Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!
Elm və təhsil
Oxunub: 489
31 may 2021 | 13:22
Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!




Elə bir qüvvədir ki, addımında fəxarət,

Bu birliyin gücündə birləşibdi həqiqət,

Kökündə sədaqət var, canındadı ədalət,

Bir millət, iki dövlət – Azərbaycan, Türkiyə.

Bu birlikdədir qüdrət – Türkiyə, Azərbaycan.


Bu şeirdə qeyd olunduğu kimi dostluq elə bir qüvvədir ki,həqiqət,birlik,ədaləti bir arada birləşdirir.Əgər bir xalqın kökündə sədaqət,inam,etibar varsa,heç bir qüvvə onu məhv edə bilməz.

Bu gün bəşəriyyət son dərəcə mürəkkəb tarixi şəraitdə yaşayır. Belə ki, koronavirus pandemiyası başlayandan bəri ölkələrarası vəziyyətdə də bir dəyişiklik hiss olunmaqdadır. Xüsusilə də, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri bir çox dövlətlərin qısqanclığına səbəb olub. Çünki hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır. Hər iki dövlət eyni yolu yaşayır.

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, - kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləridir. Qarşılıqlı bağlar ölkələrimizi həmişə bir-birinə doğma edib. Hazırda qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş "Bir millət, iki dövlət" dostluq və qardaşlıq münasibətləri dövlətimizin başçısı cənab İlham Əliyev tərəfində uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə münasibət bildirərək deyib: "Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk" fikirləri bir daha təsdiqləyir ki, "bir millət, iki dövlət" vəhdətini heç bir kənar qüvvə poza bilməz.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. “Bu gün Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə prezidenti tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsində daim möhkəmlənir və bu istiqamətdə yeni perspektivlər açılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm

tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.

Biz inanırıq ki,qədim soy kökünə əsaslanan bu birlik,bu dostluq “Türk birliyi” kimi daim kök salıb yaşayacaq.Türk xalqlarının sarsılmayan dostluğu,əzəməti daim var olacaq.

Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə.

Zabrat qəsəbəsi, 81 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Qənbərova İlkanə Salman qızı
Bu gün, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
Bu gün, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
Bu gün, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
Bu gün, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
Bu gün, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Bu gün, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
Bu gün, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
Bu gün, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
Bu gün, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Dünən, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Dünən, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Dünən, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Dünən, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Dünən, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Dünən, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dünən, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Dünən, 10:46
Birjalarda neft bahalaşıb
Dünən, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Dünən, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Dünən, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Dünən, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Dünən, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30