İkinci Qarabağ müharibəsinə yanaşma dünyanın real mənzərəsini ortaya qoyur
Elm və təhsil
Oxunub: 343
29 apr 2021 | 16:46
İkinci Qarabağ müharibəsinə yanaşma dünyanın real mənzərəsini ortaya qoyur




44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı tərəf olduğunu, illərdir BMT sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipi kimi ərazi bütövlüyünün təmin olunması istiqamətində dünyaya çağırışlarına ikili mövqedən yanaşıldığına, ən əsası bəzi ölkələr və beynəlxalq təşkilatlar işğalçı Ermənistana dəstək olub danışıqlar prosesinin imitasiya naminə aparıldığına bir daha aydınlıq gətirdi. Prezident kimi fəaliyyətə başladığı ilk gündən hədəfləri açıqlayan, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas məsələ kimi öndə saxlayan dövlətimizin başçısı İlham Əliyev bu istəyin gerçəkləşəcəyi zamanın uzaqda olmadığını daim böyük əminliklə qeyd edirdi. Möhkəm təməl üzərində qurulan siyasət bir qayda olaraq hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Beynəlxalq münasibətlərə gəldikdə isə müstəqil siyasət həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün dövlətlərlə əməkdaşlıqda bərabərlik prinsipini qoruyan bir dövlətin üzləşdiyi ədalətsizlikdən qalib çıxacağı şübhə doğurmurdu. Əsas olan münasibətlərdə səmimiyyət körpüsünün düzgün qurulması, həqiqətləri sözün əsl mənasındə həqiqət kimi qəbul etmək, verilən vədə sadiqliyi əməldə təsdiqləməkdir.

Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, gücünü hərb meydanlarında düşmənə ağır zərbələr endirməklə sübut edən ordumuzun müasir hərbi texnika, silahlarla təchiz edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclu və təkmil orduları sırasında olması həm də iqtisadi qüdrətimizin göstəricisidir. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan bu hərbi texnikanı, silahı öz vəsaiti hesabına alır. Kasıb Ermənistanın yüksək məbləğlə ifadə olunan müasir silahlarla təchizatı daim sual doğuran məsələ olub. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün aparıcı dövlətlər Azərbaycanın bu sahədəki təcrübəsini öyrənirlər.

Mahmudov Sabir – 188 saylı orta məktəbin direktoru
Bu gün, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Bu gün, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Bu gün, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Bu gün, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Bu gün, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Bu gün, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Bu gün, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Bu gün, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Bu gün, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Bu gün, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Bu gün, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Bu gün, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930