ortadadır. Digər tərəfdən, Niderland tərəfinin Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin qurulmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirməsi xüsusi vurğulanmalıdır. Bu, o deməkdir ki, Avropanın mühüm siyasi mərkəzləri də regional sülhün memarının məhz Azərbaycan olduğunu təsdiqləyirlər. Amsterdamın rəsmi mövqeyi regional sabitliyin təkcə Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün kritik əhəmiyyət daşıdığını vurğulayır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, həm də Orta Dəhliz layihəsi vasitəsilə qitənin nəqliyyat və qlobal təhlükəsizlik xəritəsində əvəzedilməz tərəfdaşıdır.

“Təsadüfi deyil ki, qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən, Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. Bu fakt da ölkəmizin etibarlı, qlobal səviyyədə vacib logistik və humanitar qovşaq olduğunu bir daha təsdiqləyir. Niderland – Azərbaycan əlaqələri bütövlükdə Avropa İttifaqı üçün də əhəmiyyətlidir. Nəzərə alaq ki, Niderland Aİ-nin qurucu üzvlərindən biridir və ittifaq daxilində iqtisadi-siyasi çəkisi olan dövlətdir. Belə olan halda, Azərbaycan – Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir”, - deyə deputat S.Vəliyev əlavə edib.
Bu gün, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bu gün, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
Bu gün, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Bu gün, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Bu gün, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
Bu gün, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Bu gün, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Bu gün, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
Bu gün, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Bu gün, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
Bu gün, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Bu gün, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
Bu gün, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
Bu gün, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib
Bu gün, 11:59
Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
Dünən, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
Dünən, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
Dünən, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Dünən, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
Dünən, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
Dünən, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Dünən, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
Dünən, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Dünən, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
Dünən, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
Dünən, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
Dünən, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031