Şərqi Zəngəzurun tarixi abidələri

Azərbaycanın tarixi torpaqlarından olan Zəngəzur mahalı tarixi abidələrlə zəngin bölgələrimizdən biridir. Bu abidələr minilliklər ərzində Zəngəzurun qədim Azərbaycan əraziləri olduğuna şahidlik edir. Əsasən dağlıq ərazi olan bu bölgədə qədim Daş dövrünə aid düşərgə, Tunc dövrünün qayaüstü təsvirləri, qəbir abidələri və yaşayış yerləri, Albaniya dövrünə aid məbədlər, yaşayış yerləri və qəbirlər, Orta əsrlərə aid yaşayış yerləri, qəbirüstü türbələr və s. tarixi-arxeoloji abidələr aşkar edilmişdir.
Rus-sovet imperiyası Zəngəzuru iki hissəyə bölmüş və bu qədim Azərbaycan diyarının qərb yarısı süni yaradılmış Ermənistan adlı qurumun tərkibinə verilmişdir. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazisindən ibarət Şərqi Zəngəzur isə Azərbaycan Respublikasının tərkibində qalmışdır. Şərqi Zəngəzur 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmışdır və bu onilliklər ərzində işğalçılar bölgənin kənd və şəhərlərini qarət etməklə yanaşı, xalqımıza məxsus tarixi yadigarları da məhv edirdilər. Bölgə Azərbaycanın alban irsi ilə zəngindir. Erməni vandalları alban xristian məbədlərini ya dağıdır, ya da onları təhrif edərək özününküləşdirməyə çalışırdılar. Dağıntılara kütləvi şəkildə məruz qalan İslam mədəniyyəti abidələri – məscidlər, qəbirüstü türbələr, epiqrafik yazılar idi. Bununla yanaşı, erməni “alimləri” bu zonadakı bəzi müsəlman abidələrini saxtakarlıqla “türkmən abidələri” kimi təqdim etməyə çalışırdılar. Məsələn, Orta Tunc dövrü ilə məşğul olan, saxtakarlığı ilə tanınan erməni arxeoloq A.Simonyan 2001-ci ildəki məqaləsində birdən-birə Orta əsrlərin İslam abidələri olan, Laçın rayonunun Cicimli kəndindəki Məlik Əjdər və Kar Kümbəz türbələrini Qaraqoyunlu sultanlarına məxsus türkmən abidələri kimi təqdim etmişdir. Arxeoloq Tarix Dostiyev öz məqaləsində erməni “aliminin” bu saxtakarlığını tutarlı faktlarla ifşa etmiş, onun cəfəng məqaləsinin elmdən uzaq olduğunu sübut etmişdir (Т.Достиев. Армянская агрессия и фальсификация истории культуры Азербайджана // İrs-Наследие. Москва: 2003, № 6). T.Dostiyev yazır ki, “A.Simonyan bu abidələri Ermənistan ərazisində yeni aşkar edilmiş abidələr kimi qələmə verir, bu türbələri XV əsrə aid edir, onların 6 künclü plana malik olduğunu yazır. Halbuki bu türbələr Azərbaycanın Laçın rayonu ərazisində yerləşir, onlar elmə hələ XX əsrin 30-cu illərindən məlumdur. Məlik Əjdər türbəsi XIII əsrə, Kar Kümbəz türbəsi isə XVII-XVIII əsrlərə aiddir, onlar 8 guşəli plana malikdirlər və onların Qaraqoyunlu sultanları ilə heç bir bağlılığı yoxdur”. Məqalədə erməni müəllifinin saxta əməlləri geniş təhlillərlə ifşa edilmişdir. Əlavə olaraq burada erməni “alimlərinə” təbii bir sual yaranır: əgər vaxtilə işğal zonasında olmuş İslam mədəniyyəti abidələrini türkmənlərə və ya farslara məxsus elan edirsinizsə, o zaman nəyə görə onları Azərbaycan abidələri kimi vəhşicəsinə dağıdırdınız?
Yeri gəlmişkən, Mədəniyyət Nazirliyi bu türbələrin bərpa və konservasiya işlərini ən yaxın perspektivdə icra etməsi bu abidələrin xilası üçün vacib addım olardı.
Füsunkar təbiətə malik Şərqi Zəngəzur tarixi-arxeoloji abidələrlə zəngindir. Bu bölgəyə daxil olan hər bir rayon ərazisində, xüsusilə də Araz çayı, onun qolu Həkəri çayı və mənbəyini Dəlidağdan götürən, şərq istiqamətinə – Kürə doğru axan Tərtər çayı vadilərində qədim tarixin müxtəlif mərhələlərinə aid abidələr aşkar edilmişdir. Bunlar qədim yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər, körpülər, məbədlər və s. tarixi abidələrdir. Lakin Şərqi Zəngəzur çoxsaylı abidələrin aşkar edilməsinə baxmayaraq, Azərbaycanın arxeoloji baxımdan ən zəif öyrənilmiş bölgəsidir. Görünür bu, ilk növbədə bölgənin mürəkkəb relyefi, çətin coğrafi şəraiti ilə bağlı olmuşdur. Buradakı abidələr əsasən keçən əsrin 70-80-ci illərində arxeoloqların apardıqları kəşfiyyat-axtarış işləri nəticəsində qeydə alınmışdır.
1976-cı ildə arxeoloq Qüdrət İsmayılzadə Tərtər çayının yuxarı axarı hövzəsində, Kəlbəcər rayonu ərazisində, Dəlidağın yamaclarında Tunc dövrünə aid qayaüstü təsvirlər aşkar etmişdir (Q.İsmayılov. Azərbaycanın yeni Qobustanı. Elm və həyat, 1977 №6). Rəsmlər dəniz səviyyəsindən 3000 metrədək yüksəklikdə yerləşən Zalxagöl, Qaragöl sahillərində, Ayı çınqılı, Pəri çınqılı, Taxta adlanan sahələrdə cəmləşmişdir. Bazalt daşları üzərində həkk edilmiş bu təsvirlərin mövzuları müxtəlifdir. Bunlar insanların, müxtəlif heyvanların, öküzlərin qoşulduğu arabaların və s. rəsmləridir. Burada dağ keçilərinin və maralların ovlanması səhnələrinə rast gəlinir.
Maraqlıdır ki, bu təsvirlərlə eyni ərazidə Tunc dövrünün əvvəllərinə – e.ə. III minilliyin başlanğıcına aid dairəvi planlı kompakt yaşayış yerinin qalıqları aşkar edilmişdir. Bir neçə ailə üçün nəzərdə tutulmuş və daş tikililərlə möhkəmləndirilmiş bu yaşayış yeri yaylaq maldarlığı təsərrüfatı üçün səciyyəvidir. Bütün bu qayaüstü təsvirlər, yaşayış yerinin qalıqları hələ 5 min il əvvəl bu yüksək dağlıq ərazilərin məskunlaşdığını sübut edir.
Dəlidağ təsvirləri, heç şübhəsiz, Qarabağın aran zonasının – Tərtər çayının aşağı axını hövzəsinin əkinçilik və maldarlıqla məşğul olan Tunc dövrü əhalisinin yay mövsümlərində yaylaqlara köç zamanı yaratdıqları mədəniyyətdir. Hələ İlk Tunc dövründə Qarabağın aran və dağlıq əraziləri, o cümlədən Zəngəzur dağları təsərrüfat və mədəni baxımdan bir-biri ilə sıx bağlı idilər. Eyni zamanda Dəlidağ, Qərbi Zəngəzur, Göyçə gölü hövzəsi və Ordubad rayonundakı Gəmiqaya rəsmləri eyni tarixi dövrə, eyni məzmuna malik olub, Kiçik Qafqazda Azərbaycanın vahid Tunc dövrü mədəniyyətinin tərkib hissələridir. Uzun müddətli işğaldan azad edildikdən sonra Dəlidağ zonasında geniş tədqiqatlar aparmaq, minlərlə qayaüstü təsvirləri qeydə almaq üçün geniş imkanlar yaranmışdır. Belə təsvirlərin Dəlidağın Laçın rayonu istiqamətindəki yamaclarında da aşkar ediləcəyi istisna deyildir.
Keçən əsrin 80-ci illərində arxeoloq Mənsur Mənsurov kəşfiyyat işləri zamanı Kəlbəcər rayonunun Zar kəndi yaxınlığındakı mağarada Orta Paleolit dövrünün son və Üst Paleolit dövrünün başlanğıc mərhələsinə aid düşərgə aşkar etmişdir. Mağaranın giriş hissəsinin tavanı uçmuşdur. Arxeoloq bilavasitə mağaranın girişində yoxlama qazıntısı aparmış, buradakı mədəni təbəqənin mövcudluğunu və onun xüsusiyyətini müəyyən etmişdir. Qazıntı nəticəsində ərazinin Paleolit dövrü insanlarının istifadə etdikləri müxtəlif tipli daş alətlər aşkar edilmişdir. Zar mağara düşərgəsi ilk növbədə ona görə mühüm elmi əhəmiyyətə malikdir ki, bu abidə Azərbaycan ərazisində qədim Daş dövrünün ən zəif öyrənilmiş Üst Paleolit mərhələsinə aid nadir abidələrdəndir. Bu düşərgənin gələcək tədqiqatları Azərbaycanın ən qədim tarixinin tədqiqatlarındakı müəyyən boşluğu doldurmağa imkan verəcəkdir.
İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı arxeoloji araşdırmaların aparılması, abidələrin qeydiyyata alınması, onların məlumat bazasının sistemləşdirilməsi tədqiqatçıların qarşısında duran ən mühüm vəzifədir. Bölgədə aparılacaq tədqiqatlar tarixi dövrlər arasında bağlantılar, mədəni irsilik problemlərinin öyrənilməsini təmin edəcəkdir.
Nəcəf MÜSEYİBLİ,
Mətanət HÜSEYNOVA,
Seymur FƏRMANLI,
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Etnoarxeologiya şöbəsinin əməkdaşları
mənbə; www.science.gov.az saytına istinad
Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır