"Əgər Türkiyə soyqırım yapmış olsaydı, geridə buna etiraz edəcək tək bir erməni qalmazdı"
Elm və təhsil
Oxunub: 619
27 apr 2021 | 22:24
"Əgər Türkiyə soyqırım yapmış olsaydı, geridə buna etiraz edəcək tək bir erməni qalmazdı"




Bir ananın iki oğlu,

Bir ağacın iki qolu,

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi,Türkiyə ilə "bir millət, iki dövlət" olmuşuq.

Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevinci hesab etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə haqqında illər öncə dediklərindən: Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf etmiş və bütün sahələri əhatə edərək bu əməkdaşlığın çox gözəl nəticələrini göstərmişdir. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir".

Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Hər bir sahədə : siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin birgə təlimi və bir-birilərinə köməyi sayəsində iki ölkə böyük bir dostluq və əməkdaşlıq nümayiş etdirir . Beynəlxalq platformalarda daim iki ölkə sanki bir ölkə kimi hərəkət edir, bir-birinə həmişə dəstək olur və arxa-dayaq olmaqda da davam edəcəkdir.

Onu da qeyd edim ki, Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub.

Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir.

Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub edərək torpaqlarımızı erməni işğalından azad etdi. Bu müharibədə Türkiyə hər an Azərbaycana arxa-dayaq oldu.

Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunu gördü. Müharibə dövründə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda olmağı ilə bir dəmir yumruq ətrafında birləşən Azərbaycan əsgərinin qələbəyə inamını daha da artırdı. Türkiyənin belə yanaşması bütün dünyaya Azərbaycanın yanında olması mesajını verdi və bütün dünya Azərbaycan-Türkiyə qardaşlığına bir daha şahid oldu.

Türkiyənin yanımızda olması bizə güc verdi. Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirdi.

Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə şanlı Zəfər Paradında da bizi tək qoymadı. Sayın Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri hər kəsi sevindirdi.

Azərbaycan və Türkiyə hərbçiləri Azadlıq meydanında Zəfər paradında iştirak edərək dünyaya qardaş olduqlarını aşkarcasına nümayiş etdirdilər. Doğrudur, Turkiyənin Azərbaycana dəstək olması bir çox dövlətlərdə qısqanclıqla qarşılansa da, Türkiyə buna

məhəl qoymadı və hər zaman da Azərbaycana qarşı olan hər bir dövlət Türkiyəyə qarşı olduğunu bilməli mesajını yolladı.Bu qısqanclıq çox çəkmədi ki, Amerika prezidentinin iç üzünü açdı və Birinci Dünya müharibəsində baş vermiş hadisələri, insanlığa bir ləkə olan dırnağarası "ermənilərin soyqırımı"kimi qələmə verdi.

Buna Azərbaycan Respublikası Prezidenti İlham Əlievin cavabı möhtəşəm oldu."Əgər Türkiyə soyqırım yapmış olsaydı, geridə buna etiraz edəcək tək bir erməni qalmazdı. "

Azərbaycan-Türkiyə qardaşlığı bütün sınaqlardan üzü ağ çıxdı.

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!

Eşq olsun Türkiyə-Azərbaycan qardaşlığına!

Ramana qəsəbəsi, Eynulla Ağayev adına 198 nömrəli məktəbin direktoru

Şəlalə Nadirova
Dünən, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
Dünən, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
Dünən, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
Dünən, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
Dünən, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Dünən, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
Dünən, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
Dünən, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
Dünən, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
11-11-2026, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11-11-2026, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
11-11-2026, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
11-11-2026, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
11-11-2026, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
11-11-2026, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
11-11-2026, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
11-11-2026, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
11-11-2026, 10:46
Birjalarda neft bahalaşıb
11-11-2026, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
11-11-2026, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
11-11-2026, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
11-11-2026, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
11-11-2026, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30