Məktəblərdə din tədris olunsun, olunmasın?..
Elm və təhsil
Oxunub: 241
18 yan 2023 | 13:09


Azərbaycanda dini təhsillə bağlı zaman-zaman müzakirlər gedir. Dini təhsilin verilməsini müdafiə edənlər olduğu kimi, buna qarşı çıxanlar da var. Onu dəstəkləyənlər dini təhsilin gənclərdə dinlərlə bağlı təsəvvür formalaşdıracağını müdafiə edir.

Bəs orta məktəblərdə dini təhsilin verilməsinə ehtiyac varmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təhsil ocaqlarında dinlər haqqında məlumat verilməsinə ehtiyac var:

“Azərbaycan cəmiyyətində bu mövzu geniş müzakirə olunur. Yanaşmalar fərqlidir. Mən əvvəl də demişdim ki, Azərbaycan məktəblərində dinlər haqqında məlumat verilməsinə ehtiyac var. Bu məsələ qaldırılanda bəzi insanlar məktəblərdə dini fənlərin tədris ediləcəyini güman edirlər. Xeyr, burada əsas hədəf və məqsəd gənclərə dinlər haqqında məlumat verməkdir. Bu məlumatlar ona görə verilməlidir ki, gənclərin zərərli təriqət və dinlərin mahiyyəti barədə təsəvvürləri formalaşsın”.

Deputatın sözlərinə görə, əks halda gənclər zərərli mənbələrə müraciət edirlər:

“Mən sosial şəbəkələri davamlı olaraq təhlil edirəm. Demək olar ki, bütün dinlər, təriqətlər sosial şəbəkələrdə fəal təbliğat aparırlar. Onların çox böyük izləyiciləri var. Biz gənclərə özümüz bu bilgiləri vermədikdə, onlar informasiyaları ayrı-ayrı, xüsusilə də zərərli mənbələrdən alırlar. Bu da bəzi gənclərin beyinlərinin zərərli fikir və təlimlərlə çirklənməsinə aparıb çıxarır”.

Millət vəkili vurğulayıb ki, sözügedən məsələ ilə bağlı geniş məlumatların verilməməsi acı nəticələrlə üzləşməyimizə səbəb ola bilər:


“Bu gün belə fikirlər səsləndirilir ki, məktəblərdə "Həyat bilgisi" dərsi keçirilir və orada verilən məlumatlar yetərlidir. Mənim fikrimcə isə əslində verilən bilgi yetərli deyil. Biz gənclərimizə daha geniş məlumat verməliyik. Biz bunu etməsək, onun acı nəticələri ilə birmənalı olaraq üz-üzə qalacağıq. Düşünürəm ki, bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Gec-tez bu məsələyə gələcəyik. Nə qədər ki, çox gənc yad düşüncə və ideologiyalarla zəhərlənməyib, biz sözügedən prosesə başlamalıyıq. Bu gün qəbul etsək də, etməsək də Azərbaycan cəmiyyətində xüsusən gənclər, yeniyetmələr arasında dindarlaşma prosesi olduqca sürətlə gedir. Əsas zərərli təriqətlərin, dinlərin haqqında məlumatlar verməliyik ki, onlarda immunitet formalaşsın. Hesab edirəm ki, bunun üçün bizim imkanlarımız var. Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Oranı bitirən gənclərimiz orta məktəblərdə bu fənləri tədris edə bilərlər. Biz bu işə pilot layihələrlə başlayıb prosesi yoxlaya, daha sonra digər istiqamətlərdə addımlarımızı ata bilərik”.
Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031