Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
Gündəm
Oxunub: 0
27 okt 2026 | 11:51

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası dələduzluq cinayətinə görə məhkum edilmiş şəxs barəsində zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş maddi ziyanın tam ödənilməsi hallarını nəzərə alaraq, azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasına dair qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, işin hallarına əsasən, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə üç nəfərin əmlakını ələ keçirməkdə ittiham olunub. Belə ki, o, yaxın münasibətdə olduğu qadının etibarından istifadə edərək maddi problemlərinin həlli məqsədilə ona məxsus qızıl-zinət əşyalarını girov qoymaq, sonradan isə geri qaytarmaq vədi verib. Lakin həmin əşyaları geri qaytarmayaraq zərərçəkmiş şəxsə ümumilikdə 57 min 600 manat məbləğində maddi ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən müdafiə tərəfi apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını xahiş edib. Apellyasiya baxışı zamanı isə alternativ olaraq zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş ziyanın tam ödənilməsi nəzərə alınmaqla cəzanın şərti tətbiq edilməsi istənilib.

Bakı Apellyasiya Məhkəməsi iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, birinci instansiya məhkəməsinin təqsirlilik barədə gəldiyi nəticəni əsaslı hesab edib. Bununla yanaşı, cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli olan hallara xüsusi diqqət yetirilib.

Müəyyən edilib ki, məhkum hər üç zərərçəkmiş şəxslə barışıq əldə edib və onlara vurulmuş maddi ziyanı tam həcmdə ödəyib. Zərərçəkmiş şəxslər notariat qaydasında təsdiqlənmiş ərizələrlə məhkumla barışdıqlarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsaslanaraq, zərərçəkmiş şəxslərlə barışığın əldə olunmasını və vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Həmçinin məhkumun əvvəllər məhkum edilməməsi, himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınıb.

Məhkəmə vurğulayıb ki, cinayət cəzasının məqsədi yalnız şəxsin cəzalandırılması deyil, həm də sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin olunub. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, məhkuma təyin edilmiş 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq olunub və barəsində 2 il sınaq müddəti müəyyən edilib.

Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunaraq, o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.
Bu gün, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
Bu gün, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
Bu gün, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Bu gün, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
Bu gün, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
Bu gün, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Bu gün, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
Bu gün, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Bu gün, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
Bu gün, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
Bu gün, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
Bu gün, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Bu gün, 11:54
Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”
Bu gün, 11:52
Bank sektorunun xarici öhdəlikləri azalıb
Bu gün, 11:51
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
Bu gün, 11:46
Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var
Bu gün, 11:24
Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb
Bu gün, 11:22
Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb
Bu gün, 11:20
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Bu gün, 11:19
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
Dünən, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Dünən, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Dünən, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Dünən, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Dünən, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Dünən, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Dünən, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031