Sabahın tədqiqatçıları iki beynəlxalq müsabiqədə I dərəcəli diploma layiq görülüb

2021-2022-ci tədris ilində də icrası uğurla həyata keçirilən "Sabahın tədqiqatçıları" layihəsi AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığının müvəffəq davamıdır.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, layihə çərçivəsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 9 №-li tam orta məktəbin XI sinif şagirdi Səmayə Rəsulova "Vremya Znaniy" Ümumrusiya məktəbli olimpiadasında “Literatura” (Dünya ədəbiyyatı – XI sinif) istiqaməti üzrə, “Erudit” onlayn beynəlxalq müsabiqəsinin “Literatura i teoriya” mövzusu üzrə onlayn müsabiqələrin I dərəcəli diplom və medallarına layiq görülüb.
Əməkdaşımızın elmi rəhbərliyi ilə tədqiqat aparan daha bir Naxçıvan məktəblisi - 12 №-li tam orta məktəbin X sinif şagirdi Sabirə Seyidova isə “Erudit” onlayn beynəlxalq müsabiqəsinin "Favourite English" (“Söz birləşmələri və idiomlar” istiqaməti üzrə) I dərəcəli diplom və medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, şagirdlər mütəmadi olaraq elmi rəhbərləri ilə görüşərək əldə etdikləri araşdırmaların nəticələrini müzakirə edir, gələcək işlərlə bağlı məsləhətlər alırlar. "Müasir Naxçıvan ədəbiyyatında müharibə mövzulu əsərlərin dil-üslub xüsusiyyətləri" mövzusunda araşdırma aparan S.Rəsulova elmi rəhbəri ilə birlikdə mütəmadi olaraq bu mövzuda əsərlər yaradan yazarlarla müzakirələrdə iştirak edir.
Məktəblilərdə düzgün tədqiqat aparmaq bacarıqları formalaşdırdığına, uğurlu elmi rəhbərliyinə görə L.Səfərova hər iki müsabiqənin münsiflər heyəti tərəfindən diplom və medalla təltif olunub.

Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır