Baş Prokurorluğun əməkdaşlarına təlim keçirilib

Azərbaycanın Baş prokurorunun müvafiq Sərəncamına əsasən qurumun Elm-Tədris Mərkəzində Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyası və Bakı Dövlət Universiteti ilə birgə Baş Prokurorluğun Mətbuat Xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV ilə əlaqələrə görə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirilib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Cari ilin aprel ayının 12-dən 14-dək davam edən təlimin başlıca məqsədi - müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin nəzəri biliklərinin və peşə hazırlığının təkmilləşdirilməsi, sosial media ilə davranışın müasir tələblərə uyğunlaşdırılması, etik dəyərlərə arxalanan natiqlik qabiliyyətinin artırılması olub.
Dinləyici qismində 101 prokurorluq işçisi iştirak edən bu təlim üzrə tədris tədbirləri Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda qulluq keçən işçilər üçün Elm-Tədris Mərkəzinin inzibati binasında, digər ərazilərdə qulluq keçən işçilər üçün isə internet üzərindən “Zoom” proqramı vasitəsi ilə distant formada canlı vaxt rejimdə həyata keçirilib.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun işçiləri ilə yanaşı, Medianın İnkişafı Agentliyi və Ədliyyə Akademiyasının əməkdaşları, eləcə də Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti cəlb edilib.
Müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə, təlim çərçivəsində mühazirə, təqdimat və sair formalarda tədris edilən və xüsusi maraq doğuran məşğələlərin elektron mətni dinləyicilərə təqdim olunub.
“Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə mübadiləsi məqsədilə Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin üzvləri də bu tədbirdə müşahidəçi qismində iştirak ediblər.
Təlimin yekunu üzrə müzakirə zamanı dinləyicilər əldə etdikləri bilik və bacarıqlardan, media ilə ünsiyyətdə xüsusi əhəmiyyətli olan mövzuların peşəkarcasına tədrisindən məmnunluqlarını ifadə ediblər.




Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır