Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, elmin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.
28 may Respublika günü münasibətilə Cənab prezident İlham Əliyevə bir sıra prezidentlər və rəhbər şəxslər tərəfindən təbrik məktubu ünvanlanmışdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan Cənab prezident İlham Əliyevə təbrik məktubu ünvanlamışdır:
“Cənab prezident , Əziz Qardaşım
Can Azərbaycanın Respublika Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qardaş Azərbaycan bu il Respublika gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb. Türkiyə də Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür.
Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnuniyyət duyuram. Qardaşlıq və əməkdaşlığlmlzln regionumuzda sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir. Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına gözəl gələcək və rifahının daimi olmaası üşün ən xoş diləklərimi bir daha ifadə edirəm”
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu”
Milli bayramımız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki şoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır.
Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslannan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundn sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı hərtərəfli möhkəmləndirəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq diləyirəm”.
Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir mərhələdə uğurla reallaşan Azərbaycan-Amerika Birləşmiş Ştatları qarşılıqlı münasibətləri xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biridir.
" ABŞ dövlət katibi Entoni Blinkenin 28 May – Respublika Günü ilə bağlı bəyanatında əksini tapıb. 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk
demokratik hökumətin qurulduğunu qeyd edən dövlət katibi bildirib ki, Amerika Birləşmiş Ştatları iqtisadi, enerji və təhlükəsizlik sahəsində 30 illik tərəfdaşlığı və Azərbaycanın insan hüquqlarına və qanunun aliliyinə hörmətin yaxşılaşdırılması istiqamətində davamlı dialoqu qiymətləndirir. “Cənubi Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfələri qəbul edirik. İnsan hüquqlarına və fundamental azadlıqlara, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü
Və daha dərin əlaqələr qurmaq üçün vacibdir. Amerika Birləşmiş Ştatları ayrıca minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında insanlararası münasibətlər vasitəsilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli barədə danışıqlarda tərəflərə kömək etməyə sadiqdir”, - deyə bəyanatda qeyd olunub. .
Təbriklər sırasında Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun da təbrikini qeyd edə bilərik.
“Hörmətli İlham Heydər oğlu”
Ölkəmizin milli bayramı – Respublika günü münasibətilə Türkmənistan xalqı və höküməti adından, habelə şəxsən öz adımdan Sizə cə Sizin timsalınızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirməkdən şərəf duyuram. Bunu qeyd etmə fərəh doğurur ki, Türkmənistan ilə Azərbaycan respublikasi arasında mehriban qonşuluq, dostluq və etimad prinsiplərinə əsaslana ənənəvi qardaşlıq münasibətləri müasir dövrdə ən geniş istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında səmərəli qarşılıqlı əməkdaşlıq son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Türkmənistan bizim tərəfdaşlığımızın mövcud böyük potensialını reallaşdırmaq məqsədilə bundan sonra da qardaş Azərbaycan ilə məzmunlu və yüksək dərəcədə etimada əsaslanan dialoq aparmaq niyyətindədir. Qəti əminəm ki, strateji xarakter daşıyan Türkmənistan-Azərbaycan münasibətləri birgə səylərimizlə qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm.”
Bugün Azərbaycan Respublikası dövlətçilik ənənələrini bərpa edib və dünyanın ən nüfuzlu söz sahiblərindən birinə çevrilib. Biz Cümhuriyyətin 103-cü ildönümünü tam fərqli ehval-ruhiyyədə qeyd edirik. Prezident İlham Əliyevin Azərbaycanın üçrəngli bayrağımızı azad edilmiş bölgələrdə dalğalandırması bizim üçün qürürvericidir.
E. Ağayev adına 198 nömrəli tam orta məktəbin müəllimi Mirzəbəyova Şəhla Əli qızı
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
13-03-2026, 10:49
Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir
13-03-2026, 10:46
Bakı Forumunda qlobal böhranlar və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmdə olub
13-03-2026, 10:42
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
11-03-2026, 11:06
Karyeraya ilk addım: “Maarifçi” təcrübə proqramına qeydiyyat başlanır
11-03-2026, 10:46
MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir
11-03-2026, 10:35
Dünya birjalarında neft bahalaşıb
10-03-2026, 10:53
10 Mart - Milli Teatr Günüdür
10-03-2026, 10:51
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10-03-2026, 10:43
Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10-03-2026, 10:40
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10-03-2026, 10:36
Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi
7-03-2026, 11:29
ANONS! ANONS! SEVİNC HƏSƏNOVANIN ANTİ-PLAGİAT KABUS SİSTEMİ VƏ YA
6-03-2026, 10:49
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, telefon da
6-03-2026, 10:46
Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
6-03-2026, 10:45
Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır
6-03-2026, 10:41
Azərbaycan nefti 7 faizədək bahalaşıb
2-03-2026, 11:34
Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb
2-03-2026, 11:31
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
2-03-2026, 11:29
Astara sərhədindən növbəti təxliyə: Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub
1-03-2026, 10:53
BİRİ VARDI, BİRİ YOXDU... QƏDİM ZAMANLARDA BİR PADŞAH VƏ ONUN BİR QAROLÇUSU VARDI
23-02-2026, 16:39
TOLERANTLIQ GÖZƏL HİSSDİR! ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
23-02-2026, 12:20
Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək
23-02-2026, 12:13
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23-02-2026, 12:09
AZƏRTAC-ın Azərbaycanda məşğulluğun artırılması haqqında reportajı Çin televiziyasında yayımlanıb
20-02-2026, 12:20
Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
