“Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub

“Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub.
"Report" xəbər verir ki, müsabiqənin əyani mərhələsinin “Qabiliyyət üzrə yoxlama” imtahanını uğurla keçmiş 1052 nəfər iştirakçıdan 332 nəfər yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Ümumilikdə Bakı üzrə 214, regionlar üzrə 118 nəfər iştirakçı yarımfinal mərhələsinə buraxılıb. Onlardan 280 nəfəri kişi, 52 nəfəri isə qadındır. Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının, iş prosesinin, o cümlədən, layihələrin idarə edilməsi bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır. Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib.
T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Nəticələrə əsasən maksimal T-bal 705, o cümlədən, keçid balı 540 təyin edilib. Qeyd edək ki, maksimal nəticə olan 705 T-balını cəmi 1 iştirakçı toplayıb.
Ötən ilin statistik nəticələrinə nəzər yetirdikdə onu deyə bilərik ki, ilk "Yüksəliş” müsabiqəsinin əyani mərhələnin keçid balı 533 T-bal olmuş və yarımfinal mərhələsinə 309 nəfər buraxılıb.
Yaxın günlərdə Yüksəliş müsabiqəsini yarımfinal mərhələsinin tarixləri açıqlanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə ikinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır