Gözlərimiz qarşısında bir tarix yaşandı, böyük bir tarix, mükəmməl bir qələbə, əsrarəngiz bir zəfər
İnsan hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir.
Hələ kiçik yaşlarımızdan valideynlərimizin dilindən “Vətən anadır” - kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki, bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə - Azərbaycanımıza borcluyuq.
Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni etməlidir. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun qəhrəmanlıq keçmişi, sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır.Müəllimimiz deyirdi: “Demə Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm!”
Həqiqətən, çox gözəl və dəyərli sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
Gözlərimiz qarşısında bir tarix yaşandı, böyük bir tarix, mükəmməl bir qələbə, əsrarəngiz bir zəfər..Və zəfərə öz imzasını atan bir xalq... Bu xalq bir daha sübut etdi ki, Türk xalqı əyilməz və yenilməzdi. Qarşısında duranlar isə hər zaman məğlubdu. 44 günlük müharibə bir daha öyrətdi ki, “xalq” sözü altında birləşən insanlar həqiqətən də öz gücü ilə qələbə çaldı.
XX əsrin 90-cı illərindən bu günümüzə qədər öz işğalçı mövqelərindən əl çəkməyən ermənilərin əsl üzü bütün dünyaya bir daha nümayiş olundu. Bütün dünya Azərbaycanın öz torpaqlarına qayıdışını canlı şəkildə izlədi. Yeni nəsilə “VƏTƏN” sözünün mənası bir daha aydın oldu. Vətəni uğrunda canından keçən bütün qəhrəmanların ailələri fəryad çəkdi. Elə ən ağrılısı da bu idi. Cansız bədənlər qarşısında susan dillər... Ruhu göylərə ucalan igidlərimizin sanki “Mən gedirəm!” deyib də, aləmə yayılan “Vətən sağ olsun!” harayları... Səssiz qalan dünya qarşısında harayını boğa bilməyən o çarəsiz analar... Bunların səbəbkarı olan o dəhşətli müharibə...
Prezidentimiz İlham Əliyev Zirvə görüşündə deyirdi: “Ermənistan bizi təxribata çəkir, bizdən sərt reaksiya gözləyir və ondan sonra günahı bizim üstümüzə yıxıb, yenə də məsələni daha 30 il uzatmaq istəyir. Biz təxribata
uymadıq. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik və onları geri oturtduq. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Bir neçə gün davam edən hərbi toqquşma dayandı. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi. Halbuki istəsəydik rahatlıqla Ermənistan ərazisinə daxil ola bilərdik.”
Bütün bu sözlər bir daha sübut edir ki, terrora meyl edən, işğalçılıq siyasəti yürüdən elə ermənilərin özü idi. Amma onlar Azərbaycanı dünyaya pis göstərib, özlərini məsum biri kimi göstərməyə çalışırdı. Təbii ki, bu təxribatları da bir nəticə vermədi.
Ondan bir ay keçəndən sonra – avqust ayında yeni bir təxribat törədildi və Azərbaycana diversiya qrupu göndərildi. Diversiya qrupunun rəhbəri saxlanıldı və ifadə verdi ki, o, terror aktları keçirmək üçün Azərbaycana göndərilmişdir və bu, növbəti təxribat idi. Nəhayət sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
“Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur.”,- deyirdi İlham Əliyev. Bu sözlər türklərin gücünü, qüdrətini ifadə edib, Türkün tək dəstəkçisinin elə Türk olduğunu bildirir.
ŞƏHİDLİK – QƏHRƏMANLIQDIR!
Şəhid insan...
Şəhid şəhər...
Şəhidlər qəbristanlığı...
Şəhid ruhlar...
Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır. Son iyirmi bir ildə belə işlək sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. "Şəhid ailəsi", "şəhid anası", "şəhid atası", "şəhid məzarı"-yurdun hər guşəsindən bəzən hıçqırıqla, bəzən də qürurla söylənilən bu sözlər indi bizim hər birimizin dilində səslənir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi heç kəs bağışlamır. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb.
Qarabağ şəhidləri. 20 Yanvar qurbanları. Xocalıda həlak olanlar. Bunlar Azərbaycan tarixinin ən önəmli məqamlarıdır. Bir evdən, bir ocaqdan, bir ailədən qopan oğullar, qızlar, təkcə bir evin, bir ocağın, bir ailənin yox, bir yurdun, məmləkətin şəhid oğullarına döndülər.
Artıq əminəm ki, Vətəni uğrunda canından keçən igid oğullarımızın ruhu şaddır.
Sən vətənin köksündəki bir zirvəsən Şəhidim..
Bitməyən cümlələrin sonundaki bir və'sən Şəhidim..
Torpağın altında yatan ölümsüz bir cansan sən.
Sən ananın üzündəki əbədi göz yaşısan..
Bagrındaki daşısan..
Gözlərinin qarasısan, sağalmaz yarasısan.
Boğazında düyümlənən qəhərisən..
Açılmayan səhərisən
Yarım qalan arzususan.
Üzündəki qırışısan..
Saçlarına düşən dənsən, hər şey sənsən..
Sən mənim də əzizimsən.
Əvvəllər tanımadıgım
İndi adını eşitcək
Hönkürtüylə ağladığım
Yad bir doğmamsan Şəhidim..
Şəkil kimi oğullar dönüb şəkil oldular..Hər birinin son səs yazısı və ya videosu qəlbimizdəki düyümləri sökdü aldı içimizdən,ömürlük xatirə olaraq həkk olundu köksümüzə..Yarım qalan bütün təbəssümləriniz Cənnətin ən gözəl guşəsində davam etsin..
Balaxanı qəsəbəsi, 259 nömrəli məktəbin tarix müəllimi Vəfa Babayev
Bu gün, 11:45
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
Bu gün, 11:43
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
Bu gün, 11:42
Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək
Bu gün, 11:40
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
Bu gün, 11:37
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
Bu gün, 11:35
Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
Bu gün, 11:33
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
Bu gün, 11:31
Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq
Bu gün, 11:20
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Bu gün, 11:18
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Dünən, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
Dünən, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
Dünən, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
Dünən, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
Dünən, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Dünən, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
Dünən, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
Dünən, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
Dünən, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
11-11-2026, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11-11-2026, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
11-11-2026, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
11-11-2026, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
11-11-2026, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
11-11-2026, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
11-11-2026, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
11-11-2026, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib