Azərbaycan Ordusu dövrünün ən parlaq tarixini yaşayır
Siyasət
Oxunub: 357
26 iyn 2021 | 11:09
Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Silahlı Qüvvələrinin təşəkkül tapması, inkişafı və nizami ordunun yaradılması ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan Ordusu dövrünün ən parlaq tarixini yaşayır.

Bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

İ.Yusifov bildirib ki, ordu müstəqilliyin qarantı, dövlətin dayağı, dövlətçiliyin qorunmasında əsas amildir:

“Hər bir dövlətin ordusu onun gələcəyini, dövlətçiliyini və ən əsasını ərazi bötüvlüyünün təmin olunmasını təmin edir. Müstəqil dövlət quruculuğunun əsas atributlarından biri sayılan Silahlı Qüvvələrin maddi texniki bazasının yüksəldilməsi, müasir silahlarla silahlanma, təcrübəli və peşəkar kadr hazırlığı hökumətin daim prioritet sahələrindən biridir. Məhz ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu Qələbə sevincini xalqımıza yaşatdı”.

Deputat bildirib ki, birinci Qarabağ müharibəsi zamanı orduda pərakəndilik, hərc-mərclik və vahid komandadan idarəetmənin olmaması müharibəni məğlub durumda başa vurmağımızın səbəblərindən biri oldu:

“Aradan keçən müddət ərzində xalqın tələbi ilə hakimiyyətə gələn ümumilli lider Heydər Əliyev əsas diqqəti ordu quruculuğuna yönəltdi. Bakıda fəaliyyət göstərən Hərbi Məktəbdə yüksək ixtisaslı kadrlar hazırlandı, Türkiyə ilə əldə edilmiş razılaşmaya uyğun olaraq peşəkar mütəxəssislər tərəfindən bilikli və təcrübəli kadr hazırlığı həyata keçirildi. Bununla paralel olaraq ordunun maddi texniki bazasının yüksəldilməsi istiqamətində atılan addımlar nəticəsində Azərbaycanda nizami ordu formalaşdırıldı.

Aradan keçən müddət ərzində ümumilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Ali Baş Komandan İlham Əliyev siyasətinin əsas prioritet sahəsi ordu quruculuğu təşkil edir. Dövlət büdcəsindən Orduya ayrılan vəsaitin artırılması, yeni, müasir standrtlara cavab verən silahların alınması və siyasi mühit artıq işğal altında olan torpaqların düşməndən azad olunmasını şərtləndirirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti nəticəsində cəmi 44 günə işğal altında olan torpaqlarımız

düşməndən azad olundu. Uzun illərdir qələbəyə həsrət qalan xalqımız bu sevinci daddı”.

Deputat onu da vurğulayıb ki, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə gedən döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamları cəmiyyətdə yüksək sevinc hissi ilə qarşılanıb:

“İndi Silahlı Qüvvələrimizin Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbi gücünə çevrilməsinin iftixarını yaşayırıq. Bu əməliyyatlar tarixə düşdü. Əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Müzəffər Ordumuzun həyata keçirdiyi bütün kombinasiya uğurla nəticələndi. Düzgün seçilmiş döyüş taktikası ilə kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpuslarının döyüş hazırlığı birlikdə qələbəyə gətirib çıxardı”.
Azərbaycan Ordusu dövrünün ən parlaq tarixini yaşayır
Dünən, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Dünən, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Dünən, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Dünən, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Dünən, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Dünən, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Dünən, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Dünən, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Dünən, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Dünən, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Dünən, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Dünən, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Dünən, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Dünən, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Dünən, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Dünən, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Dünən, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Dünən, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Dünən, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031